“HEÇ YERƏ GEDƏSİ DEYİLƏM”- Ziya Məmmədovdan yeni açıqlama
Baxiş sayı:
Dərc olunub:
18/02/2017 - 11:13
20 ilə yaxın tutduğu nazir postundan sonra Ziya Məmmədovun hansı işlə məşğul olacağı ictimaiyyət üçün maraqlı olaraq qalır. Bəzi iddialarda sabiq nazirin Azərbaycanı tərk edəcəyi də deyilir.
Gununsesi.info-nun əməkdaşı sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi saxlayaraq, bu barədə ona sual ünvanlayıb.
Saytımıza açıqlamasında Ziya Məmmədov hazırda evində olduğunu, istirahət etdiyini deyib: “Mən evimdəyəm. Heç yerə də gedəsi deyiləm”.
“Hansı işlə məşğul olmağı düşünürsünüz, uzun illər hakim komandanın üzvü kimi yeni təyinat gözləyirsinizmi” sualına isə sabiq nazir belə cavab verib: “Nə işlə məşğul olacağımı mən bilirəm. Bu başqaları üçün niyə maraqlı olmalıdır ki? Kimsəyə də hesabat vermirəm. Sizə də təşəkkür edirəm”.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.