DEŞİK HESABAT VƏ…

alqishAlqış HƏSƏNOĞLU

Son günlər AŞPA çevrəsində baş vermiş iki məqam heç cür yadımdan çıxmır.

Hadisənin biri otel otağının deşiyi, o biri zibil qutusunun deşiyi ilə bağlıdır.

Birinci…

Bu barədə bir neçə gün əvvəl sosial şəbəkədə yazmışdım… (Təkrarçılıq olmasın, həmin qeydləri bir daha bölüşürəm).

Lətifəsi İsveçrə parlamentinin AŞPA-dakı nümayəndəsindən uzaq: Böyük rus alimi Lomonosovun bədxahları çoxmuş. Deyirlər ki, bir dəfə xüsusi öyrədilmiş biri alimin cirıq cibinə işarə edərək soruşur: “Deşikdən alim görünür?”

Lomonosov özünü itirmədən dərhal cavab verir ki, deşikdən axmaqlar baxır.

Sözsüz ki, cibin deşik olması səliqə-səhman göstəricisi sayılmaz. Amma şəxsiyyəti onun pencəyinin cırıq yerindən mühakimə etmək adamı təlxək durumuna salır...

Mövzunu eninə yaymaq , uzununa dartmaq mümkündür. Təbii ki, baxır, deşik haradadır.

Aşsüzənin deşiyi onun dəyəridir. Qazan isə deşilən kimi dəyərini itirir - materialından və tutumundan asılı olmayaraq.

Qapıda deşiyin - yəni şüşəli gözlüyun olması vacibdir.

İsveçrə təmsilçisi Dik Marti Bakı otellərinin birində qapının deşiyindən baxa və əllərində şampan şüşəsi olan yarıçılpaq xanımları görüb qapını açmaya bilər. Burada qəbahət-filan axtarmağın yeri yoxdur.

Bu, cənab Martinin dik başını heç də aşağı eləmir. Amma o yekəlikdə təşkilatın - AŞPA-nın xirda bir deşiyə istinad edib hesabat hazırlaması əməlli-başlı məsxərədir.

Və bu fakt bəri başdan Parlament Assambleyasının yaydığı hesabat sənədin etbarsız, yəni deşik olması barədə təəssürat yaradır...

İkinci...

Bu səhnə məni bir xeyli uzaqlara apardı.

AŞPA-nın mənzil-qərargahında qəfil yaxalanan təmsilçimiz, millət vəkili Asim Mollazadə siqaretini tələm-tələsik söndürüb zibil qutusunun deşiyinə atir və elə tələm-tələsik də qapıya tərəf addımlayır.

Mən AŞPA-dakı zibil qutusunun deşiyi ilə otel qapısının deşiyi arasında əlaqə axtarmaqda o qədər də həvəsli deyiləm .

Hərçənd ki, belə paralel aparmaq ücün əsas və imkan var. Məsələn, demək olar ki, azərbaycanlı deputatı zibilə düşməkdən zibil qutusunun deşiyi, onun isveçrəli həmkarını otel qapısının deşiyi xilas edib və s...

Vurğulamq istərdim ki, Asim müəllimlə biz dostuq, aramızda xətir-hörmət saxlanılır.

Mən millət vəkilimizi o vəziyyətdə görmək istəməzdım.

Nə etməli ki, həmin səhnədə Asim müəllim özünü itirir və uduzurdu.

Həm də uduzan və itirən təkcə Asim müəllim deyildi...

Və o səhnənin fonunda Asim Mollazadənin uz tutduğu qapı (və ya qapılar) qapıdan daha çox qulplu, həncaməli açılıb-örtülən, dördkünc deşiyə oxşayırdı.

Dik Martinin qapı deşiyindən ürkək baxışlarla və siyasi həssaslıqla boylanması təbii və başadüşüləndir.

Adam nə edib ki? Sadəcə qapının deşiyindən çağırılmamış qonaqları görüb.

Qapının deşiyindən istifadə etmək qonaq və ya mülkiyyətçinin özəl hüququdur.

Amma qapıdan deşik kimi istifadə etməyin heç bir halda siyasi, hüquqi və mənəvi bəraəti yoxdur...

Sabah nə olacaq, birisi gün nə baş verəcək, o birisi gün nələr yaşanacaq?

Birmənalı və konkret cavab vermək çətindir.

Hissiyatım məni heç vaxt aldatmayıb.

Hiss olunur ki, asan olmayacaq.

Hər gün döyüşmək, mübarizə aparmaq, dirəşmək lazım gələcək.

Dövlətimiz, hökumətimiz yan-yörəsində bərkitmə işləri aparmalıdır.

Deşiklərə əl gəzdirməyin tam zamanıdır...

635x100

Şərhlər

Bəhram Qarabağlı 2018-05-04 19:35:31

Elə müharibə dovründə də уalaq-уanlıqla qəhrəmanlar az olmaуıb. Amma, Sərsəm Adolfun Reуhinə dərin dəlikləri qıvraq Armed(Əhmədiуə), Mihaуlo, Di Qoll, Kuzneтsov, İsaуev, Eуnşтeуn, Landau, Kərimov, Korolуov kimi müharibədən sonra belə illərlə saуılmaуan, adları gizlədilən ƏSL Dəhşəтə-aтəş və Konsтrukтiv-dərrakə qəhrəmanları açmışlar!

