İlham Əliyevi sevməmək üçün səbəblər…

Alqış Musayev

Hər şey aydındır…

Bizdən əl çəkməyəcəklər.

Problem heç də avropalı demokratların xəzər balığı ilə şübhəli əlaqələrində deyil.

Qara kürünün məharəti barədə şişirdilmiş “ağ” diskussiyalar özgə bir mətləbdən nişan verir.

Hədəf eynidir: Cənubi Qafqazın neft və lider ölkəsindəki sabitlik və həmin sabitliyi təmin etməyi bacarmış lider…

“Yol xəritəsi” fərqli məkanlarda testdən çıxmış üsullarla tərtib edilib.

Ardıcıl ideoloji-siyasi basqılar həyata keçirilir…

Rəngli və parıltılı adlarla: insan haqları, fundamental azadlıqlar, seçki saxtakarlığı və s.

Bir qayda olaraq, hər seçki prosesindən sonra ATƏT-in verdiyi bəyanat müşahidəçi qənaətindən daha çox ideoloji-siyasi diversiyaya oxşayır: “Hökumət xalqın dinc yolla hakimiyyəti dəyişdirmək şansını əlindən alır”. (Özü də xalqın adından danışılır. Bu səlahiyyəti kim verib?

Dinc yolun alternativi nədir?

Şərh verməyə nə lüzum.

Xaos, yeni ərazi itkiləri, zəiflədilmiş hakimiyyət və Qarabağın de-yure təhvil-təslimi. Bu, erməni adıyla kodlaşdırılmış düşmənin perspektiv və strateji istəyidir.

Əhali ilə dövlət təsisatları arasında inamsızlıq səddi hörülür...

Rüşvət və korrupsiya ittihamları büdcə oğurluğuna etiraz nidası kimi səslənə bilər. Ancaq ilk baxışda…

Mövzu büdcəmizə uzanan əyri əlləri kəsmək üçün tirajlanmır.

Bu, dövlətə qarşı ikrah aşılamağın ən təsirli vasitələrindən biridir.

Yəni, sənə məxsus pul, bir mühacirin ləhcəsiylə desək, “çəmədanlarda” xaricə daşınır…

Fərqli texnologiyalar işə salınıb.

Məsələn, xarici qonaqlara Azərbaycanda olarkən apteklərdən dərman almamaq barədə xəbərdarlıq edilib.

Təbii ki, xəbərdarlıq, əslində, birbaşa daxili auditoriyaya istiqamətlənir.

Deməkdir ki, sağlamlığını, hər şeydən üstün olan can sağlığını yerli səhiyyəyə etibar etmə.

Dövlətinə güvənmə və s.

Dövlət-vətəndaş bağlarının məmurlar tərəfindən vaxtaşırı zədələndiyini (bilərəkdən, ya bilməyərəkdən) əlavə etsək, məsələ xeyli tündləşir...

Günün günorta çağı, göz görə-görə obıvatelin damarına kin, nifrət hissi adi ampulalarla deyil, vedrə-vedrə yeridilir...

Ölkəni lidersizləşdirmək üçün cəhdlər səngimir…

Azərbaycan kimi mürəkkəb vəziyyətdə olan bir ölkəyə sıradan bir prezident yox, bütün davranışlarıyla ölkəsini və xalqını təmsil edə və yönləndirə bilən lider - dövlət başçısı gərəkir.

Avropadan başladılmış və davam edən söyüş, təhqir kampaniyası ölkənin ictimai-siyasi inanclarını sıradan çıxarmağa hesablanıb.

Heydər Əliyev Azərbaycanın dövlətçilik və siyasi inancıdır.

Siyasi inancından məhrum olunmuş xalqın milli dövləti olmaz, dövlətçiliyi rəqabət imkanlarını yerli-dibli itirər.

