Badamovun «futbol bilgisi» və... «Vızıtka» söhbəti...

mirzeMirzə AĞ

Hələ 1990-cı illərdə «Yeni Müsavat» qəzetinin parlament müxbiri yazmışdı ki, bizim deputatlar (yerli KİV-lər onları yanlış olaraq, «millət vəkili» adlandırırlar - bu, utanc gətirir!) elə hey, danışırlar, danışmaya bilmirlər, yəni ki, onlar sadəcə, «filoloji ponos»durlar...

Ötən illərin təcrübəsi müxbirin bu fikirinin nə qədər doğru olduğunu bütün çılpaqlığı ilə ortaya qoydu. İngilis yazıçısı Ceyms Moriyerin obrazlı üslubda «söyüş evi» («İsfahanlı Hacıbabanın sərgüzəştləri» romanı) adlandırdığı parlamentin Azərbaycan variantı təkcə söyüşənlərin yerinə yox, həm də «səbatsızlar klubu»na çevrilib, desəm, yanılmaram...

Məsələn, bir ağsaqqalı qəflətən yeindən qalxıb, Fransa Prezidenti Jak Şiraka «diaqnoz» qoydu: «Jak Şirak qudurub!»

Digəri, «Azərbaycandan gedənlər «otxod»lardır» - deyib də, azərbaycanlı emiqrantların «göbəyini kəsdi»...

«Başı zədəli» bir başqası ərz elədi ki, günah kasıbların özündədir - doğub-törəməsinlər! Müəllimlər isə maaşla dolana bilmirlərsə, işdən sonra, gedib karxanada daş qaldırsınlar və s.

Səbatsızların «səbatsız ənənə»si günümüzdə də «uğurla» davam edir. Bu günlərdə ərgən deputatlardan biri qəflətən qalxıb, futbolsevərləri belə «ruhlandırdı»: «Mən, bu çmpionatda «Real Madrid»ə azarkeşlik edəcəm...» Bununla da növbəti dəfə, Azərbaycanın «səbatsızlar evi»nin daha bir «sakin»i - Badamov soyadlısı özünü lap rüsvay elədi. «Məşdibad» demiş, heç hənanın yeri deyildi axı. Bu, bir tərəfdən...

O biri təpəfdən isə Badam (ov) öz səbatsızlığı ilə İspaniya boyda bir ölkəni Madrid boyda bir şəhər ölçülərinə və siyasi nüfuzuna qədər kiçiltmiş oldu! Ümid edək ki, səbatsız deputatın bu yanaşması İspaniya kralının xətrinə dəyməyəcək və Azərbaycanla İspaniyanın münasibətlərini korlamayacaq...

Badamovun belə «azarkeşlik ehtirası» ötən illərdə şahidi olduğun bir olayı yadıma saldı. Deməli belə...

1990-cı ildə Qorbaçovun «təsis» etdiyi SSRİ xalq deputatlarının birinci qurultayı olmuşdu. Azərbaycandan qurultaya təşrif buyurmuş deputatlardan biri özünə hələ qanuni köməkçi götürmədiyi üçün, yaxın qohumunu özü ilə Moskvaya aparmışdı - bir növ, «cangüdən» qismində...

Qurultaydan sonra həmin «cangüdən» Moskva təəssüratlarını bölüşərkən, bir epizodla özünü və «qoruduğu» deputatı biabır elədi. Oğlan danışırdı ki, qurultayın davam etdiyi günlərdə onlar «Rossiya» mehmanxanasında yerləşiblərmiş. Bir gün nomrəyə qayıdarkən, «qapıçı» (o «şveysar»ı belə adlandırırdı) onu içəri buraxmaq istəməyib. «Cangüdən» də tənbllik eləmədən, «vizit kartı»nı çıxardıb, qapıçının «gözünə soxub»: «Tez «VIZITKA»nı cibimdən çıxardıb, az qala onun gözünə soxacaqdım: Əəə, sən kimsən ki, məni içəri buraxmırsan?

Görürsən bu VIZITKAnı, sən öl, gözünə soxaram bunu!..»

Bax, SSRİ dövründə də Azərbaycanı belə səbatsızlar təmsil edirdilər...

O gün, bu gün - davam edir səbatsızlıq...

635x100

Şərhlər

AAgahuseyn 2018-06-16 01:08:43

Hörmətli AG. Müəllim bacarıqlı,savadlı,qabliyyıtli adamın o saraya kim buraxar.QUZU kimi sakit oturublar hərdən SİZ dinc qalmırsız danışdırırsız onları zibili cıxır.Toxun mayın onların TOXUNULMAZLIQI var haaa.

Son yazılar