HADI RƏCƏBLİNİN «PREZERVATİV SİYASƏTİ»NİN CƏZASIZLIĞI... – Bəs deyilmi?

Baxmayaraq ki, Artur hökumətinin təmsilçiləri Azərbaycan Respublikasının dövlət büdcəsini «sosial yönümlü» elan edir və baxmayaraq ki, ölkə parlamentində bir «sosial siyasət» komisiyası var və ona Hadı Rəcəbli sədrlik edir, hələ də ölkə əhalisinin sosial vəziyyəti qənaətbəxş deyil və əhalinin bir qismi hələ də «çörəkpulu» uğrunda ölüm-dirim mübarizəsi aparır.

Ölkədə sosial durumu acanacaqlı olub da «sosial yardım» alanların sayı da dolayısı ilə bu fikri təsdiqləyir. Nə yazıq ki, vətəndaşların sosial-məişət durumunu yaxşılaşdırmaq yolunda effektli siyasi proqram hazırlayıb, onu ardıcıl olaraq həyata keçirməyə məsul olan rəsmilər, bu istiqamətdə əməli işlər görmək əvəzinə, arabir «mən də varam» deyə, baş-ayaq (absurd!) bəyanatlar verir, açıqlamalar yapır və insanların «saqqızını oğurlayırlar». Belələrindən biri də Milli Məclisin Sosial siyasət komissiyasının «patentli sədri» Hadı bəydir...

Hər dəfə Hadı Rəcəblinin «deputat» və «sədr» statusları barədə eşidəndə yadıma Rusiyadakı miqrantlar düşür. Məlumdur ki, 2014-cü ilin əvvəlindən Rusiya Federasiyasının miqrasia qanunvericiliyində bəzi dəyişikliklər qüvvəyə minib və bu dəyişiklik ölkədə yaşamaq və işləmək istəyən miqrantları «əmək patenti» almağa məcbur edir. Sonrası nə olacaq? Fərqi yoxdur, patent sadəcə, qanuni olaraq Rusiya ərazisində yaşamaq üçündür, vəssalam. Patentin varsa, hər cür fəaliyyətlə məşğul ola bilərsən - hətta oğurluqla, quldurluqla, dələduzluqla da! İndi hər «seçki»dən sonra Hadı bəyin adını deputatlar siyahısında görərkən, istər-istəməz düşünməli oluram: Həəə, Hadı bəy yenə patentinin müddətini uzatdı! Başqa sözlə, Hadı bəyi «YAPlament»in patentli üzvü hesab etmək olar. Əcaba, Hadı bəyin «nəyi və harası» Artur hökumətinin xoşuna gəlib ki, ona əbədi «deputat və sədr patenti» verib?

Hesab edirəm ki, bu suala cavab vermək üçün «laureat»ın əmək fəaliyyətinin tarixçəsinə (Şəkidən qovulduğu tarixdən üzübəri) ötəri bir nəzər salmaq kifayətdir. Şəki camaatı bu adamı qovub rayondan çıxartsa da, «YAP hökuməti» (ad şərtidir) onu öz «qanadının altına aldı» və deputat elədi. Daha sonra ondan əbədi “sədir” düzəltdi...

Ədalət naminə qeyd etmək lazmdır ki, Hadı bəy də borclu qalmadı - sədrlik dövrü ərzində «Artur hökuməti»nin bütün tapşırıqlarını-tövsiyyələrini xüsusi «fədakarlıq»la yerinə yetirir. Görünür ki, «patentli sədr» belə davranışı ilə bir tərəfdən, Artur hökumətinə minnətdarlıq çabaları göstərir, digər tərəfdən isə Azərbaycan cəmiyyətindən Şəki camaatının heyifini alır (qisas alır). Nədən ki, ölkə boyu onun «sosial fəaliyyəti» yox, məhz «sosial fəaliyyətsizliyi» gözə çarpır. Bir neçə misalla fikrimi əsaslandırmaq istərdim...

Bir neçə il bundan əvvəl Azərbaycan Prezidenti hökumətlə keçirdiyi müşavirələrin birində söylədi ki, dövlətin güclü olması üçün gərəkdir ki, onun əhalisinin sayı çox olsun və durmadan artsın. Hökumət də gərəkdir ki, bu məqsədə xidmət göstərən sosial siyasət proqramları həyata keçirsin və s. Aydındır ki, prezidentin bu sözlərinin ilk növbədə və birbaşa aid olduğu rəsmilərdən biri də Hadı Rəcəblidir - o, Parlamentin sosial siyasət komissiyasının sədridir...

İndi gəlin, baxaq görək, ötən illər ərzində Hadı bəy bu məqsədə xidmət göstəribmi? Qətiyyətlə qeyd edirəm - YOX! Həmin bu «YOX»u əsaslandırmaq üçün konkret epizodlara diqqət yönəltmək istəyirəm. Məsələn, məlumdur ki, 1994-cü ildən başlayaraq Azərbaycan Respublikasında Birləşmiş Millətlər Təşkilatı Əhali Fondunun (BMT ƏF) xətti ilə «Ailə Planlaşdırılması» adlı çox naqis-ziyankar (ictimai-təhlükəli) bir proqram həyata keçirilir! Bu çalışmanın ictimai təhlükəliliyi onunla şərtlənir ki, proqram tətbiq olunduğu bütün ölkələrdə əhalinin təbii artım ahəngini aşağı salmaq və ümumiyyətlə, bu prosesi müxtəlif üsul və vasitələrlə önləməyə xidmət edir. Ümumiyətlə, bu çalışmanın məqsədləri və tarixçəsi çox-çox uzaqlara (təxminən, 100 il bundan əvvələ) gedib çıxır ki, bu məqam ayrıca bir söhbətin mövzusudur...

