YEMƏKDƏN ZÖVQ ALAN ŞAİR

Etibar EliyevEtibar ƏLİYEV

Uzun illərdir ki, böyük sənətkarların, alimlərin bioqrafiyasını toplamaqla məşğulam. Təxminən iki mindən çox bioqrafiya var kitabxanamda. Onların böyük əksəriyyətini oxumuşam. Nəhəng şəxsiyyətlərin böyük əksəriyyətində istedad nişanələri gənc yaşlarından üzə çıxıb. Çoxlarında spontan olaraq. Bəziləri heç məktəb belə oxumayıblar. Sezdiyim maraqlı məqam ondan ibarətdir ki, bunların heç biri özünü öyməyib. “Mən nəyisə digərlərindən yaxşı etmişəm” fikrinə rast gəlmək olmur onlarda.

Bizdə isə gənclik qəribə sindroma düçar olub. Bir-iki şeir, yaxud hekayə cızmaqaralayanlar göz deşirlər. Adam iyrənir. Özlərini yazıçı və şair adlandıranlar bu yükün ağırlığını dərk etmirlər. Ağızlarına nə gəlir danışırlar. Yazdıqları cızma-qaraları oxuyan tapılmayanda isə cəmiyyəti topa tuturlar. Bu nə qədər əxlaqlıdır?

Bu yaxınlarda özünü istedadlı adlandıran şairlərdən birinin müsahibəsini oxudum. Adam deyir: “Zövq alacağım üç şey var – səyahət, yaxşı içkilər və seks”. Bəli, açıq və birbaşa deyəcəyəm. İstedadsızlığa baxın. Məsələn, siz “seksdən xoşlanmıram” deyəcək adam tanıyırsınızmı? Adamlar dilə gətirmirsə, o demək deyil ki, bu, yalnız şairlərin xoşladığı şeydir. Məni qınamayın, desə ki, o filan cür seksi sevir, burada informasiya yükü, özəllik, fərqlilik, yaşam, mətn və ya düşüncə elementi görmək olardı bəlkə. Elə bil adam deyir ki, yeməyi sevir. Yenə desən ki, xaşı sevirəm, burada sözün niyə deyildiyini anlamaq olar.

Bəs onda bunu niyə deməlidir insan, niyə seksi xoşladığını bağırmalıdır. Nəyisə pərdələmək üçünmü, yaxud daxilindəki mənəvi dustaqlığa “yox, mən azadam, hamının danışmadığını söyləyirəm” demək üçünmü. Gülməlidir, qadağa yoxdursa, qadağa düşünüb onu pozmaqla, fərqli, etirazçı, şairənə olmaq nəyin imitasiyasıdır?

Anlamaq olmur. Sən demə, görünməmiş bir şey olub, adam seksdən zövq alır.

Bu arada Şəhriyar del Geranini ARB kanalında Rövşanənin verilişində gördüm. Yenə danışırdı. Bu dəfə deyirdi: “Mən Səməd Vurğundan böyük şairəm. Səməd Vurğunun yazdığı mətn deyil, folklordur”. Savadsızlığa diqqət edin: Folklor mətn deyilmiş... Həmin verilişdə heç kimi danışmağa qoymurdu. Deyirdi, o ciddi ədəbiyyatçıdır, ədəbiyyatı dərindən bilir. O zaman danış ədəbiyyatdan, görsünlər ki, bilirsən ədəbiyyatı. Bu natamamlıq necə boy atıb? Bəlkə ədəbi tənqid olmadığına görə istənilən “cızmaqaraçı” özünü dahi hesab edir? Azərbaycanda ədəbi tənqid ədəbi tərifçiliklə əvəzlənib. Bunu ədəbiyyata Nizami Cəfərov gətirib. Buna görə ona akademik elmi adı verilib. Deməli, problemin kökləri çox dərin və çox əhatəlidir. Nitşenin “boşluq genişlənir” ifadəsi daha da aktuallaşır.