Bir neçə il əvvəl Böyük Britaniya kral ailəsinin yeni üzvü - Şahzadə Vilyamın oğlan övladı dünyaya gəlmişdi.

Müttəfiq dövlətlər Kraliçanı və ölkənin baş nazirini təbrik edirdilər. Təbrik mətnlərində yeni doğulan körpə regionda sabitliyin və rifahın rəhni kimi dəyərləndirilirdi.

Körpə gələcəkdə hansı fiziki və əqli göstəricilərə sahib olacaq? Hələ bilinmir.

Krallıq növbəsi ona yetişəcəkmi? Demək çətindir.

Kimsəni ilgiləndirməz.

Bu, bir dövlətçilik ənənəsidir.

Kimsənin "buki adi uşaq əyləncəsidir” deməyə haqqı çatmaz.

Və hər kəsdən bu ənənəyə sayğı tələb olunur…

Heydər Əlirza oğlunun soyadı Azərbaycanın siyasi etiketidir.

Heydər Əliyev - milli dəyərdir…

“Diktator “ deyirlər, - Prezidenti prinsipial və haqlı mövqeyindən çəkindirmək üçün...

Keçməz!

Milli maraqlar hər növ idarəçilik formasının, istənilən konstitusiyanın və digər ali qanunların fövqündə dayanır…

Əliyev soyadı prezidenti aşkar və gizli hücumlara məruz qoyur.

Bəli, İlham Əliyevi sevməyənlər var...

Neçə nəfərdirlər: bir, iki, üç, on, yüz, min?

Say üzərində baş sındırmağa ehtiyac-filan yox.

Çünki…

Azərbaycan prezidenti və onun simasındakı Azərbaycana bəslənilən antipatiyanı (dəxli yoxdur, daxili, ya da xarici) doğuran səbəblər antimilli və anti-əliyevçi statistikanı heçə endirir.

O səbəblər ki, Azərbaycanın və onun liderinin tənqidçilərinə səxavətlə qucaq açan tribunanı (və ya tribunaları) Azərbaycan prezidentinin liderliyini, alternativsizliyini və legitimliyini təbliğ , həm də təlqin edən xitabət kürsüsünə çevirir...

(Necə ki, AŞPA-nın nümayəndə heyətimizə tətbiq etdiyi sanksiya qurumun özünü, ümumiyyətlə, qərb demokratiyasını ifşa edir. Avropalı demokratlar kürüylə alınıb-satılırsa Xəzər balığının nə günahı?)

Səbəblər hansılardır…

Birinci:

Azərbaycan prezidenti diktəyə qarşı barışmazdır.

O, hər addımda müstəqil ölkənin müstəqil prezidenti olduğunu nümayiş və sübut edir...

İlham Əliyevlə təzyiqlə danışmağın faydası yoxdur və nəticəsi olmaz.

İkinci:

Azərbaycanın siyasi səhnəsi İlham Əliyevin şəriksiz nüfuzu və təsiri altındadır.

İlham Əliyev faktoru ictimai-siyasi fəaliyyət sahəsini sanki əlçatmaz və keçilməz zolağa çevirib.

Prezidentin özündən asılı olmayaraq.

Üçüncü:

İlham Əliyev yerli və əcnəbi həvəskarlara Azərbaycan xalqından təcrübə materialı kimi istifadə etmək şansı vermir.

Dördüncü:

Ölkə və onun ərazisi qonşulara qarşı heç bir prosesdə iştirak etmir. Birmənalı şəkildə.

“Nazik sap üzərində yürüdülən xətt” (İfadə Heydər Əliyevə məxsusdur) kimi səciyyələndirilən xarici siyasət kursumuza İlham Əliyev praktik məzmun gətirib: “Azərbaycan qarşıdurma yox, əməkdaşlıq məkanıdır!”

Beşinci:

Soyuqqanlı məntiq və kompromissiz mövqe.

Müstəqillik – qarşılıqlı asılılıq deməkdir...

