İKİ İSTEDADLI DOSTUN KƏDƏRLİ SONU... - Müslümovla Əsədov nəyin qurbanı oldular?

Selim-Heyder

Kimin əvvəli, kimin axırı deyiblər. Nazir kreslosu ilə vidalaşan Səlim Müslümov və Heydər Əsədovun timsalında bu deyim ibrətamiz görünür. Xüsusilə bu iki sözsüz ki, istedadlı və savadlı iqtisadçının gənclik illərinə nəzər salanda, onların haradan haraya gəldiyi və indi də haralara gedəcəyi barədə düşünməmək olmur.

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində yaxın dostlar Müslümovla Əsədov bizim də həmin illərdə təhsil aldığımız indiki İqtisad Universitetində dərs deyirdilər. O vaxt indikindən çox-çox fərqli xüsusiyyətlərə malik Azərbaycan gəncliyi xalqımızın milli-azadlıq hərəkatında fəal iştirak edir, böyük ideyaların ardınca, özü də öndə gedirdi. Müslümovla Əsədovun institutdakı müəllimlik dövrü də həmin illərə təsadüf edir. Və desək, inanmayacaqsınız ki, bu iki gənc müəllim (Heydər Əsədov 26, Səlim Müslümov isə 28 yaşından ali məktəbdə dərs deyiblər-red.) "Narxoz" kimi tanınan institutun 3-5 nəfər dürüst, rüşvət almayan və tələbələrin böyük əksəriyyətinin sonsuz hörmət bəslədiyi təvazökar müəllimlərindən idilər. Hətta S.Müslümov uzun müddət institutun Dərnəgüldə yerləşən 9 mərtəbəli yataqxanasında, bizim kimi kasıb-kusub tələbələrin əhatəsində yaşadı. Bu müəllimlərin savadına, öyrətmək həvəsi və qabiliyyətinə söz ola bilməzdi.

Təsəvvür edin ki, hələ həmin gənc yaşlarında Müslümovla Əsədov hətta iqtisadi bloka aid qanunların hazırlanmasında birbaşa iştirak edirdilər. Belə müəllimlərin timsalında gələcəyə ümidlə baxmaq olurdu, inanırdıq ki, xalqımızın gələcəyi elmli, azad, eləcə də rüşvət və digər pisliklərdən uzaq insanların əlində olacaq...

Ancaq türklər demişkən, "maalesef"... Çox keçmədi ki, bu ümid verən gənc alimlər "qurban"a çevrildilər. Deyəcəksiniz ki, kaş biz də belə "qurbanlar"dan olaydıq - onların pulları, mülkləri, var-dövlətləri və sair var. Ancaq bilsəniz ki, onlar bu maddiyyatın qarşılığında nələrdən məhrum olublar, həsəd aparmazsınız! Biz tələbələrin az qala etalon hesab etdiyimiz, yaşlı müəllimlərin isə həsəd apardığı bu iki istedadlı və işıqlı, ən əsası isə azad ruhlu gənc alimlərin biri bugün pensiya yaşına çatan ahıl insanlarımızın qarğış və söyüş mənbəyinə, digəri isə fermerlərin və kənd təsərrüfatı mütəxəssislərinin korrupsiya ittihamları və lağ-lağı hədəfinə çevrilib.

 

Bir "malades" qazanmaq üçün onsuz da ehtiyac içində olan yaşlı insanları ahıl yaşlarında bir tikə çörəyə möhtac qoyan pensiya qanunu hazırlamağa nə ehtiyac vardı? Yaxud torpaqdan başqa qazanc mənbəyi olmayan kəndlini, fermeri "şapka" adlı "iynəyə" otuzdurmağı müasir dünya görüşünə malik bir alim özünə necə yaraşdıra bilərdi?

Bu gün onların vəzifəsiz qalmasına sevinənlərin və hətta həbsini, əllərindəki var-dövlətin alınmasını tələb edənlərin sayı, bir vaxtlar bu alimlərə ümidlə baxan tələbələrinin sayını min dəfələrlə üstələyir. İndi bilmək olmaz ki, böyük ehtimalla səksəkə içində yaşayan Səlim müəllim, Dərnəgüldəki yataqxanada daha azad, firavan və işıqlı həyat yaşayırdı, yoxsa bugün barəsində az qala rəvayətlər gəzən çoxmərtəbəli villasında, yaxud villalarında...