İndi isə diqqət yetirin: Dövlətin başçısı ölkədə əhalinin təbii artım ahəngini sürətləndirmək və bu istiqamətdə effektli-stimullaşdırıcı siyasət yürütməyi tələb və tövsiyyə etdiyi bir vaxtda, Hadı bəy Azərbaycanda əhalinin təbii artımının önlənməsi istiqamətində durmadan «külüng çalır»!

Xatırlayırsınızsa, hətta bir müddət bundan əvvəl bu «patentli sədr» belə bir absurd bəyanat səsləndirmişdi ki, kasıb adamlar çoxuşaqlı ailəsini dolandıra bilmirsə, doğub- törəməsin, vəssalam!

Bu məqamda, Hindistanın baş nazirləri - İndira və Raciv Qandilərin faciəvi sonu barədə bir mənbədən əxz eitdiyim məlumatı hörmətli oxucularla bölüşmək istərdim. Məlumata görə, barəsində söhbət açdığım «Ailə planlaşdırılması» adlı proqramın Hindistanda həyata keçirilməsi istiqamətində Qandilər hökuməti hətta o qədər ifrata varmağı özünə rəva görüb ki, reproduktiiv yaşda (durumda) olan əhalini zorla avtobuslara dolduraraq, kəndlərdən şəhərə - STERİLİZASİYAya məruz qoymaq üçün - daşımağa rəvac veribmiş.

Hörmətli oxucuların diqqətinə (mühakiməsinə) təqdim etmək istəyirəm ki, bu istiqamətdəki çalışmalarda Hadı bəy heç də Qandilərdən geri qalan «səy»lər göstərməyib. 1990-cı illərin ortalarından başlayaraq, ölkəmizdə həyata keçirilən «prezervativ siyasəti»ni və abortun leqallaşdırılması addımını nəzərdə tuturam. Hər iki çalışma birbaşa və dolayısı ilə Azərbaycan Respublikasında əhalinin təbii artımını aşağı salmaq (önləmək) məqsədi güdürdü. Üstəlik də o dövrdə əhalinin iki çörəyə möhtac olduğu halda, Hadı kimilərinin yaxından iştirakı və dəstəyi sayəsində milyonlarla xarici yardım pulları prezervativə xərclənib. Bu barədə Azərbaycan mətbuatı qədərindən də artıq yazıb. Məsələn, hələ 2000-ci illərin əvvəllərində «Exo» qəzeti bu mövzuda «Denqi uşedşie v prezervativı» başlıqlı bir məqalə dərc edib. Nə yazıq ki, diqqət yetirən olmayıb...

Başqa bir misal. Təxminən, 1999-2000-ci illərdə Azərbaycanda kimsəsiz uşaqların əcnəbilərə (və vətəndaşlığı olmayan şəxslərə) «övladlığa verilməsi» kimi xeyli tühaf bir çalışmanın «qanuni bazası»nın hazırlanmasında Hadı bəyin müstəsna rolunu qeyd etməmək ədalətsizlik olardı. O zaman Hadı Rəcəbli və digər «qanunbaz»lar zavallı körpələrin əcnəbi dələduzlara satılmasını əsaslandırmaq üçün ortaya belə bir arqument atmışdılar ki, uşaqların varlı əcnəbilərə övladlığa verilməsi elə həmin uşaqların özlərinin mənafeyinə uyğundur! Bir «arqument» də var idi - əcnəbilərə övladlığa yalnız xəstə uşaqlar verilir. Amma sonradan məlum oldu ki, Azərbaycanda «xəstə» elan olunmuş uşaqların əksəriyyəti ABŞ-da (və digər ölkələrdə) tam sağlam çıxıb!

Bu ziyankar və qeyri-humanist çalışmanı «işlək elan edən» və Hadı bəy kimilərin işləyib hazırladığı «qanun bazası» bir öhdəliyi də nəzərdə tuturdu. Belə ki, Azərbaycan tərəfi əcnəbiyə övladlığa verdiyi uşaqların taleyi ilə (hədd-buluğa çatana qədər) maraqlanmalı idi. İndi Hadı bəydən soruşmaq yerinə düşərdi: Əcnəbiyə «verilmiş» uşaqların taleyindən nə xəbər gətirmisən?! Əlbəttə ki, bu sual təkcə Hadı Rəcəbliyə ünvanlana bilməz - digərlərini də səhnəyə çıxartmaq lazımdır...

Son günlər Hadı bəyin çıxışları, səsləndirdiyi bəyanatlar yumşaq desək, belə təsəvvür yaradır ki, o, Azərbaycan cəmiyyətinin maraqlarına cavab verməyən çalışmalarından əl götürməyib, əksinə, fəaliyyətinin antixalq mahiyyət və miqyasını bir qədər də genişləndirib. Məsələn, bir neçə gün bundan əvvəl «patentli sədr» belə bir fikir səsləndirmişdi ki, əhalinin müəyyən qisminə dövlətin göstərdiyi sosial yardım, insanları ələbaxımlığa öyrədir. Odur ki, bu yardımı ya ləğv etmək, ya də nağd pul şəklində yox, natura formasında (məsələn, qoyun) ödəmək lazımdır. Sonradan isə Hadı bəy «natura ilə yardım vasitələri»nin siyahısını bir qədər də genişləndirərək, deyib ki, insanlara balıq yox, balıq ovlamaq üçün tilov vermək lazımdır. Görünür, Hadı bəy hələ də fərqində deyil ki, dövlətin ödədiyi sosial yardım insanlara minik avtomobili və ya yaxta almaq üçün yox, acından ölməkdən xilas etmək üçün verilir. Belədə, imkansıza Hadı bəyin dövlət adından təklif etdiyi 3-5 qoyun 2-3 dəfə doğub da «pula çevrilən»ə qədər bu zavallı kasıb bəs, nə yeməlidir?! Görünür ki, kasıb əhaliyə dövlətin bu «çörəkpulu yardımı» Hadı bəyi çox narahat edir. Açıq-aşkar görsənir ki, «patentli sədr» hələ də Şəki hadisələrini unutmayıb...