Söhbət ölkənin müstəqilliyindən və ərazi bütövlüyündən gedirsə, prezidentin qətiyyəti hətta siyasi konyukturdan kənara çıxır.

O, Azərbaycanın müstəqilliyini yalnız qarşılıqlı “asılılıq” əsasında “güzəştə” gedə bilər...

21-ci əsrin qlobal qayğıları məhz bu modeli tələb edir:

Milli müstəqil dövlətçilik yalnız qarşılıqlı faydalı asılılıq (əməkdaşlıq) mühitində yaşaya və inkişaf edə bilər...

Prezidentə və onun ölkəsinə yönəlmiş hücumun səbəbləri Azərbaycanın uğur modelini təmin edən şərtlərdən zərrə qədər fərqlənmir...

635x100

Şərhlər

oxucu 2018-05-22 12:39:58

onu da unutmayın ki, mirşahini ən yaxşı sevən mərhum Cəlal Əliyev olub.

əli 2018-05-22 12:39:58

Sənin taktikan düz deyil Mirşahininki alındı

ewder 2018-05-22 12:39:58

buna duwur bir alqiw.esas inkiwafdu

Bashirov Qarib 2018-05-22 12:39:58

insan bu hala duşmək uçun,hansı səbəb olar? Həmən insanın mahiyyətini anlamaga guc yetmir.

Ələkçinin qıl verəninə 2018-05-22 12:39:58

G.M-da səhv axtarma,get ``Məhsul Stadionunda`` icazəli iclasını keçirt.Gənc Molla Vəkil deyilsə də..heç boşboğaz da deyil

Sərrac Уusif 2018-05-22 12:39:58

Epiloq. Beуnəlxalq Siуasəт çoxdan ən iтi və dəуərli zəhərdən çox səmərəli və ikibaşlı isтifadə eтməkdədir. Alqış qısaca уazıb ki, ozbaşına Avropaуa uzananı da (ozünü işgalda saxlaуıb, haqqlarını paуladıgı xalqın) Seуid-Məhəmməd əli ilə тuтmaga çalışırlar.

g.m-ya 2018-05-22 12:39:58

a bey,(yeqin sene bey demeyim etini cimcewdirecek,olsun)cekicin elinde,nal mixda yerinde,vur getsin ,caliw barmagina vurma.Birde xalqin adindan daniwma,seni hec kim vekil secmeyib,nalbendliyini elesen bes eyler.

miri 2018-05-22 12:39:58

Alqış müəllimin alqış(?)üçün yazdığı yeni yazı! Amma bu algis millətin xoş güzəranı və gələcəyinə yox, yeniazərbaycanda Maddi dəyər ilə verilən alqış (?). Bu yazıları oxuyarkən daim fikirləşirəm ki,görən eyni bir məmləkətdə yaşadığımıza baxmayaraq, doğurdanmı öz yazdiqlarinda hec bir həqiqət yükünün olduqunu bilirmi müəllif? Yoxsa elə bilir millət yenə 90 çi illərdə olduğu qədər yalanlara inana bilər? Nə isə. Gələk yazdıqlarına. Tənqid tərəfi hesab etdiyiniz tərəf, tərif eşitməyə etdiyiniz tərəfdən nə qədər irəlidə olduğunu yəqin inkar etməzsiniz(amma sizlərdən bunuda gözləmək olar).Özüdə bu inkişaf demək olar bütün parametrlər üzrə: maliyyə, sənaye,kənd təsərrüfatı,model dövlət idarəetməsi,demokratiya,insan haqqları ...və s. Bəs nədən tənqid etdiyiniz tərəf tərif etdiyiniz tərəfdə "güclü lider", "sabitlik", "ingilis monarxiyasi","azadlıq","inkişaf" və s. "Uğurlar"i gözü götürmür? Bəlkə inkişaf edib onlardan daim kredit və yardımlar almamaqina maraqlıdırlar? Bəlkə "gücsüz lider"lə xaosa suruklənməklə onlarından alınacaq kiçik yardımlara yaşamağımıza maraqlıdırlar? Bəlkə çaxnaşma yaratmaqla ərəb ölkələrini tərk edərək qərb olkələrində verdikləri qaçqın statusunun pulu ilə yaşamağımıza maraqlıdırlar? Bəlkə məmləkətimizdə milli sərvətlərimiz dən qazandıqları milyardlarla imtina etməyə maraqlıdırlar?... Nə isə. Suallar çox. Cavablar isə yeniazərbaycanli məntiqindən kənarda yox! P.s. bəlkə bir günlük özünüzü tənqid etdiyiniz ölkələrin birinin liderlərindən biri hiss edərək( Realda Allah etməmiş) bu suallari adı məntiqlə arayasiniz? Gülmək insan(yəni həm fiziki,həmdə mənəvi varlıq) ömürunə faydadir...