Bu iki alimin hazırkı taleyi savadlı, təmənnasız və millətin gələcəyində əhəmiyyətli rol almalı olan elm adamlarının cəmiyyətin, sistemin və tamahın qurbanına çevrilərək, zay edilməsinin nümunəsidir. Ancaq ortada başqa nümunə də var - professor Saleh Məmmədov.

O Saleh Məmmədov ki, 1992-1993-cü illərdə maliyyə naziri işləmiş, maliyyə üzrə Azərbaycanın birinci elmlər doktoru, keçmiş SSRİ-də isə ən gənc maliyyə doktoru olmuşdu. Onu xatırlatmağımız təsadüfi deyil, çünki S.Məmmədov o vaxt maliyyə naziri olaraq, Müslümov və Əsədovun karyerasının ilk illərində onların irəli çəkilməsində müstəsna rol oynamışdı. Ancaq S.Məmmədov fərqli yol seçdi, çirkaba batmadı, onunla "işləyə" bilmədilər, "işləmədi", Müslümovla Əsədov isə "işlədilər" və "işlədildilər...".

Professor həyatını daha çox elmə həsr etdi, böyük varidata, villalara və s. malik olmasa da, təmiz adı, reputasiyası var, hətta sosial şəbəkələrdə maliyyədən, iqtisadiyatdan tutmuş, dinə qədər - istədiyi mövzuda azad şəkildə fikrini deyə bilir və səksəkə içində yaşamır...

Əlbəttə ki, bugün Səlimovla Müslümovun nazir postunu itirməsinə təəssüflənməyə dəyməz, ancaq Azərbaycanın iqtisad elminin hələ illər öncə iki istedadlı alimini itirdiyinə təəssüf etməmək olmur.

E.Qüdrətoğlu

AzPolitika.info

635x100

Şərhlər

pensiyaçı iqtisadçı 2018-04-27 18:52:32

Mən bilmək istəyirəm bu il infilyaiya 12.9% olduöu halda,nə üçün pensiyalar 5.7 % artdı. Həmişə pensiyalar illik infilyasiya %- nə görə artıb.bu il əmək haqqının artım %-nə görə.Bu hansı qanunda nəzərdə tutulub.Yəqin SƏLİM MÜSLÜMOVUN öz qanunudur. Ona görə ki infilyasiyanı saxlaya bilmirlər,ancaq əmək haqqı öz əllərindədir.Statistika komitəsinin sədri də yaddan çıxarmasın ki ,kasıb xalqın bəzi şeylərdən başı çıxmır.Vaxt gələcək xalq onu da qarğış edəcək.rəqəmlərı çox kiçəldməsin.Göydə Allah var

TURAN 2018-04-27 18:52:32

YAZINI YAZAN JURNALİSTƏ DEMƏK İSTƏYİRƏM Kİ,ADLARINI CƏKDİYINIZ CƏNABLAR YALNIZ RÜŞVƏT ,KORRUPSİYADA ÖZLƏRİNƏ İŞLƏMƏKDƏ COX-COX İSTEDADLI OLUBLAR.TƏQAÜDCÜLƏRİMİZİN QARĞIŞ VƏ LƏNƏTİ S.MÜSLÜMOVUN 7-Cİ DÖNƏMİNƏ DƏ BƏSDİR.ALLAH BÖYÜKDÜR,YAXŞINI DA PİSİ DƏ GÖRÜR.

Hafiz 2018-04-27 18:52:32

1/2 + 1/3 = ?

Cəmşid Dərələyəzli 2018-04-27 18:52:32

Azərbaycanın mövcud siyasi idarə etmə sistemi 2010-cu ilə qədər sərf edirdi Çünki dövlət quruculuğunun başa çatmasında bu vacib idi. Lakin 2010-cu ullərdə isə artıq bu sistem, dəyişdirilməli idi. Bir fakt, Cənab Prezident son illərdə kadr islahatlarında nə qədər yenilik etsə də, bu effekt vermir və hər kəs sonradan yarıtmaz bir imiclə vəzifədən kənarlaşdırılır. Bəli bu kadırların içində Heydər Əsədov kimi tam bacarıqsızı da var idi. Lakin bunu heç də hər kəsə şamil etmək olmazdı.