Hadı bəyin açıqlaması zamanı heyvanların sırasında ulağın yer almaması da diqqəti çəkir - əcəba, nə üçün at yad edilir, ulaq yox? Axı onların ikisidə ev heyvanıdır və nəqliyyat vasitəsidir. Görünür, Hadı bəyin bu mənada müəyyən mülahizələri var. Bəlkə Artur hökumətinin bu «sosial əsgər»i ulağı qəsdən siyahıya salmayıb ki, insanlar özləri onu xatırlatsınlar? Çünki Hadı bəy düşünə bilər ki, Azərbaycan insanı ulaq əti yemir və bu səbəbdən də onu kəsib yeməyəcək. Amma əbəsdir və nə qədər təəccüblü olsa da, məlumdur ki, Azərbaycanda ulaq ətinin satılmasına icazə verən xüsusi sənəd (preyskurant) hələ də qanuni şəkildə qüvvədən salınmayıb! Xatırladım ki, sözügedən sənəd ötən əsrin ortalarında qüvvəyə minib. Qəribədir, həmin sənəddə ulaq ətinin satışına icazə verilən ikinci bir sovet müttəfiq respublikasının adı yoxdur! Elə bunun özü də bir daha Hadı bəyin «sosial siyasətsizlik» fəaliyyətinin bariz nümunələrindən biri sayıla bilər. Nə üçün indiyə qədər bu sənədi qüvvədən salan hüquqi bir «akt» qəbul olunmayıb?...

Hadı Rəcəbli müəllimləri də yaddan çıxartmayıb. Bu insan görün nə qədər amansız bir zatdır ki, kasıbçılıqdan üzülmüş Azərbaycan müəlliminə daş karxanasını göstərdi ki, gedib daş daşısın!

Cəzasızlıq mühiti Hadını daha da irəlilərə getməyə sövq etdi və nəhayət ki, o, «antisosial, antixalq siyasətsizlik» fəaliyyətinin «şah əsəri»ni yaratdı - dünyada misli görünməmiş Əhalinin pensiya təminatı haqqında «buynuzlu» bir qanun «qayırıb», ortaya atdı. Yüz minlərlə zavallı Azərbaycan insanı heç bir mənəvi-elmi-sosial və iqtisadi əsası olmayan bu «qanunciyəzin» qurbanına çevrildi! Hadı Rəcəbli ilə antisosial, villabaz Səlimin yapdığı sözügedən qanun Azərbaycanın yaşlı nəsil insanlarını ölümqabağı çörəksiz qoydu!

Bu sıradan biri də oxuduğunuz sətirlərin müəllifidir - «sobes»də elan etdilər ki, mənə pensiya düşmür, gərək 25 il əmək stajım olsun! SSRİ dövründə bircə gün də evdənkənar işə getməmiş evdar qadınlara belə hökumət qocalığa görə, pensiya verirdi. Mustəqillik illərində isə antisosial HadıSəlimin «sosial qayğısı» sayəsində 22 il əmək stajım olsa da, mənə pensiya təyin etmədilər! Görəsən, Artur hökumətinin, YAPlamentin buqələmun nümayəndələri bunun nə demək olduğunu anlayırlarmı?!

pensiya

Yerli KİV-lər yazdılar ki, son 10 ildə Azərbaycandan xaricə müxtəlif üsullarla 100 milyard dollar pul çıxarılıb! Ölkənin bircə bankından dövlətin 8 milyard (sonradan yazdılar ki, 10-12 milyard!) pulunu oğurladılar, Neft Fondunun pullarını görünməmiş səxavətlə sağa-sola xərclədilər, büdcə pullarını «qiymət şişirtməsi, tender fırıldağı» yolu ilə taladılar, qaçqın və məcburi köçkünlərə yardım adı altında büdcə milyardlarını basıb yedilər! İndi həmin milyardların bir qismini antisosial HadıSəlimin YAPlamentin üfunət saçan, pas atmış süzgəcindən basıb keçirdiyi «pensiya islahatı» üsulu ilə elə həmin qaçqın-köçkünün almalı olduğu qocalıq pensiyası hesabına Artur hökumətinin sərəncamına geri qaytarmağa girişiblər. Bu nə Allahsızlıqdır, ya Rəbbim?!

İndi bunca antisosial Hadı durub deyir ki, mən Allah adamıyam, evimdə, iş otabımda Qurani-Kərim var, bütün nəslim-cəddabam Hacıdır və s... Daha buna nə deyəsən? Kasıb-kusubu çörəkpuluna möhtac edən bu adam deyəsən, nə danışdığının fərqində deyil və ümumiyyətlə, mütəmadi olaraq, «qatıqlayır»! Görünür, Şəki camaatı daşa basan zaman, daşlardan bir neçəsi onun başına dəyib. Bu da Qurani-Kərimi həmin «zədəli başı» üzərində qalxana çevirib, Azarbaycan insanına «sosial divan» turur!

Bir müddət əvvəl Azərbaycan KİV-ləri yazdılar ki, antisosial Səlimin Bakıda milyonluq villası var. O da tənbəllik etmədən, cəzasızlığın doğurduğu başgicəllənməsinin təsiri altında məsti-xumar olub da, söylədi: Bakıdakı bütün villalar mənimdir! Ürəkli adamdır - heç kimdən çəkinmədi...

İndi deputat «qardaşlar» «münasibət bildirin» qışqırıb da, zavallı və antisosial HadıSəlim tərəfindən binəsib edilmiş insanlara sanki «yalvarırlar». Alın - budur mənim münasibətim: NƏ ƏKDİNİZ Kİ, NƏ BİÇƏSİNİZ???

Bütün bunlar açıq-aydın göstərir ki, Hadı bəyin «prezervativ siyasəti»nin cəzasızlığı, cəfəngiyyat danışıb, baş girləmək üçün ona geniş meydan açır!

