ƏLİ HƏSƏNOVU KİM ŞANTAJ EDİR? - Baş nazir müavininin əks-hücumunun pərdəarxası

Oliqarxların Sumqayıt uğrunda açıq toqquşması!

"9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də". Bunları baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsinin Sumqayıtda yaşıllıq ərazini məhv etməsi ilə bağlı KİV-lərdə yayılmış xəbərlərə reaksiya verərkən deyib.

Cənab Həsənov sifarişçinin adını çəkməsə də, bunu özünə qarşı qısqanclıqla bağlayıb: "Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar. Məsəl var: “Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”, “Nə atarsan aşına, o da çıxar qarşına”, “Sirkə nə qədər tünd olsa öz qabını çatladar”. Çox təəssüf edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir. Bizdə az da olsa belə insanlar var.

Bir daha deyirəm: Mənim heç kimin qarşısında gözükölgəliliyim yoxdur. Bir insanın üzərinə bu qədər ədalətsiz yeriməzlər. Bu artıq insanlıq çərçivəsindən kənara çıxmaqdır".

Beləlilklə, Əli Həsənov son vaxtlar özünün və ailəsinin adının mətbuatda tez-tez hallandırılmasının xüsusi sifariş olduğunu iddia edib. Əlbəttə, cənab Həsənov yəqin ki, əlində müəyyən əsası olmasa belə bir iddia irəli sürməz. Ancaq son aylardakı onun adı ətrafında bir-birini əvəz edən qalmaqalların hamısını sifariş kimi qəbul etmək mümkün deyil. 

Məsələn, əgər Əli Həsənovun nəvəsi 250 minlik avtomobillə ağır qəza törədib, 2 nəfərin həyatına son qoyursa, ardından 24 yaşlı bu gəncin milyonluq qarajının olduğu ortaya çıxırsa, mətbuatın bundan yazmasını sifarişlə bağlamaq yersizdir. Və yaxud qaçqınlara verilən 36 manat "çörəkpulunu" qənaətlə xərcləməyi məsləhət görən Əli Həsənovun ailə üzvlərinin milyonluq obyektləri, biznesləri  aşkara çıxırsa, mətbuatın bunun mənbəyini araşdırmasından təbii nə ola bilər?

Bununla belə, son vaxtlar Əli Həsənovun ailə üzvlərinin Sumqayıtda yaşıllıqları məhv edərək, özlərinə restoranlar, biznes obyektləri tikdirdiklərinə dair yazılanların, mətbuata göndərilən şikayətlərin arxasında müəyyən qüvvələrin dayandığını da istisna etmək olmaz. Baş nazirin müavininin də "sifarişlidir" deyərkən, məhz bu yazıları, şikayətləri nəzərdə tutduğu və sifarişçinin kimliyini də həqiqətən bildiyi düşüncəsindəyik. Əli Həsənov ad çəkməsə də, hadisələrin təhlili, müşahidələr, eləcə də yayılan bəzi informasiyalar onun bu zaman Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu nəzərdə tutduğunu söyləməyə əsas verir. Niyə?

Əvvəla, Əli Həsənovun ailə üzvlərinin Sumqayıtdakı yaşıllıqları məhv etdiyinə dair məlum şikayətlərdə, yazılarda bunun qarşısını almayan (Halbuki vəzifə borcudur-müəl.) İH başçısı nəinki tənqid edilir, əksinə, hətta guya bu qanunsuzluqlardan tamamilə xəbərsiz olduğu iddia olunur. Və dolayısıyla Zakir Fərəcov yaşıllıqların qoruyucusu, eyni zamanda Sumqayıtı "Əli Həsənovun ailə üzvlərinin işğalından" qurtaracaq xilaskar kimi təqdim olunur. Həmin şikayətlərdən birindən sitat: "Çox güman ki, icra başçısı cənab Zakir Fərəcov bu qanunsuzluqdan xəbərsizdir... Yəqin o “Bələdiyyə parkı”nda tikilən obyektin tikintisində baş verən “yaşıl soyqırım”a vaxtında “stop” deyəcək".

