Aka, qardaş niyə məni aldatdın?

Dərc olunub: 20/03/2018 - 11:47

mirzeBəs, demişdin ki, kəndimizə qayıdarıq, yenə həmin stadionumuzda futbol oynayarıq…

Mart ayı düşərsiz oldu mənim üçün – dədəm də, nənəm də mart ayında dünyasını dəyişdi, özüm də bu ayda ölümdən döndüm…

Elə bu saat bir bəd xəbər də gəldi – əmoğlu Hicran zəng vurmuşdu… Dedi ki, uşaqlıq yoldaşım – on il bir sinifdə oxuduğum Akif qaqam… dilim dönmür deyəm ki, rəhmətə gedib! Elə bil, dünya başıma fırlandı – axı onun ölən vaxtı deyildi…

Niyə bir daha Novruz bayramımı «qara bayram» elədin, Akif qaqam?! Bəs, futbol necə olacaq, ay qaqa?…

İki il birlikdə Novruzlu məktəbinə təpik döydük – qışda, çovğunda, yağışda-qarda, qorabişirən ayda…

Atasının bir «Muravey» motorolleri var idi – hər gün səhər saat 7-də durub,onunla məktəbə gedərdik – oğlanlı-qızlı bir «sürü» uşaq. Üç yoldaş (Bağman, Akif və mən Şirinlərdən) yola düşədik, qalanları (Bağbanlar uşaqları) yolda bizə qoşulardı…

Niyaz müəllim zarafatla ona «Aka» deyərdi – Akanın da ki, gözəl yoldaşlığı var idi. Bir fışdırığa yanımızda olardı – topalaşıb, futbol onyamağa gedərdik… Heyif səndən, Aka qaqam!!!

Elə bildin ki, məni aldada biləcəksən?! Yox aaa… gəlib səni tapacam orda – hazırlaş, futbol formanı yanında saxla – futbolumuzu mütləq oynayacağıq, Akam mənim – qaqam mənim…

Heyif, görüşə bilmədik! Odur ki, bir görüş mən sənə borclu…

Rahat yat, qardaş! Bizdən nigaran qalma – üzümüz çox bərkdir…

Göz yaşları ilə – Mirzə AĞ


loading...




Fikrinizi bildirin