Böyük Peru yazıçısı, Nobel mükafatı laureatı Mario Varqas Lyosanın “Gənc romançıya məktub” adlı maraqlı bir əsəri var. O, bu kitabda yazır: “Ötən əsrin 60-cı illərində Parisdə mənim rəssam və kinoşünas cavan bir ispan dostum var idi. O, solityorun (insanın bədənində yaşayan yastı qurd) əlindən zara gəlmişdi. Məsələ burasındadir ki, onun bədəninə düşən bu qurd onun hesabına yaşayır, güclənirdi. Onu bədəndən uzaqlaşdırmaq çox çətin idi. Xose Mariya arıqlayırdı. Lakin bu qurdun könlünü almaq üçün həm də yaxşı yeyib-içirdi. Yeyib-içdiyi ona heç bir məmnunluq gətirmirdi. Bir dəfə onunla söhbətdə dəhşətli bir etiraf etdi: «Biz birlikdə xeyli vaxt keçiririk. Kinoya və sərgiyə gedirik, kitab mağazalarına baş çəkirik, siyasətdən, ədəbiyyatdan danışırıq. Sən bütün bunları şəxsi məmnunluğun naminə edirsən. Mən isə yox. Mən isə onun üçün - solityor üçün edirəm. Məndə belə bir duyğu yaranıb ki, mən artıq özüm üçün yox, içimdə oturan və məni yeyən birisi üçün yaşayıram».

Maraqlı söhbətdir. Məsələ Səməd Vurğunu tənqiddə deyil. Hətta özünütərif kimi müştəbehlikdə də deyil. Məsələ ondadır ki, biz böyük Azərbaycan sənətkarlarının əsərlərinin hesabına poeziyanın və romanın nə olduğunu bilmişik. Onlar bizə dünya ədəbiyyatı üçün qapılar açıblar. Biz yenilikçi, emosional, amma istedadlı gənclik gözləsək də, onların ruhu bizimlədir. İndi Lyosanın təsvir etdiyi solityorlar həmən ruhu gəmirirlər. Və yalnız bunu edirlər.

635x100

Şərhlər

Noqay 2018-02-05 12:48:38

Düz buyurursunuz, Çox sağ olun. Etibar bəy! Qeyd etdiyiniz psevdo şair və yazıçılar, Azərbaycan ədəbiyyatının canına doluşmuş solityorlardır, içinə girib canını yeyir, həm də zəhər ifraz edirlər. Xalq təbabətində onlara qarşı yovşandan istifadə edirlər. Ədəbiyyatşünasıqda isə güclü ədəbi tənqid lazımdır ki, onların, bu naqis, natamamlıq kompleksli subyektlərin iddialı, zəhərli puçluğu isbat edilsin.

AAgahuseyn 2018-02-05 12:48:38

Etibar müə.cx saq ol.Doğurdan da bu natamam gənclik həyasızlaşıb. Bunları meydan sulamağa vadar edən televiziyalar və bəzi saytlardır. Tüpürüm belə adamlaın yaradıcılığına.Bunları yxlasan ...

Sabira! Nə yatmısan? Dur, bir də bax millətinə. 2018-02-05 12:48:38

Apastrofun üçü, yeddisi, qırxı və ili də çıxdı. Haç kəs dinmədi. indi isə məzara Azərbaycan dilində işlədilən bir çox sözlər qoyulur. Daha sonra?!...,.

Sadıq 2018-02-05 12:48:38

Hörmətli Etibar müəllim,çox sağ olun.Vallah bizə düşmən nə lazım?Səmədi,Rəsulu,Bəxtiyarı,Mirzə Cəlili,Sabiri pisləmək Azərbaycanı pisləmək deyil,bəs nədir?

Turan 2018-02-05 12:48:38

Etibar muellim,Nizami Cəfərov tekkce edebiyyata edebi terifi yox elece de dichiliye ikiuzluluyu,Turkculuye ise biznesi gətirib.Boyuk Ataturk adi altinda al-ver de getirib

Ehmed 2018-02-05 12:48:38

Etibar muellim (Bey demeye cekinirem,burden ya sizin yada kimlerinse xowuna gelmeye biler),size boyuk heriflerle COX SAG OLUN deyirem. P.S. Menim wexsiyyetine hormet eledyim bir qelem ehli dostum var(O hec meni tanimirda,ozum-ozumu tendirden kut saliram) onun bir frazasini erz eleyecem huzurunuza,dostum deyir ki, uc "Q" herfini xowlwyiram, qelem,qedeh he qadin.

Gündüz 2018-02-05 12:48:38

Təşəkkürlər Etibar müəllim. Doğurdan da bu natamam gənclik həyasızlaşıb. Bunlarda günah yoxdur. Bunları meydan sulamağa vadar edən televiziyalar və bəzi saytlardır. Mən Geraninin seksdən danışmasını oxumuşam. Bu yaramaz həmin sözü ondan müsahibə alan gənc bir qıza dedi. Tüpürüm belə adamın yaradıcılığına...

Son yazılar