ƏLİ HƏSƏNOVUN HARIN NƏVƏSİ AZADLIQDA! - 2 nəfərin ölümünə səbəb olmuşdu...

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev həbsdən buraxılıb. Avqustun 2-də Bakı Apelyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb. Qərarı Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası verib.

İki nəfərin öldüyü, dördünün də yaralandığı yol qəzası törətməkdə ittiham olunan N.Allahverdiyev şərti cəza ilə buraxılıb. Zərərçəkmişlərin heç birinin şikayətçi olmamasını əsas gətirən məhkəmə Baş nazirin müavininin nəvəsinə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib.

N.Allahverdiyev hadisədən sonra Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunurdu - 263.3 (iki və daha artıq şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmə) və 264 (yol-nəqliyyat hadisəsi yerindən qaçma). Ötən il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona 264-cü maddə ilə bəraət, digər ittihamla isə 6 il həbs cəzası verilmişdi.

N.Allahverdiyevin həbsinə səbəb olmuş qəza avqustun 3-də axşam saat 21:00 radələrində paytaxtın Heydər Əliyev prospektində baş verib. Allahverdiyevin idarə etdiyi “Mercedes-Gelandewagen” yolu keçən üç piyadanı - Vaqif Əsədov, Mutallib və Songül Tekiş cütlüyünü vurub, daha sonra “VAZ 21015” markalı avtomobilə çırpılıb. Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən “Mercedes-Gelandewagen” yanmağa başlayıb. Bu hadisə nəticəsində piyada V.Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş 31 yaşlı Mehdi Əliyev dünyasını dəyişib.

Hadisənin video-görüntüləri sosial şəbəkələrdə yayılıb və hadisədən dörd gün sonra N.Allahverdiyev həbs olunub. O, özünü qismən təqsirli bilib və hadisə yerindən qaçmaqla bağlı ona verilmiş ittihamı qəbul etməyib.

N.Allahverdiyevin 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılovun idarə etdiyi “Mazda” markalı avtomobillə ötüşərkən bu qəzanı törətdiyi bildirilsə də, o, bu ittihamla razılaşmayıb. Bildirib ki, yanında olan M.Əliyevin ürəyində problem yarandığına görə onu təcili həkimə çatdırmaq üçün həmin vaxt maşını yüksək sürətlə idarə edib.

Bu hadisədən sonra 23 yaşlı Mirməhəmməd İsmayılova da avtoxuliqanlığa görə 1 ay inzibati həbs verilib.

2 nəfərin ölümünə səbəb olan Əli Həsənovun nəvəsinin azadlığa buraxılması Azərbaycanda məhkəmə sisteminin nə vəziyyətdə olduğunu göstərir.  Adi bir xuliqanlığa görə insanları 8 il, 10 il azadlıqdan məhrum edən məhkəmələr 2 nəfərin ölümünə səbəb olan şəxsi hansı məntiqlə azadlığa buraxır? Buna nə ad vermək olar? Məgər şikayətçinin olmaması, hakimə hansısa cinayəti törətmiş insanı azadlığa buraxmaq haqqı verir?

Belə çıxır ki,  vəzifəli, imkanlı yaxının varsa , insanları öldürsən belə, azadlıqda gəzə bilərsən? Azərbaycanda bu cür presidentlərin yaradılmasının hansı ağır nəticələr verə biləcəyi niyə düşünülmür? 

AzPolitika.info

635x100

Şərhlər

X 2018-08-02 20:45:33

Nazir gedib Gurcustanda toy edir ki toya dayilarida gelsin yeni ermenier Ay ayidi yixudan oyanir

Akif 2018-08-02 20:45:33

Şəhrçi Fikrət Hacıyevin fikrinə münasibət bildirirərək onu və hamının yadına atalar sözünü xatırladıram....Odur ki, bəzi məmurlar yox...

əsas CƏBHƏDƏ - BAKI CƏBHƏSİNDƏ: 2018-08-02 20:45:33

erməni-XAİES MAFİYASI DARMADAĞIN EDİLMƏLİDİR VƏ erməni-XAİESLƏRƏ DƏSTƏK OLANLAR TAM SIRADAN ÇIXARILMALIDIR!!!

Azərbaycan vətəndaşı 2018-08-02 20:45:33

Çox sadəlövh millətik.