RAMİZ 2018-04-27 18:52:32

BUNLARİN HƏR İKİSİ HƏM SAVADSİZ VƏ .... ƏN İRƏLİDƏ GEDƏNLƏRDƏN İDİLƏR.BUNLAR VƏ BUNLAR KİMİLƏRİ TƏK DOVLƏTÇİLİYİMİZƏ YOX MƏNƏVİYYATİMİZA BOYUK ZƏRBƏ VURUYBLAR.ONLARİN AİLƏ UZVULƏRİNİN QOHUMLARİNİN BU XALQİN BAŞİNA GƏTİRDİKLƏRİNƏ GORƏ NƏ VAXTSA CAVAB VERMƏLİ OLACAQLARİDA GUNUN MƏSƏLƏSİDİ

vəkil 2018-04-27 18:52:32

o iki nazir tesadufi adamlar idi ki şanslari tutub nazir olmuşlar lakin onlar kimiləri hələdə qalir Əhməd Əhmədzadə Cavid Qurbanov və kimılər...

pensiyacı 2018-04-27 18:52:32

azərbaycan hərbicilərinə səfərbala əbiyev və ciblərinə girən səlim muslumov nə pislik bacarıblarsa ediblər. uzdə guya səlim muslumov qanunları rəhbər tutur onlara istinad edir ancaq əslində həmin qanunları insanların xeyirinə olan hissə kənara qoyulur və ya öz bildikləri kimi tətbiq edirdilər.öz mənafeləri xatirinə qanunların yol verdiyi və vermədiyi hə şeyə əl atırdılar bu işim mahir ustası dsmf nin huquqşünas ..... munir cox məharət göstərib həmişə.

Romaya 2018-04-27 18:52:32

Heyder Esedov qiyabi oxuyub.Narxozda muhasib iwleyirdi.Professor Saleh Memmedov ise hec vaxt muhaisbat ucitundan ders demeyib.O Maliyye uzre professordur ve hemin kafedra uzre ders deyib.Bu insanlar iwden cixib deye onlari tenqid etmirler.Onlar vezifede olanda en cox tenqid olunan nazirler olublar.Hec kes onlara balta da calmir.Amma onlar balta ile iqtisadiyyata ve her iki nazirliyin kadr potensialina ciddi yara vurublar.P.S.Gizir oglu Mustafa bey,cal oynasin Ejder emi

Sənan 2018-04-27 18:52:32

Bizim bəzi adamların adətidir vəzifədə olanda hamı tərifləyir ,çıxandan sonra hamı baltalayır .

Müəllifə 2018-04-27 18:52:32

Əsədov öz yerini blmədi və ondan çox uzaq olan kresloya oturdu.bu yaşda insan gərək onu başa düşəydi.Maləsəf.yel əsib qoz töküb deyə baş açmadığı.anlamadığı işə girişdi və... Müslümov isə çox bildiyindən elə fonda gələndə atası-anası yaşda insanları dilənçi kökünə salmağa başladı və u getdikcə arfdı.Onu bu yazıq günə saldığı insanların qarğışı tutdu və başqa cür də olmazdı.Bu işdə ona Hadı da az yardım göstərmədi.Allah birini cəzalandırdı,npvbə Hadınındır. Onların əldə etdiyi mal varlığı isə millətindir!

Roma 2018-04-27 18:52:32

Mən Heydər Əsədovla institutda bir qrupda oxumuşam və onun savadı və qabiliyyəti necə deyərlər, yaxşı mənada, bir vəhdət təşkil edir. Onun vəzifədən çıxarılmasına təəssüflənirəm. Saleh Məmmədov bizə mühasibatdan dərs deyirdi və biz onun xətrini şox istəyirdik. Belə ki, Saleh müəllim savadlı, qabiliyyətli danışıq tərzi və aydın diksiyaya malik bir şəxsiyyətdir. Səlim Müslümova gəlincə onu qiyabi tanıyıram və tutmuş olduğu vəzifələrə görə sözsüz ki, savadlı insandır.

ziyali 2018-04-27 18:52:32

Selim beyden gozel shoumen chixar.Nazirliye teze teyinatdan sonra KİV-ri yigib rayon reislerini ashagilayaraq sen,sen chix deyerek iclasdan chixarirdi.Qohum-eqrebasi da saytlarda bunun reklami ile meshgul idiler.indi sesleri chixmir.Prezidentimize eshq olsun!