İkincisi, Əli Həsənovun ailə üzvlərinin "Sumqayıtı dağıtdığına" dair şikayət və yazılar, reportajlar əsasən Zakir Fərəcovla "isti münasibətləri" sirr olmayan media orqanlarından tirajlanır. Zakir Fərəcovun Sumqayıtdakı quruculuq işlərinə silsilə yazılar həsr edən həmin mətbu orqanlar, eyni həvəslə Əli Həsənovun yaxınlarının Sumqayıtdakı "özbaşınalıqlarından" da silsilə reportajlar verirlər. Təsadüfdürmü?...

"AzPolitika.info"nun bəzi məlumatlı mənbələrlə apardığı dəqiqləşdirmələr də Sumqayıtla bağlı Əli Həsənovu hədəfə alan yazıların Sumqayıt İH-dən qaynaqlandığı ehtimalını gücləndirir. Belə ki, həm Əli Həsənov, həm də Zakir Fərəcov Sumqayıtda böyük təsir gücünə malikdirlər. Hər ikisinə bağlı olan qruplar, imkanlı və nüfuzlu, həmçinin vəzifəli şəxslər var. Əli Həsənovun özünün və ailə üzvlərinin biznesinin əhəmiyyətli hissəsi də məhz Sumqayıtda yerləşir.

Elə Zakir Fərəcovun da yaxınlarının, ailə üzvlərinin bizneslərinin böyük hissəsi Sumqayıt və Abşerondadır. Biznes maraqlarının toqquşması zaman-zaman bu oliqarx-məmurların yaxınları, çevrələrini üz-üzə gətirib.  Hətta 5-6 il əvvəl Həsənovlarla Fərəcovlar arasında bütün Sumqayıtda danışılan kütləvi dava da baş verib. Düzdür, bu hadisənin böyüməsinə imkan verilməyib, ancaq ailələr arasında gərgin münasibətlərin düzəldiyini söyləmək mümkün deyil.

Zakir Fərəcov Sumqayıta icra başçısı keçdikdən sonra onun şəhərdə mütləq hakimiyyətini qurmasına əsas maneələrdən birinin də Əli Həsənov və yaxınları olduğu bildirilir. Hətta çox çalışsa da, Əli Həsənovun Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi işləyən qardaşı İlyas Həsənovun vəzifəsindən götürülməsinə razılıq ala bilmədiyi də iddia edilir. Eləcə də, şəhərdə böyük biznes obyektlərinə malik Əli Həsənovun yaxınlarına toxuna bilmir. Bu da onlar arasındakı nüfuz savaşını dərinləşdirir.

Buna görə də, Əli Həsənovun ailə üzvlərinin, yaxınlarının Sumqayıtda özbaşınalıq etdiklərinə, yaşıllıqları dağıtdıqlarına dair məlumatların bir qədər də şişirdilərək ictimaiyyətə təqdim olunmasının arxasında Fərəcovların maraqlarının dayandığı güman edilir. Yəni, Əli Həsənovun "O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də" deyərkən, barmağını məhz Zakir Fərəcova tuşladığı ehtimalı yüksəkdir. 