Bəs deyilmi? «Patentli» sədrə «yox» deməyin və ondan hesab sormağın vaxtı çatmayıbmı? Azərbaycan insanını bu sual ətrafında düşünməyə çağırıram...

Mirzə AĞ

AzPolitika.info

P.S. Uca ALLAHA and içirəm ki, bu yazı sifriş deyil və mənim sınıq qəlbimdən süzülüb gəlmiş duyğularımdır - ÜSYANIMDIR!!!

635x100

Şərhlər

seyda 2018-04-07 13:21:40

deyirlər bu haaadi məllim səkinin icra hakimi olub nə bilim deyirlər coooooox yaxsi insandir

Dəlisov 2018-04-07 13:21:40

Allah Hadının da, Səlimin də, Arturun da, ..... min lənət eləsin. Millətin başında turp əkdilər. Bu buqələmunlar nə iş görür? Ancaq "qara camaat"ın ziyanına işləyən qanunlar qəbul edir, millətin sərvətini talayırlar. Hadınin Lənkərandakı topdağıtmaz villası sanki "Ermitaj" muzeyidir. Heç sağlığına qismət olmasın. ....Bəlkə gün çörəyinə möhtac qalan, pensiya almaq hüququna malik olsa da, Hadı və Səlim kimi nakişilərin ucbatından bundan məhrum olan millərlə insan

Analitik 2018-04-07 13:21:40

..150, 300 m. onlarin gozlerine girsin!!! Belelerinin namerdlikle vezifeye gelib sonra da, bu "postlara" yapishdigi gunlere bir qara dash dusheydi! ALLAH zehmetkeshlerin, kasib keslerin ve mezlumlarin agri-acilarini onlarda qoymasin.. Utanmirlar (neche illerdi naxal acgozlukleri azmish kimi) hele hadi ve bezi ona benzerler yerlerinde kleylenibler! (( Edaletle desek, Ramil m. (DIN) ve tek-tuk bezileri daxilen intellektual ve sade tebietlidirler.. Amma, bu "hadilar" lap biabirciliqdi!.. (

Analitik 2018-04-07 13:21:40

Her bir terefini muveqqeti bir terefe qoyub, bir vacib ceheti bilmek isterdim ki, bu hadi recebli bele evezolunmaz ve toxunulmaz "shexs"dir ki, 30 ildi o boyda saheni ona tapshiriblar ve yerinden terpenmek de bilmir?! Onun gozunde insan problemleri o qeder adileshib ki, hech shikayete gedenlerin mektublarina bele ehemiyyet vermek istemir! Bu da, sosial ve emek kimi atribut sahemizin bir faktiki "menzeresi"!..

oxucu 2018-04-07 13:21:40

Bu Hadı Rəcəbli də çıxıb getsəydi əla olardı.Gedib bənnalıq eləsin boş vaxtlarında.Xalq bu kişini görəndə allergiya olur.

RAMİZ 2018-04-07 13:21:40

HADİNİN NAZİRLƏR KABİNETİNDƏ QAÇQİNLAR ŞOBƏSİNİN MUDRU OLDUGUNU UNUTMUSUNUZ YƏQİN

Hafiz 2018-04-07 13:21:40

Товарищ Etibar Əliyev Mirzə Ağ-da olandan sizdə yoxdur.

Mahir 2018-04-07 13:21:40

....ON?

NURəddin 2018-04-07 13:21:40

HÖRMƏTLİ MİRZƏ,MƏN ƏMƏLLƏRİNİ SADALADIĞINIZ BU CÜTLÜYİN BİRLƏŞƏRƏK MİLLƏTİMİZƏ NƏ ÜÇÜN DİVAN TUTUDUQLARININ HƏQİQİ SƏBƏBİNİ BİLİRƏM.ƏMİNƏM Kİ,YAZSAM VERMƏYƏCƏKSİZ.O SAAT DAXİLİNİZDƏKİ SENZOR SİZƏ "SEPARAT" SÖZÜNÜ XATIRLADACAQ.SİZ DƏ MƏNİM KİMİ SUSACAQSIZ.BAX,HADININ MİLLƏTİMİZİN İÇİNƏ YERİDİLMƏSİNİN ƏSL SƏBƏBİ BUDUR!...ƏCƏB İŞƏ DÜŞMÜŞÜK EY!ÖLKƏ BİZİM OLA-OLA"BAŞQALARI"BAŞIMIZIN ÜSTÜNDƏ AĞALIQ ELƏYİR!XXI ƏSRİN MÖHÜRÜ BƏLLİDİR.SİZ O 1LİYİN ÖNÜNÜ KƏSƏ BİLMƏZSİZ

oxucu 2018-04-07 13:21:40

ƏƏƏƏƏƏƏƏƏƏ... - "BLATNOY"..., hakimiyyet terefinden teyin olunmush "deputat"- .., NIYE, olkede TUQYAN edir RUSHVET-KORRUPSIYA ??????

UZAĞI GÖRƏN 2018-04-07 13:21:40

ÖLKƏDƏ VƏZİFILİ ŞƏXSLƏRƏ ETİBAR ETMƏK OLMAZ. BUDUR GƏNCƏDƏ BEYNƏLXALQ BANKIN ŞÖBƏ MÜDİRİ PULLARI GÖTÜRÜB ÖLKƏDƏN QAÇARKƏN TUTULDU. SƏLİM MÜSLÜMOV, ELMAN RÜSTƏMOİV, SAMİR ŞƏRİFOVUN, HADİNİN VƏ BİR ÇOXLARININ DA BİR GÜN ...... GÖTÜRÜB ÖLKƏDƏN QAÇACAQLARI ŞÜBHƏ DOĞURMAYA BİLMİR. O CÜMLƏDƏN O BİRİLƏRİ

Vətəndaş 2018-04-07 13:21:40

Səlim Maliyyə nazirliyində işləyəndə korrupsiyada suçlanaraq həbs olunmuşdur................. ?