AYZEK 2018-05-22 12:39:58

PREZİDENTİ SEVMƏYƏNLƏRİ MİRŞAHİN SEVİR.

matin 2018-05-22 12:39:58

Bu qərbi .....durmadan əhalini hazırlayırlar ki, Qarabağ da artıq əldən gedib de-yure. Nahaq yerə bu İrəvan söhbətini ortaya atmayıblar ki! Yəni Cümhuriyyət İrəvanı verdi, biz də Qarabağı versək nə olacaq ki! Xalqın bel sütününu sındıblar deyə, artıq heç nədən çəkinmirlər. Bir neçə il qabaq belə danışmazdılar! Bunların dərdi vəzifə dərdidir. Görəsən naxçıvanın nə qədər ərazisi ermənistanın işğalındadır. 20 min hektar!

oxucu 2018-05-22 12:39:58

Öz mövcudluğunu aktuallaşdırmaqla hakimiyyətdən pay ummaq cəhdi. Eynilə Mirşahinin fəndlərini yada salır. Bu da Azərbaycan jurnalistikası...

ŞƏKSİZ-ŞÜBHƏSİZ: 2018-05-22 12:39:58

İLHAM HEYDƏROĞLU ƏLİYEV - AZƏRBAYCANIN ALTERNATİVSİZ MÜTLƏQLİDERİDİR VƏ MEHRİBAN XANIM ƏLİYEVA SADİQ SİLAHDAŞIDIR!

hellas 2018-05-22 12:39:58

daxildəki anarxiyanı görmür, Aropada günahkar axtarır. Özgözündəki tükü gör, Avropada Lenin tirini axtarma. Hansı nazi işdən çıxırdılır üzə çıxır ki, milyardları oğurlayıb. Əcəba bu nazirlər oğurlayanda . ....

Jurnalist 2018-05-22 12:39:58

Bu Alqıış bəyin hər çıxışı qarğışla qarşılanır .......Məgər sekidə müəllim və həkimlərin əziyyətlərini görmədin?Həbsxanada da seşki keçirilər? Ordu da seçkidə,səs vermədə iştirak edər? Axı onlar təzyiq altında və kamandirin əmrinə tabedirlər!Görəsən avtor demokratiyanın nə olduğunu bilir? Axı demokratik ölkədə siyasi dustaq olmur!

G.M 2018-05-22 12:39:58

İlham Əliyevin ən əsas xoşbəxtliyi odur ki,Xalqın böyük kəsiminin hörmət bəsləmədiyi Müxalifəti var.Bəyənilməyən cəhəti isə..bu yarıtmaz müxalifətdən ``qopub,YAP-a yapışan`` ,məqsədi məramı vəzifə,pul-para zəlilliyi olan yaltaq `tərəfdarları`` var.Son nəticədə İ.Əliyev günümüzün bütün tələblərinə cavab verən imkanlara malik Prezidentdir.

Son yazılar