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

samir abdinov 2020-05-16 21:14:37

baxin xahiw edirem cenab prezdent axir ki son noqtesini qoydu Prezident Əli Həsənovu sərt tənqid etdi: “Binada yaşayanların 20 faizi…”

Cəmşid İrzaquliyev 2018-03-03 10:10:42

Bu sadəcə xalqı ələ salmaqdır, Rişxənd etməkdir. Bələ vəzifə sahibləri bu davranışları və bu sayaq danışıqları ilə əslində dövləti küçük düşürürlər. Dövlətin başçısını çətin duruma salırlar. Ona görə də öz əməlləri və davranışları ilə xalqın böyük təpkisini çəkən Əli Həsənov kimi adamlar vəzifədə qalmamalıdırlar, hətta cəzalandırmalıdır. Əslində onların əsil amacı milləti dövlətə qarşı qışqırtmaqdır Belələrindən biri də, Pirallahı Rayon İcra hakimiyyətinin başçısı Vasif İmanovdur. Belə ki, o məmurlarının iştirakı ilə törədilmiş ölüm hadisəsi zamanı etdikləri mənaviyyatsızlıqdan dolayı, hayla onları himayə edir. Belə ki, o hadisənin iştirakçıları olan Manaf Manafovu ( hətta Manafı YAP İH və şurasında saxlaması) və Həsən Niftəliyevi qeyd etdiyim kimi, etdikləri qeyri insani hərəkətlərdən dolayı, onları qoruması Cənab Prezidentin etdiyi bütün xəbərdarlıqlara sayqısızlıqdır və həyasızlıqdır..Bu belə davam edə bilməz. Onların bu sayqısızlığı eyni zamanda Cənab Prezidentin bunca gördüyü işlərə, yerlərdə bir kölgədir.. Ümid edirik ki, nəhayyətdə Cənab Prezident, Birinci Vitse Prezident bu sayaq qudurğan və harın məmurlara qarşı qəti mövqe bildirəcəklər. Onlarla bağlı son qərar artıq ölkə başçısınındır. Görünən o ki, söz artıq kar salmadı.. Bu isə yaxşı əlamət deyil.

babek 2018-03-03 10:10:42

..... olke servetini dagidir,yeyib harinlayiblar.Indi de bir-birlerini girirlar.Olkenin pulunu,parasini azeriden bashga hami yeyir....

cenab Rafik - e 2018-03-03 10:10:42

Hormetli cenab Rafik, Azerbaycan hakimiyyetinde chox yuksek ranqli memurlarin ermeni esilli olduqlari ve ermeni qadinlari ile aile qurduqlari barede, internetde DEQIQ MELUMATLAR VAR ve men size cavab yazmisham, AMMA, azpolitika.info sayti, hakimiyyetden QORXDUQUNA gore, SHERHIMI DERC ETMIR...

Səlim bəyə 2018-03-03 10:10:42

Apatiya yox,antipatiya! İnsan gəlirindən arxayın olanda, günahsızlıq hiss etdikdə və insanlara yuxarıdan baxanda belə görükər.Bir də ki, bilirsənmi bu adamın kökü hara bağlıdır? Dilicanda deyirlər restoranları var.

De-Fakto 2018-03-03 10:10:42

Qarabağı millətçi ermənilər işğal ediblər?!.... Bu xüsusilə Bakıda potensial qarşıdurma üçün salınan qaçqın şəhərcikləri ilə açıq-aşkar ortaqların işğalda tam və geniş qələbəsinə yönəlməyibmi?

Müəllim 2018-03-03 10:10:42

Görəsən bu şərhləri oxuyan məsul bir şəxs varmı? Axı şərhlərdə bir çox həqiqətlər ortaya çıxarılırn ki,hakimiyyətin bu faktlara diqqət etməsi,ölçü götürməsi Azərbaycanın və azərbaycan xalqının və inkişafın xeyrinə olardı.

Rafik 2018-03-03 10:10:42

Maraqlıdır. Görəsən bunlar milliyyətcə kimdirlər. Bir vətəndaş kimi bilmək istəyirəm. Bilən varsa yazsın.

hacı 2018-03-03 10:10:42

RÜŞVƏTXORLAR,TALANÇILAR ŞAH KİMİ YAŞAYIRLAR. BUNLARIN BİR SONU OLACAQMI? YOXSA BİZİM UŞAQLAR NƏVƏ NƏTİCƏLƏR DA BUNLARIN QULU OLACAQLAR?

oxucu 2018-03-03 10:10:42

"Qaçqinkom" Əli Hesenov uchun XEZINEDIR....... Əli Hesenovun .... Novxanida chox boyuk erazide - uzumluk baqlarinin sahibidir......

səlim 2018-03-03 10:10:42

Bu Ə.Həsənova baxanda............ onun üzündən r.... İnsanda ona qarşı apatiya yaranır.