Vətəndaş 2018-04-07 13:21:40

Elə belə ... irəli çəkəndə, deputat edəndə bilməli idilər ki,bunlar onun umucnu ləkələyəcəklər. Elə də olub.Bütün müavinət,maaş,pensiya alanlar ölkə rəhbərliyindən narazıdır,çünki təyin olunan məbləğlərlə yaşamaq qeyri mümkündür.Yaşayış zənbili,müavinət,pensiya və 300 manat maksimum maaşla yaşamaq mümkünsüzdür.

heyder 2018-04-07 13:21:40

cox saqolun hadi veya bezi deputatciqlar oz menafeyni gudur millet neylerne lazimdi

Yaralı 2018-04-07 13:21:40

MİLLƏT VƏKİLİ HADI RƏCƏBLİ. Ali Partiya təhsilli. Pensiya artırılanda tarixdə olmamış Azərbaycan təzahürünə isinad etdi və 1.Səlim bayla-"Vətəndaş çox işləmək üçün yaşı qaldırmağı tələb edər!", səy bir əsas bildirmişdilər. Vətəndaşa zidd belə mövqeyə görə, MM hər ikisini vəzifədən kənarlaşdırmalıydı? 2.Bakı ona 2 gün sonra (əhaliyə görə) çıxarılacağını bildirmişdi. Agah H.Rəcəbli özü Şəki Milisinə Xalq Cəbhəsinin mitinqinə atəş əmri verib. Sonrakı hakimiyyət ona bu "məharəti"nə görə yüksək vəzifə verib?

pensiya 2018-04-07 13:21:40

infilyasiya faizi bu il 12.9 olub nə üçün 5.7 faız pensiyalar artıb.bunu kim bilmir ki bi Səlim Müslümov yeni hesablama icad edib. birdən əmək haqqı artımı 12.9 olub, infilyasiya 5.7 olsaydı onda necə olasıydı ay Səlim Müslümov.Cammatı niyə avam sayırsız.Mənə elə gəlir ki Hadı Rəcəblidən Səlim Müslümov həm insaflı, həm də düşünəndir.yəqin bu səhvlər düzələr.infilyasiya yenidən hesablanar.yoxsa Səlim müəllim nə vaxtsa xalqa hesabat verməlidir

belə belə işlər 2018-04-07 13:21:40

Istəyirdim yazam ki, "babat sifarişli yazıdır" Mirzənin qulaqbatıran, qandonduran andı məni "STOP"ladı. Düzdür, allaha çoxları and içir və onu da bilirəm ki, heç kəs tam səmimiyyətlə allaha inanmır. Sadəcə, çarəsizliyindən allaha sığınır. Hadim millətlə bacarmır, allaha tapşırır, Mirzə də, əlindən heç nə gəlmir, yenə allaha sığınır. Məncə, bəsdir. Bizim problemimizi heç vaxt allah gəlib həll etməyəcək. Özümüz hadilərə yerlərini göstərməliyik.

Qara Mamed 2018-04-07 13:21:40

Hadinin metroya girib işləyən vaxtıdır.

sevda agakiwiyeva 2018-04-07 13:21:40

qardawim oglu lal-eqli cehetden zeif- amma ozun azda olsa idare ede bilir,epilepsiyasi var-22 yawindadi 2 qrup elilik veribler 55 manat pul,iw stawi olmadigina gore eger bu adam uzr isteyirem tebii ehtiyaclarini anasiz gore bilmirse-o harda iwleye biler ki,iw stawi olsun-atasizdir ...ay hadi-selim mallimler 55 manatla siz dolana biersiniz,sizin bu millete hecmi yaziginiz gelmir,yazini yazana derin minnetdarligimi bildirirem AZPOLITIKAYDA-HEYATDA HER HOKMU BIR ZAMAN VERIR-BU GUN FERMAN VEREN SABAX CAN VERI

bakili 2018-04-07 13:21:40

bazar iqtisadiyyatinin qanunlari...

vetendash 2018-04-07 13:21:40

Ali Hesenov, sen, hakimiyyetde yuksek vezifedesen, zehmet chek, azpolitika.info saytinda, oxucular terefinden yazilmish butun sherhleri oxu.

moderatora 2018-04-07 13:21:40

Görəsən Hadı Rəcəbov bu kommentləri oxuyur? Ancaq sayta hər hansı materiallarla müraciət edən şəxs müraciətinin nəticəsi ilə maraqlanmalıdır.Əgər oxuyubsa,... istefa verməli,mülklərdən imtina etməli və millətdən üzr istəməlidir.

Azər 2018-04-07 13:21:40

Belələrini gətirib vəzifələrdə oturanlar günahkardırlar. Savadlı,qabilyətli cəsarətli oğullar isə işləyə bilmir, sınır intihar edir, məhv olub gedir. İndi dövran belə .... Millətin pulunu yeyib özünə ağ olanların.

Cəbrayıl 2018-04-07 13:21:40

Səlimin də Hadının da milyonlarla ölçülən obyektləri,villaları mövcuddur.Əgər onlar 100 il işləyib maaşla dolansalar belə mülklərə,oşyektlərə malik ola bilməzlər. Bəs bunlar hradandır? Niyə əlaqədar orqanlar bununla məşğul olmur? Bu qədər vəsait onlara haradandır? Yoxsa onlar da Alışanov kimi qohumlarından 2-3 milyon bəxşiş alıblar? Bax elə belə hallar insanları haqlı qıcıqlandırır və hakimiyyəti diqqətli olmağa,nəzarət funksiyası yerinə yetirməli orqanları dürüst işləməyin zəruri olduğu aşkardır.

İRADƏ 2018-04-07 13:21:40

S.Müslümovla,Hadi Rəcəblinin xarakter ortaqlığına rəğmən hər ikisi haqqında danışıb vaxt itkisinə getməkdənsə...adlarını birlikdə çəkmək daha önəmli olardı..Səlim Hadi..necədi.