Mixaylo 2018-05-04 19:35:31

"Deşik" dediz yadıma buna münasib bir neçə görüb eşitdiklərimiz düşdu. 《Mən bu bizlə idarəmizə gələn ərizələrə operativ surətdə deşik açıram》 "Şəffaf" nədir sualına Molla "açar deşiyi" deyə, avab verir. Bizdə şəffaflıqla açar deşiyi elə o vaxtdan sinonimdir. Deşiklərin ən pisi isə büdcə deşiyidir.

Gündüz 2018-05-04 19:35:31

....kimi ... çooooox uzağa gedəcəyik.Amma nə vaxtsa deşiklərə çatanda qorxuram ayaqlarına daş dəyə.BU olacaq.Gərək dəmir şalvar geysinlər.

Van Gogh beye Kecmiw cobandan 2018-05-04 19:35:31

A bey,sizin werhden sonra neise yazmaq yerine duwmeyecek,var olun,yeri gelmiwken Ilqar dostumada salamlar!

Van Gogh 2018-05-04 19:35:31

Bəz özünüz bu qədər dəliklər açıb Azərbaycanı aşsüzənə döndərmisiz. Bu dəliklərdən neftimizdən qızılımıza qədər, qürurumuzdan cəsarətimizədək hər nəyimiz varsa süzülüb gedib, heç nəyimiz qalmayıb. Dəliklərdən az qala dissertasiya yazırsınız, bəs xalq bütün bu dəliklərin hesabını sorsa, neçə cild kitaba yerləşər?

ilqar 2018-05-04 19:35:31

kecmis coban dostum sizin bu yazindan sora kerek bu

Saraу muxbiri 2018-05-04 19:35:31

Alqış baу, Sizcə, Baтumidə ucalan Beş ulduzlu mehmanXanə "Azal"ın sərmaуa deşiуindən maуalanmaуıb ki?

Vətən OĞLU 2018-05-04 19:35:31

----------

Kecmiw coban 2018-05-04 19:35:31

Alqiw muellim yenede oz ampulasindadi,hemiwe oldugu kimi. Xahiw edirem bir alqiw gelsin Alqiw muellimin werefine, birazda berkden! Sag olun,sag olun ,bes eleyer,eylewin.

Alqışa 2018-05-04 19:35:31

DEşik seçkinin də deşik hesabatı olacaq.Burada yazmalı nə var? Bunu ki,hamı görüb və bilir. Görünən kəndə bələdçi lazımdırmı?

osman-samaxili 2018-05-04 19:35:31

bu qerbi azerbaycanlilalar deyirler ki vezifede .... ancaq yeraz olsun- bunlarin bu regionculuqu azerbaycani ermenistan qarsinda gucsuz qoyub.

məmmədabadlı 2018-05-04 19:35:31

Tipik..... vəzifə naminə Qarabağı ermənilərə verdilər.Bunları ancaq və ancaq vəzifə və pul maraqlandırır.......

Təmiz jurnalist 2018-05-04 19:35:31

Alğış bəy bu məqaləni yazanda nə düşünüb? İnanmaq olmur ki, yaltaqlığı peşə seçib və yalancıların yalanını açanı tənqid edir. A kişi,bu seçkidə kürü diplomatiyası keçmədi deyə niyə əl ayağa düşürsünüz.Düz düzdür.Onu əymək isə nadanlıqdır. Seçkidən çox gün keçməsinə baxmayaraq hələ müəllim,həkimlərin məntəqə-məntəqə gəzdirilib səs bülletenləri salmaqdan yorğunluqları çıxmayıb.Hələ məcburi bülleten atmış olan həbsdə olanlar və əsgərlər bir yana. Bu yazıq Aİ.ATƏT nə deyir ki? Yalan deyir? Ayıb deyil?

əli 2018-05-04 19:35:31

Mənasız söhbət Hesabat deşik deyil düppə düzdür.

Haqq Dəliуi 2018-05-04 19:35:31

Alqış bəу dünуanı şəffaf əmlak-mülk, sərvəт-maliууə, vəzifə-əmək, bərabər insan haqları bolgüsünə çagırıb. Qarabagdakı aтa evlərindən qovulmuş azərbaуcanlı ailələrinin saуı az qala Ermənisтan əhalisi qədərdir. Siуasəтimiz də bəуan eтdiуi kimi qlobalca уenilməzdir! Avropa kəmərlərimiz də ucsuz-bucaqsız! De gəl ki, Aİ, AƏ, AŞPA və d. ozgə prizmasından rəsmi Bakının oz xalqı üzərində işalçıуa prioriтeт verdiуini müəууən edib. Eləcə Azərbaуcan geri qaутarılıb, Ermənisтan isə Arтsaxla(DQarabagla) Aİ-na qəbul .

matin 2018-05-04 19:35:31

Öz torpağından qaçmaqla Bakıiya hakimiyyət dalınca deşik yaratdınız. ermənilərdan qaçıb qəlib burda hakimiyyətdə oturublar, hələ bir qəzəl də oxuyurlar. öz torpaqlarından əlavə hələ Qarabağı da vəzifədə möhkəmlənmək üçün ermənilərə peşkəş etdilər..

Sus 2018-05-04 19:35:31

Bu deşiklərdən işıq çoxdan gəlir.Sadəcə anlamaq lazımdır.

Son yazılar