Rassl Krou 2018-03-03 10:10:42

Bacanağ-boz kardinal, ya xəstədir, ya da ki, zəifləyib deyə bunun üstünə yaman düşüblər. Onu da qeyd edim ki, Azərbaycanda korrupsioner olmayan məmur Kürdəxanı ailəvi-istirahət məkanında dincəlir. Dəyəsən yavaş-yavaş Q.Zahid deyənə-yaxşı menecerlər söhbətinə gəlinəcəkdir. Çünki nöyütün pulu vahid pəncərəyə axmalıdır

Müsabir 2018-03-03 10:10:42

Bu yazıları necə şantaj adlandırmaq olar? Hər bir faktın yeri,adresi dəqiq göstərilir. Sadəcə yuxarılarda yüksək vəzifəli məmurların qanun pozmaları,özbaşınalıq etmələri,maliyyə maxinasiyası etmələri ört-basdır edilir,üzə çıxarılmır.Ancaq millət bunu görür və bilir.Belə Musabitməmurlar işdən çıxarılan kimi etdikləri ortaya çıxaeılır və belə faktların çoxluğu idarəetmədə yanlışlıqlarln olduğunu açıq göstərir.Misal: içdən çıxarılan YAP üzvü olan nazirlər.

Perviz 2018-03-03 10:10:42

Artiq memurlarin savasi baslayib bu savasin sonu klanlarin muharibesi demekdir.Allahin izniyle cenab prezident gozel bir gedis edib harinlamislarin layiq oldugu yeri gosterer tebii ki xalqa arxalanaraq.

t.ədalət 2018-03-03 10:10:42

Əli Həsənovun ... kimi təqdim edib. Ə.Həsənov nəvəsinə xidmətdə olmadığı halda saxta hərbi bilet alıb.Qaç.komun sədri kimi müharibənin nə demək olduğunu bildiyi halda Vətənə .... edib. Halbuki onun övladları ön cəbhədə olmalı idi.Çünki Vətənin pullarını və vəzifələrini daha çox onlar mənimsəyiblər. O ki qaldı Zakir Fərəcova,onun da gizli .... təşkilatları ilə bağlılığı haqqında söhbətlər gəzir.Doğrusunu Allah bilir..

Fazil 2018-03-03 10:10:42

Allah Azərbaycanı bellə gəlmə məmurlardan qurtarsın.Onların əsl Azərbaycanlı xalqla əlaqəsi olmadığı gördükləri işlərdən, münasibətdən,hətta Ermənistanda olan obyektlərindən bəllidir.

G.M 2018-03-03 10:10:42

Bu məmurlar artıq bir-birlərinin ``qəsdinə `` durublar.Zakir fərəcov da Əli həsənov kimi karrupsaner məmurdu.Sumqyıtda onların şərikli qazanc yerləri və qazancın düzgün bölüşdürülə bilməmsi qəddar qarşıdurmaya çıxarda bilər.hər iki məmur Dövlətin və Xalqın əmlakını talamaqda eyni statusdadırlar.

Əlixan 2018-03-03 10:10:42

Bunların hər ikisi talançı məmurlardırlar. Biri uzun illərdir qaçqınlara ev satmaqla məşğuldur. O biri də ki, Abşeronu söküb dağıtdı, torpaqları satıb qurtardı, indi də Sumqayıtda məşğuliyyətdədir. O qədər pullanıb harınlayıblar ki,indi bir biri ilə didişirlər.

Son yazılar