Müfəttiş 2018-04-07 13:21:40

Coxları səhvən elə bilirlər ki, yeni qəbul olunan pensiya haqqında qanunun problemləri, pensiya yaşının 65-ə qaldırılması və minimal iş stajının 25 ilə çatdırılmasıdır. Bu belə deyil. Hadı Səlim cütlüyü elə bir şeytan inteqralı icad ediblər ki, 2006-ya dək 30 il iş stajı olanlar da 150 manatdan artıq pensiya ala bilməyəcəklər.Əsas budur...

Sus 2018-04-07 13:21:40

Ay burada rəy yazanlar-Hadı,Müslim kimdir axı? Onlar buyruq qullarıdır.Nə qədər ki, turac kimi başımızı kola soxub, görməməzliyə vuracayıd,bundan beş-betər olacaq.Odur ki, nifrəti biz öz-özümüzə etməliyik.

omer 2018-04-07 13:21:40

Qeleminize quvvet..bele heqiqetler cox az yazilir..hedi muellim kecmiw ans kanali kimi cox tehlukelidir.maskalanmaga caliwir hemiwe..cox sag olunki bele heqiqetleri yazirsiniz..selim bey faliyetinin ilk 4 ,5 ilini xalqin xeyrine qalan muddeti ise xalqin ziyanina iwleyir.demek deyiwilmelidi..

samir mehemmedli 2018-04-07 13:21:40

hadi yoxsa bidi hadi

Hərbiçi 2018-04-07 13:21:40

Hadi və Səlim müəllim nə üçün hərbiçilərin pensiyası hesablanarkən xidmət illərinə əlavə 3 deyil 2 faizlə hesablanır. 01.07.17 il tarixə 25 ilim tammam olub amma pensiyyaya çıxmayıb vətənə xidmət edirəm indi mənin 5 il əlavə xidmətimə 15 faiz yox 10 faiz hesablanır.Qanunun geriyə tətbiqi qadağandır.Amma Səlim müəllim deyir kimə və hara istəyirsən şikayət edin olan budur.Özlərinin son təlimatında deyilirki,01.07.17-dək pensiyayası olan və pensiyaya çıxmayanların pensiyası köhnə qanunla hesablanacaq.

Əkbər 2018-04-07 13:21:40

hadi səlimə sual: Hansı hökümətdə hansı məntiqlə pensiya artımı illik infilyasiya ilə (əgər inifilyasiya %-i doğrudursa) deyil maaş artımı ilə artırılır.Belə çıxır ki infilyasiya nə qədər olursa dəxli yoxdur, yəni istehlak mallarının qiyməti nə qədər artsada hökümət maaşları artırmasa pensiya artmayacaq. ALLAH bunu sizə baxışlayacaq cənablar?

Fəradi 2018-04-07 13:21:40

Hadi-səlim cütlüyi xalqı hökümətgən narazı salan 1 nömrəli məmurlardır.

Oğuz 2018-04-07 13:21:40

Hər bir dövlətdə iqtidarlar öz millətinin qarnının tox, cibinin dolu olması üçün çalışırlar və bu məqsədlə xalq tərəfindən seçilib iqtidara daşınırlar. Bu komunist düçüncəli məmurlar isə kürsəyə təyinatla gətirilirlər. Hakimyətə təyinatla gələnlər heç vaxt Xalqı düşünmürlər, rəhbərə təlxəklik etməklə ömür sürürlər. İndi Hadıda, Səlimdə NK-də pardon qoclar evidə təyin olanlardandır. Bunlar rəyətə gün ağlalayanlardan deyil...

Tahir 2018-04-07 13:21:40

Vaxtı ilə kommunistlərin belə bir şüarı vardı "Mı qovorim Lenin podrozumuvaem partiyu.Mı qovorim Partiyu podrozumıvaem Lenin" Indi ay bu binəva ölkəmizin kasıb yoxsul və intihara hazırlaşan açiz zümrəsi.Sizi bu günə saln Səlim və Hadıdır.Hadıya DEYƏNDƏ Səlim yada düşsün Səlimə deyəndə Hadı.Yəqin ki bunlara tapşırılıb ki qanunsuz ödənişləri kəsin ki büdcəyə kömək olsun.Bunlar da kadıblarinkindan kəsdi pullular yenə alır...

yusif 2018-04-07 13:21:40

xalqa, millətə, onun gələcəyinə qarşı ən böyük xəyanət-cinayətlərdən biri - pensiyaya çıxmaq üçün azı 25 il staj tələb edən qanuni oğru şərtinin qoyulmasıdır..keçmiş ssri məkanı ölkələrində bu müddət ən çoxu 15 ildir..millətin ömrünü baltalayıb -kəsən bu onluğu kim-kimlər, hansı məlunlar pərçimlədi alnımıza-belimizə-boynumuza?

Etibar Əliyev 2018-04-07 13:21:40

Hadı Rəcəbli haqqında çox amansız yazıdır. Ancaq mən Hadı müəllimdə bir müsbət keyfiyyəti deyim. Başqalarından fərqli olaraq o, dialoqu xoşlayan deputatdır. Məsələn mən də ondan yazı yazmışam, ancaq hiss etmişəm ki, başqaları kimi kin saxlayan adam deyil. İndi hamıda səhv olur. Nə isə...

Alı 2018-04-07 13:21:40

Elçin-jurnalistə xitabən.Nifrətlə (hər iki tərəfdən)yanaşdıgım söyüş kompaniyasınin vüsət aldıgı bir zamanda az qaldım sənə cavab olaraq yazam ki "yalançının ... ...... ..... " Amma bilirəm ki bunu sən Elçinin əvəzinə elə Hadı özü yazıb.Çünki Hadının heç öz övladı da dədəsinin əməllərinə bələd oldugu üçün və onu ən yaxşı tanıdıgından belə şey yazmaz.Hadıya hər belə mövqe tutdugumuzdan sonra o Səlimlə əlbir olub daha da MURTƏCE qanunlar hazırlayacaq Xəzərin sahilində ləvəngi yeyərək ikilikdə millətin ..