Farid 2018-04-27 18:52:32

Bunlarin savadli olmasi bir mifdir.Esas karyeralari da Mutellibov dovrunde Fuad Elesgerovun rektor oldugu vaxtda qurulub.Fikret Yusifov ve Selim dekan muavinleri ididler.Ele o iller yataqxana meselesi bitdi.Sonraki iller Narxozda dolaniwiq olmadigina gore Turkiyeye alvere gedirdiler,derslerini bawqalari deyirdi.Bunlari Saleh Memmedov yox,Fikret Yusifov bawina yigdi.Her 2si bir gun de olsa awagi praktiki iw tecrubesine malik deyiller.Amma paxilliqdan 10larla real savadli iqtisadcilari mehv etdiler

Vıtın daşı 2018-04-27 18:52:32

İnanın Allaha hər ikisi Kürdəxanı türməsinin yaraşığıdırlar. Türmədə minlik lampa kimi yanıb işıq saçarlar. Ən çoxu da Səlim.

Obıvatel-ə 2018-04-27 18:52:32

Diktofon yazıları qərar vermək üçün yetərlidirsə, o halda Tolikin şouları daha məsləhətlidir, həqiqətən və təəssüfki ....)))))

miri 2018-04-27 18:52:32

Saleh bəyi bu cür yol secmislərlə müqayisə etmək belə günahdır. Allah ona xeyirli ömür qismət etsin, İnşəallah.

S.Ənvər qızı 2018-04-27 18:52:32

Dövləti vəzifələrə irəli kəçilən məmurlar öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq əvəzinə, xəyanət edərək dövlət büdcəsini dədələrinin malı kimi mənimsəyirlər. Belə məmurlardan vətəndaşlar şikayət etdikdə onların şikayətinə baxılmaması səbəbli, məmurlar öz pis əməllərini davam etdirirlər. Dövlətimizə,xalqımıza və öz xidmətləri ilə cənab Prezidentimizə xəyanət edənləri sərbəst buraxmaq olmaz, çünki onların qanunsuz yolla mənimsədikləri milyardlar dövlətçiliyimiz üçün təhlükə mənbəyidir.

Keçmiş Zəngilanlı 2018-04-27 18:52:32

Nazirlər belə 6500-dən xəbərsiz də ola bilər!? Belə "şirinlik"ləri xüsusən arxası baglı məmurlar çəkinmədən alırlar. Biznesmenlər iş adamı-sahibkar olurlar. Alim və akademiklər isə milonlar qazana bilmirlər.

Obıvatel 2018-04-27 18:52:32

Belə yazıları anlamaqda çətinlik çəkənlər var deyəsən, belələri gedib Tolikin verilişlərinə baxsalar məsləhətdi.

Mirzə AĞ 2018-04-27 18:52:32

Millətin məhvinə yönəlmiş istedada TÜPÜRÜM!!!

irad 2018-04-27 18:52:32

......“Azərbaycanın iqtisad elminin hələ illər öncə iki istedadlı alimini itirdiyinə təəssüf etməmək olmur”.........cəmi iki??? ...))))))))) onlarla, bəlkə də yüzlərlə ölkənin savadlı, yüksək düşüncə qabiliyyətinə malik olan iqtisadçıları elmdə olmaq, elmi-tərdqiqat işi ilə məşğul olmağı özlərinə sadəcə olaraq yaraşdırmaz – hal-hazırda maliyyə sistemi, bank sektoru, dövlət idarəçiliyi, xarici şirkətlər və s. sahələrdə məşğuldurlar. Bu da təbiidir – ölkədə elmə, o cümlədən iqtisad elminə münasibət də köklü dəyişikliklər olmalıdır. Məsələ təkcə maiyyələşmə ilə bağlı deyil – elmdə bu sənətin vurğunları olub və olacaq. Lakin dövlətin elmə biganə münasibəti öz sözünü deyir. Iqtisad elmində 90-cı illərin əvvəllərindən başlamış sürətli tənəzzül hələdə davam edir. Sahə hal-hazırda əsaslı böhran içindədir – apaılan tədqiqat işlərinin mahiyyəti ancaq acı ironiya doğurur, belə mühittə hansı yüksək ixtisaslı kadr hazırlığı, inkişaf, yüksək səviyyəli kadrların elmə gəlişi ola bilər??? İnkişaf etməyən mühitin isə öz qanuna uyğunluqları var – belə mühitə heç vaxt işgüzar, savadlı və perspektivini hesablayan mütəxəssis gəlməz.