Fikrət Hacıyev 2018-08-02 20:45:33

Bütün bunlara daha dözmək mümkün deyil. Məmurlar milyardlar oğurlayır, adam öldürür, Şəhid Anasına söyür onlara güldən ağır bir söz deyilmir. Amma bu məmurların cinayətlərindən yazan Mehman Hüseynov həbsxanaya atılır və heç xəstə anası ilə görüşməyə belə imkan verilmir. Prokurorluq və Ədliyyə sistemimiz tam batıbdır. Təcili təmizləmə getməlidir bu orqanlarda...

o.b.n 2018-08-02 20:45:33

Vaxt gələcək cənab hakim o yatmalı olduğu kamerada sən yatacaqsan.O ölənlərin ruhu səni rahat buraxmayacaq.Necəki Xocalıda qırılan insanların ruhu köçəriyanı rahat buraxmır.

Səid 2018-08-02 20:45:33

Nə vaxta kimi beləcə internet şəbəkələrində, çayxana və məhlə tinlərində bu tip hadisələri müzakirə edib, hər şeyi sinəyə çəkəcəyik, bu tip hadisələrlə tez tez qarşılaşacayıq... Günahı başqa yerdə axdarmayaü. Günah özümüzdədir.

Akif 2018-08-02 20:45:33

Hakimiyyətin belə ədalətsiz hərəkətləri cəmiyyətdə ona qarşı nifrət hissini artırır və bu sosial partlayışa aparacaq

suleyman 2018-08-02 20:45:33

Analoğu olmayan inkişaf etmiş ölkədə iki adamı ğldür,ikisini də ömürlük əlil et,həbs edirlər,6 il iş verirlər bir ildən sonra həpsdən azad edirlər.Heykəlin üstünə QUL BAYRAMI yazan iki gəncin hərəsinə 10 il həps cəzası verirlər.Doğurdan da ölkə qanunlarla deyil,göstərişlərlə idarə olunur.Bəlkə bir az yavaşıyaq?

Xalq 2018-08-02 20:45:33

Bu uşaq həm də Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin kürəkənidir.

Fred 2018-08-02 20:45:33

Hansı .... hakim bu ....buraxıb

Cəmşid Dərələyəzli 2018-08-02 20:45:33

Ədalətin tərəzisi işləmir və bu tərəzidən şikayətlərə də baxılmır. Düz iki ildir Pirallahı Rayonunun ərazisində Pirallahının başçısı Vasif İmanovun məmurlarının iştirakı ilə baş verən ölüm hadisəsi barədə, hələ də məhkəmələr gedir, haqq isə öz yerini tapmır. Vasif İmanov isə həmin mənaviyyatsız məmurları isə işdən çıxarmır belə. Bu barədə Prezident aparatı daxil, bütün aidiyyatı strukturlara göndərilən minlərlə müraciətlər cavabsız qalır.Budakı belə.

S.Ənvərqızı 2018-08-02 20:45:33

Bəzi məmurlar tərəfindən Qanunlarımıza yox,göstərişlərə əməl etməsi vətəndaşı-dövlətdən narazı salır.Belə ki, Rabitə Naziri Ramin Quluzadə icra başçısının şəxsi maraqlarına önəm verərək 35-il müxtəlif vəzifələrdə qüsursuz işləyən maliyyəçi-rabitəçi həyat yoldaşımı işsiz qoymuşdur.Müraciət edirsən,icra başçısının jantaj xarekterli sözlərini sənə irad tutur və iş verməkdən kəçinir,çünki onun arxasından qorxur.Belə məmurlardır,xalqı-dövlətdən narazı salan? İşini bilən məmur yalnız Qanunlara hörmət etməlidir.

mamed 2018-08-02 20:45:33

Faiq Qasımov ...

Əsəd-ə 2018-08-02 20:45:33

Yazırsan ki,inşallah Prezident bundan xəbər tutar.Bu boyda cinayədən və cəzasızlıq barədə möhtərəm prezidentə onun aparatı niyə xəbər verməməlidir ki? Axı məsələ o qədər də sadə deyil və ölkədə qanunların tətbiqinə bir başa təsir edən faktdır.Bu boyda qanuna etinasızlıq və özbaşınalıq diqqətsiz buraxıla bilməz!

DİFFERENSİAL FƏRQLƏNDİRMƏ: 2018-08-02 20:45:33

... VƏ YAXUD MDB məkanında keçirilən festivallardan AZƏRBAYCANIN BEYNƏLXALQ MƏKANDA MÜSBƏT İMİCİNİN TƏBLİĞİNDƏ və AZƏRBAYCANDA TURİZMİN İNKİŞAFINDA xüsusi əhəmiyyəti olan XOŞ NİYYƏTLƏ-MÜSBƏT EMOSİYALARLA KEÇİRİLƏN "JARA" FESTİVALINA erməni-XAİESLƏRƏ MƏXSUS qaraçı tayfasının xislətinə-həyat tərzinə uyğun şəkildə NƏXOŞ "QARA MAQİYANI" əks etdirən KSENOFOBİK-AQRESSİV tərzli rəqs qrupuyla yalnız mahnı oxumağa təşrif buyurmuş ZARA gəlməsi ...