Alı 2018-04-07 13:21:40

Patent məsələsi Hadıya tam uygun gəlir.Mən bu patent məsələsin bu mövzuda Hadıya yaxınlaşdırmaq üçün bir az da inkişaf etdirim.Rusiyanı misal çəkirsiz deyə rus dilində................

Elsevər 2018-04-07 13:21:40

..... Hadı keçmişdə İsa Məmmədovun ona vurduğu mənəvi zerbeleri indi xalqdan əvəz çıxır

Tahir 2018-04-07 13:21:40

Hadı Rəcəbli.Mən bu YAP-in yaranmasında əyalətdə də olsa 1992-ci ildən fəaliyyəti fərqli fəaliyyətii və xidməti olmuş biriyəm.Səni hazırda hökumetdə olanlardan sənin qədər bu dövlətə bu millətə və bu hakimiyyətə ziyan vuranlardansan. ....Əgər sənin kimilər olmasaydə bəlkə də bu hokumət Araza, Hahizə möhtac qalmazdı.....

Tahir 2018-04-07 13:21:40

Səlim Müslümov ixtisasına müvafiq mükəmməl təhsil almış yaxşı təcrübə qazanmış bir mənəvi baxımdan təmiz, tamahsız bir kadr idi.Sonradan bu Səlim 360 dərəcə necə dəyişdisə indı iqtidardakıların özünü MAT qoydu.Təhsil və təcrübəsi millətinin ən imkansız təbəqəsinin kasıblıqdan yoxsulluga ordan da intihara sürükləyən bir cox QANUNLARİN TƏRTİBATÇISI oldu.Sözzsüz əsl Səlimdən heç əsər əlamət qalmadı. ......

Oğuza 2018-04-07 13:21:40

bizdı isı çalışırlar ki millətin qarnı ac cibi isə boş olsun. Səbəbini isə Allah bilər

SUAL 2018-04-07 13:21:40

MƏŞƏDİBAD FİLMİNDƏ BELƏ BİR SƏHNƏ VAR. JURNALİST DEYİR Kİ DARVİN NƏZƏRİYYƏSİNƏ GORƏ İNSANLAR MAYMUNDAN YARANİB. AMMA BUNU UCUN GEDİB ƏZİYYƏT CƏKMƏK LAZİM DƏYİL. YALNİZ MƏŞƏDİBADA BAXMAQ KİFAYƏTDİR. MƏQALƏDƏN BELƏ MƏLUM OLUR Kİ BƏZİ ZƏVVARLARİN PUL XƏRCLƏYİB, ƏZİYYƏT-FİLAN CƏKİB HƏCC ZİYARƏTİNƏ GEDİB, ORDA QAHİMİ, QONŞUSU AC QALA-QALA MİNLƏRLƏ PUL XƏRCLƏYİB ŞEYTANA DAŞ ATMALARİNA HEC BİR LUZUM YOX...

Pensiyaçıya əlavə 2018-04-07 13:21:40

Bilirsiniz işləyən və işləməyən sözü niyə ortaya çıxıb.İşləyən pensiyaçılar onlar özləridi.Ona görə işləyənlərə əlavə edilir.Məsələn,Artur Rəsizadə 22 ildir həm pensiya alır .həm də işləyir,Hadı və digər deputat,NK-nun işçiləri də onun kimi.Hələ paket bir yana.Bunlar özlərinin xeyrinə,işləməyənlərin zərərinə qanun yazırlar.Bu isə yuxarının (yəni pensioner yığnağı olan Nazirlər kabinetinin ) razılığı ilə baş verir.Ölkədə 45-50 il stajı olanlara 150-215 manat pensiya təyin edirlər.Yaşayış səbəti isə daha pis

Elçin-jurnalistə 2018-04-07 13:21:40

Siz indiki ortada olan jurnalistlər-oyuncaq hökumət kimisiniz.Bezileriniz hökumətə satılmış,həqiqətdən uzaq adamlarsınız.Əsl jurnalistlərimiz düz yazıb-söyləyirler ......Siz yaltaqlanmaqla baş girləyirsiniz,amma sabahı düşünən başınız yoxdur.Dön ətrafına bax gör Hadı və Müslüm müavinətlərin,pensiyaların başına nə oyunlar acırlar.Yox əgər onlar bu məsələdə həll edici deyillərsə və başqa cür düşünürlərsə özlərinə ,şəxsinə hörmət edib bu işdən uzaqlaşsınlar. Müəllimlər daş daşısınlar deyən kim idi?

Ahmad 2018-04-07 13:21:40

hadi cox qeyri-semimi adamdir

Bashirov Qarib 2018-04-07 13:21:40

Mirzə muəllim,mən sizin yazılarinizin demək olar ki,hamısını oxumuşam.Sizin Postspiktum and içməyinizə ehtiyac yoxdur.Siz həmişə xalqın duşunduklərini yazırsınız.Həmişə də səmimi,canıyanıqlıqla yazırsınız.Xalq ən böyuk hakimdir.Heç bir şərh yazmadım,zatən hamısını siz yazmısiniz.Qələminiz həmişə iti,qəddiniz duz,alnınız açıq olsun,mukafatınızı vicdanınız versin.

AAgahuseyn 2018-04-07 13:21:40

MİRZƏ AG-ə Qardaş bu yazıya ğörə SİZİ qnayanın ATASINA lənət.Nə qədər h.rəcəbli iş başındır biz xoş ğün ğörməyəcəkiy.

Oxucu 2018-04-07 13:21:40

Eger sifarişhsiz yazmisansa halal olsun sene Mirze AG!!!. Sene de Azpolitika!!!!