Mustafa Qula Bala 2018-04-27 18:52:32

Bəli, secim S. Muslumovun idi .Şəxsən bizim ailəyə S. Müslumovun, onun İdris adlı müavininin və əmək müfəttişlərinin rəisinin etdiyi zülm və iftiranı ALLAH necə bağışlayaydı? BU hələ son deyil ,bu ....alınacaq intiqam anı hələ qabağdadır-zəifin, əlilin, şəhid ailəsinin haqqını yemək cəzasız qalmayacaq-intiqam anı qabaqdadır-Səlim yenə o yataqxanaya köcürüləcək !!!Materiallar istintaqa veriləndən sonra !!

Mustafa Qula Bala 2018-04-27 18:52:32

M.F.Axundovun "Sərq poeması"nda belə misra var:" Öz gözüylə toru görmüş- ora ucmuş bir quş ,təkcə bir buğda ücün məhbəsə edərmiş ucuş?" Yaxınlarda bir şəhid balası mənə bir diktofon yazısı verir və orda S. Müslumovun işcisi ilə olan söhbət öz əksini tapıb. Şəhid ailəsinə ödəniləcək 12000 azn-i ailənin hesabına köcürmək ücün nazirliyin əməkdaşı bəri başdan həmin ailədən nə az nə cox 6500 azn şapka istəyir! Ailə də məcbur qalıb həmin şapkanı ödəyir və sonra pul karta köcürülür-Səlim M bu yolu özü secmişdi-

Mustafa Qula Bala 2018-04-27 18:52:32

M.F.Axundovun "Sərq poeması"nda belə misra var:" Öz gözüylə toru görmüş- ora ucmuş bir quş ,təkcə bir buğda ücün məhbəsə edərmiş ucuş?" Yaxınlarda bir şəhid balası mənə bir diktofon yazısı verir və orda S. Müslumovun işcisi ilə olan söhbət öz əksini tapıb. Şəhid ailəsinə ödəniləcək 12000 azn-i ailənin hesabına köcürmək ücün nazirliyin əməkdaşı bəri başdan həmin ailədən nə az nə cox 6500 azn şapka istəyir! Ailə də məcbur qalıb həmin şapkanı ödəyir və sonra pul karta köcürülür-Səlim M bu yolu özü secmişdi-

Ədalət 2018-04-27 18:52:32

S.Müslümov savadsız əjdəri təyin edəndə öz evini yıxdı. əjdər saxta əmək kitaçalı qohumlarını ora yığanda axırı belə olmalı idi kadrlar şöbəsinin müdirinin əmək kitabçası saxtadır guya firmada işləyib

ALI 2018-04-27 18:52:32

Səlim Müslümovla Heydər Əsədov kirvə idilər.H.Isədov kadr təyinatında rüşvət almırdı.Amma korrupsiya yerində idi

Alı 2018-04-27 18:52:32

Səlim barədə yazılanlarla tam razıyam.Çünki yaxçı tanıyıram.Səlimin 1-ci böyük səhvi Əjdər Cəbiyevi yanina çəkməsi oldu.Əjdər ..... vəhəddindən artıq varlanmaga meyilli idı.Tədricən Səlimin qulagını necə doldurdusa Səlim ayilanda özünü tam bataqlıgın ortasında gördü.Artıq gec idi.2-ci səhvi isə 2007-ci ildən başlayaraq Ziya Məmmədov və Elton Məmmədovla cox yaxın münasibətlər qurması oldu.Səlim bütün addımlarını mütləq Ziya ilə razılaşdırırdı.Onlarsa onu tədricən dərinə yuvarladılar.

G.M 2018-04-27 18:52:32

Pay atonan...alimlərə bax ey.Lap Tolikin vətənpərvərlik kampazisiyasına oxşadı.Anoloqu olmayan rüşvətxorlara yeni tərcümeyi hal yazın.

Son yazılar