Fred-ə 2018-08-02 20:45:33

Vəzifəlilərə qanunlar işləməyən,harınlara yol verilən,cinayətlərə göz yumulan,.aclıqdan 5-10 manat oğurlamağa məcbur qalanı həbs edən məmləkətə çevrilmişik.Bu da konkret sübut!

BAKILI 2018-08-02 20:45:33

Burada yazirlar devlet nebilim qanun kiwiler milleti guldurmeyin

azər 2018-08-02 20:45:33

Tarzən Ağasəlim Abdullayevin ailə üzvlərini amansızca basıb əzmiş yekə məmu oğlu Xalid Mədətovu da elə bu cür, daha düzü daha həyasızcasına əfvə salıb yeni dəhşətlər törətməsinə viza-izin verdilər..

Demaqoq 2018-08-02 20:45:33

Əşşi adi şeydir 1-2 gün bayağı mahnı kimi gündəm olacaq sonra yenə unudulacaq.Hər şey adiləşib artıq bizim ölkədə.Bizim xalq dözümlü xalqdır.Dözümün də limiti, sonu, həddi, ucu-bucağı yoxdur.

Akif 2018-08-02 20:45:33

Hörmətli AzPolitikanın oxucuları,yadınıza salıram cəmiyyətimiz hörmətli ziyalısı,əsl ali,professor Cəmil Həsənlinin qızı yaşlı bir qadına maşınla sadəcə toxunmuşdu.Həmin qadın heç bir xəsarət almamışdı və məhkəmələrdə də bəyan etdi ki,pzünün ehtiyyatsızlığından maşına toxunub və şikayətçi deyil.Amma buna baxmayaraq hakimiyyət gənc ziyalı qızı cəzalandırdı.Əli Həsənovun oğlu isə günahsız insanların həyatına son qoyub.Belə qəddar haqsızlığa dözmək olmaz.

patriot 2018-08-02 20:45:33

Ğüya nə olmali idiki televiziyada başqa yerlərdə danişilan sözlərə ki bizdə qanun var boş söhbətdi hani haqq ədəalət

Abit 2018-08-02 20:45:33

Bu dövlet günbe-gün nüfuzdan düşür.150 manat kredite göre 4 uşaq atası hebsxanada yatır , cehenneme

Abdulla Abdullayev 2018-08-02 20:45:33

Məhkəmə sistemində çox ciddi qüsurlar və ədslətsizlik müşahidə edilir. Bu hal, məhkəmə sisteminin nüfuzuna böyük xələl gətirir. Cəmiyyətdə ədalətsizlik çox təhlükəlidir və tarix göstərir ki, bir qayda olaraq, bunun nəticəsi, yaxşı olmur.

samir 2018-08-02 20:45:33

bu il gurcustanda memurun uşagi azadliga cixdigina gore hokumet deyişdi etirazcilarin telebi ile. biz bedbextler susmaqda davam edecik...

Alosət məlim 2018-08-02 20:45:33

Milyon bir saniyə söhbəti baglayir Qəti qorxusu yoxdur!

İRADƏ 2018-08-02 20:45:33

Yaxşı tutaq ki,Qanunlarımızı zibil yeşiyinə atdılar.Bəs Allahın şahid olduğu cinayəti bəndəsi necə gizlədəcək.Qorxmurlarmı ki,Yer,Göy bu haqsızlığa dözməyəcək.Deyək ki,insanlar,vətəndaşlar anlamırlar,qorxurlar..Allahın ki qorxacağı yoxdur.

Həbib 2018-08-02 20:45:33

Qanunlar kasıblar üçündür. ....talançı harınlar ölkənin qanunlarına tabe olmurlar.

qaçqın 2018-08-02 20:45:33

2 nəfərin ölümünə səbəbkar harın görün kimin kürəkəni, kimin nəvəsidir?! ... "qazandıqları" pullarla ölü sahiblərinin ağzını yumdular.....