Sabir 2018-04-07 13:21:40

Inşaalah Prezident aprelin 11-dən sonra pensiyaçılar evinin( NK ) və milli məclis pensiyaçılarının məsələsini həll edib,onları istirahətə göndərər.Onlardan millətə və ölkə rəhbrliyinin imicinə hədsiz ziyan gəlir.Buna son qoyulsa insanlar daha razi qalar

elcin-jurnalist ə 2018-04-07 13:21:40

Sən pensiya yaşına çatıb reallığı görəndə Hadı Rəcəbli və K-nın bundan da artıq yazıya layiq olduğunu dərk edərsən.

yasli insan 2018-04-07 13:21:40

Sərt yazılıb lakin bu yaralı qırılmış qəlbin səsidir

elcin -jurnalist 2018-04-07 13:21:40

Hadi Recebli Milli Meclisdeki semimi ve insansever deputatlardan birincisidir.Onun haqqinda yazilan bu yazini qebul etmirem Axi hadi recebli kimdir ki sizin yazdiqiniz problemlere tesir ede bilsin. Eziz jurnalistler bu da gerceklikdir ki? hadi muellim metbuata aciq adamdir- jurnalistlerin dostudur. Hadi muellim haqqinda bele bir yazi yazmaq mene ele gelir olmaz

G.M 2018-04-07 13:21:40

H.Rəcəbli və Səlim Müslümov Cəmiyətimizin bu günü üçün ``doğulmuşlardılar``.Bunlar ədalı yaltaqlıqla Xalqa və Dövlətçiliyə qənim kəsilmişlərdilər...

Əlosət Ağayev Şəki 2018-04-07 13:21:40

Məm bu günlərdə H.Rəcəblini BBC-də gprdüm və ona belə sual verdim:"Nə vaxta kimi azərbaycanın dövlət tibb müəssisələrində rüşvətxorluq, korrupsiya, özbaşnalıq, həkim terrоruna görə cəzasızlıq hökm sürəcəkdir? Nə üçün YAP hokuməti azərbaycanda icbari tibbi sığortanı həyata keçirmək marağında deyil? Şəki şəhərindən, rüşvət əlehdarı olduğuna görə, bu günədək öz doğma Şəki şəhərində, MRX-nın müavini Kinyaz Məmmədovun əlindən, tibbi yardım almaq hüququndan məhrum edilmiş, 7 növ xəstəlikdən əzab çəkən, iki gözlərində əməliyyat olumasına ehtuyacı olan, hərbi xidmət əlili Əlosət Ağayev Telefon: 0503598987;

Şamaxılı 2018-04-07 13:21:40

Onu Şəkililər yaxşı tanıyırlar və çox humanistcısinə indiki sifətini öncədən hiss edərək yola salmışdılar...O vaxt Şəkililəri qınayırdılar....Yəqin yaxşı xatırlıyır....Hadı müəllim Şəkidə çox ayıq və humanist Azəri türkləri yaşayırlar və o vaxtdan səni tanıdılar....

Pensiyaçı 2018-04-07 13:21:40

Hadının bu günlədə qarğış dolu çıxışı saytda verilmişdi.Onu söyənləri Allaha tapşırır,ailə üzvlərinin hacı olduğunu qeyd edirdi.Bu yazıya kommentlər bəzi mətləbləri açıb.Ancaq maraq doğuran digər səbb: Tutaq ki, Hadı-Səlim belə antixalq qanun hazırladılar.Bəs bu antixalq qanun layihəsi Mİlli Məclis adlanan qurumdan necə keçdi? Bax məsələnin kökü buradadır.Deməli deputatlarımız da antimilli olduqlarını təsdiqlıdilər

ayzek 2018-04-07 13:21:40

.....

Müəllif 2018-04-07 13:21:40

Artur hokumeti... ... Saytinizi oxuyanda eseblerm dozmur. Oxumamaq da olmur.

aysber 2018-04-07 13:21:40

Nə oldu bəs ey millətin deputatı! Bütün qohumlarını hacı elətdirdin, söyüş söyənlərə Allaha tapşırdın, özün bu millətin başına bu oyuna açırsan?....

Müfəttiş 2018-04-07 13:21:40

Təbii ki Hadı kimiləri, əhalinin sosial vəziyyəti deyil yuxarılardan eşidəcəkləri MOLODETS düşündürür. Yoxsa niyə minlərlə ahıl yaşlı insanların qanuni pensiya hüququna təcavüz edirdilər. Qarğışlar öz ünvanını tapacaq, buna əmin olsunlar...

Das 2018-04-07 13:21:40

............... Yazıq bu millətin gününə

ilqar 2018-04-07 13:21:40

cooooooooooooooooooxxxx sax ol qardasim

Hasan 2018-04-07 13:21:40

Azpolitikadan gözlemediyim SUPER meqale! Yazının müelifine teşekkür edirem ve halal olsun deyirem.

pensioner 2018-04-07 13:21:40

Hadı Rəcəbli və Səlim Müslümov "cütləşib" başımıza corab hörürlər. Bunların bir çox "tryuklar"ı isə adamı heyrətə gətirir.Məsələn; işləyən və işləməyən müharibə veteranlarına müavinat verilir.Pensiyaya çıxan kimi müavinat dayandırılır. Niyə? Pensiyaya çıxdıqda müharibə veteranı statusunun hüquqi qüvvəssi itir? Bu status ki insana ömürlük verilir!!!

t.ədalət 2018-04-07 13:21:40

Bu yazını oxuyanda Hadi Rəcəbli ilə Dağlıq Qarabağda ərazilərimizi ... İndi anlamaq olur ki,H.Rəcəbli niyə əsgərlik şəkilini göstərib özünü "rus" elan edirmiş.Sən demə əməlləri də elə rusca imiş.Allah belələrinin cəzasını verəcək!"Övladlığa vermə adı altına" əzalarını əcnəbilərə satışa çıxardığı körpələrin ahı gec-tez onu tutacaq.

Maqsud 2018-04-07 13:21:40

BELƏ ADAMLAR ÖLKƏNİ FƏLAKƏTƏ SÜRÜKLƏYİR.

Son yazılar