EMİN 2018-08-02 20:45:33

MİNLƏRLƏ İNSANLARİN HƏYATİNA SƏFA VERƏN HƏKİMLƏRİMİZ QONDARMA İTİHAMIARIA TURMƏLƏRDƏ CURUDUYU HALDA İKİ NƏFƏRİN OLMUNƏ SƏBƏBKAR HEC BİR İL BELƏ TURMƏDƏ QALMADİ. BU QƏDƏR ƏDALTSİZ OLKƏ OLARMİ?

SUAL 2018-08-02 20:45:33

BUTUN BUNLAR BİR DAHA SUBUT EDİR Kİ OLKƏDƏ NƏ QANUN VAR NƏ DƏ Kİ QANUNLARİN İCRASİNA NƏZARƏT. HAARİNLAMİSLARA AZADLİQ XALQİN QAYXİSİNA QALANLARA ZİNDAN VƏ ZULM!.. BELƏ DƏYİLMİ? NECƏ OLMALİDİR Kİ .....BU DA BELƏ.

Oqtay 2018-08-02 20:45:33

Bu ölkədə yaşamağa qorxuram bəlkə yol ilə gedəndə bir beləsinin məndən xoşu gəlmədi kefi istədi sürdü maşını keşdi üstümdən Bu ölkədə kimin ona gücü çatar ?Qanun yazan deputatlar nə fikirləşir bəs onların yaxınlarının üstündən keçən öldürən ortada gəzsə necə olar.Yaxşı olardır ki hər təbəqə üçün ayrı qanun yazılsın bizdə işimizi bilək ki kimin ixtiyarı var bizi öldürməyə kimin yox

Mirzə AĞ 2018-08-02 20:45:33

Bəs, dövlət? O, niyə şikayətçi deyil?! Harın qatilin azadlığa buraxılması daha dəhşətli presedent doğuracaq!!!

t.ədalət 2018-08-02 20:45:33

Ölkədə qanunsuyzluq və cəzasızlıq adi hal alıb.Qanunlar kasıb-kusubun əzilməsi üçün istifadə edilir.Amma harınlamış adamların dövlətə qarşı da çıxa bilərlər....Onların ipi dartılmadıqca böyük cinayətlərin bünövrəsi qoyulur.Aşağıları əzməkdən doyan harınlar,tədricən yuxarı eşalonun qəniminə çevrilirlər.

t.ədalət 2018-08-02 20:45:33

Ölkədə qanunsuzluqdur?

alı 2018-08-02 20:45:33

Bax Azərbaycan məhz belə idarə olunur.Ermənilər övladlarımızı həm ön cəbhədə həm arxa cəbhədə beləcə qırırlar və hələ cox qıracaqlar.

hespe 2018-08-02 20:45:33

Ay C.Aliyev,galx,fahisheler bash alib gedir...

Akif 2018-08-02 20:45:33

Azərbaycanda qanunlar yox.... ..

EWDER 2018-08-02 20:45:33

EWWI,MOLODES...GET BARINDA KEYF ELE...QAJGINLARIN HESABINA...BABAYANIN GUL BALASI....BELE MEHKEME SISTEMINE...BELE INKIWAFA

G.M 2018-08-02 20:45:33

Özünüzü Naildən gözləyin..onun kəsdiyi başa sorğu olmur...Axır ki,Ədalət yenə də ``Zəfər çaldı``.Əsas odur ki,pulu və babası var.Haqq,Ədalət də imkanlıların tərəfindədir.Çox güman ki,bu hadisə bəzi kor gözləri və kar qulaqları açacaq.Anlayacaqlar ki,Yaxşı yaşamaq üçün Nail olmaq lazımdır.Qanunların aliliyinə nail olmasan da olar.Allah bizi özümüzdən və biganəlikdən başımıza gələn bəlalardan qorusun

Əsəd 2018-08-02 20:45:33

İlyas İsmaylovdan sitat: "Vaxtilə Karl Marks deyirdi ki, xalqın əxlaqı, mənəviyyatı iki halda pozulur: birincisi, cinayət görüb cəza görmədikdə; ikincisi, cəza görüb cinayət görmədikdə. Təəssüf edirəm ki, bu iki halın ikisi də Azərbaycanda mövcuddur". Bu gəncin etdiyi cinayət təsadüfü avtomobil qəzası deyil, o avtoxuliqanlıq edən zaman bu hadisə baş verib. Nə olsun bu gəngin babası baş nazirin müavivi, qaynatası sərhəd qoşunlarının komandanıdır. İNŞALLAH bu işdən Prezidentimiz xəbər tutar və səbəbkarları cəzalandırar.

Mirzə AĞ 2018-08-02 20:45:33

Bunlar artıq dövlətə meydan oxuyur!!!

Son yazılar