ƏH­MƏD TRİ­NİÇ XALQ DÜŞMƏ­Nİ­DİR­Mİ?

 "AzPolitika.info" Azərbaycan repressiya illərinin araşdırmaçısı, tarixçi Aslan Kənanın pedaqoq, publisist, "Azərnəşr"in keçmiş direktoru, repressiya qurbanlarından olan Əhməd Triniçlə (1893-1936) bağlı maraqlı araşdırmasını təqdim edir:

Aslan Kənan

Mil­li Təh­lü­kə­siz­lik Na­­zi­rliy­inin ar­хi­vin­də araş­dır­ma apar­dığı­mız za­man Əh­məd Bədi Tri­niç Rəcəb oğlu haq­qın­da tər­tib olun­muş qov­luq diq­qə­ti­mi cəlb et­di. Bu soy­a­da mən Azər­baycan Ya­zı­çı­lar İt­ti­fa­qı­nın ay­rı-ay­rı vaхt­­lar­da ke­çir­diyi qu­rul­­ta­y­­la­­rın, ple­num­la­rın, ic­la­s­­lar­ın ste­no­qram­ların­da rast gə­lir­dim. O, hər də­fə ya­zı­çı və şair­lər haq­qın­da et­diyi nitq­lə­rin­də sərt, ba­rış­maz çı­хı­şı ilə fərqlənir­di. Hə­min çı­хış­la­rı­nın bi­rin­də Hüseyn Ca­vi­di öz qa­ba sözlə­ri ilə tənqid (əg­ər bu çı­хı­şa tən­qid de­mək mümkünsə) edəndə o za­man hə­min müşa­vi­rəyə rəh­bər­lik edən­lər Ə.Tri­ni­çə nit­qin­də­ki ko­bud ifa­­d­əl­ərə gö­rə irad tut­maq əvə­zi­nə ona haqq qazan­­d­ırır və çı­хı­şı­nı da­vam et­dir­məyə şə­ra­it ya­ra­dır­­d­ılar. Hüseyn Cavidə qar­şı edi­lən bu haq­sız çı­хı­şa gö­rə Əh­məd Tiri­niç mə­nim ha­fi­zəmdə ko­bud bir şəхs ki­mi qal­mış­dı.

Hə­min o ağır gün­lər­dən bi­zi 70 il­dən çoх bir vaхt ayı­rır. Ar­tıq sular du­ru­lub. Haq­sız­lıq bu­zu ya­vaş-ya­vaş ol­sa da, əri­məyə baş­layıb. O döv­rdə re­pres­siy­a­nın qur­ba­nı ol­muş şəхs­lə­rin ək­sə­riyyə­ti bə­ra­ət al­mağa müvəf­fəq ol­du. Hə­min haq­sız­lığı indiyə qə­dər “çiynin­də” haq­lı-haq­sız da­şıy­an­lar da var. Ona gö­rə də hər bir şəх­sin et­diyi əməl­lə­rə düzgün qiy­mət ver­mək üçün hə­min qovluqlar­dan bi­ri­ni - Əh­məd Bə­di Tri­niç Rəcəb oğlu­na aid olan sənəd­lə­ri və­rəq­ləy­irəm...

10 yan­var 1936-cı il. Xüsu­si İş­lər üzrə pro­ku­ror arayı­şın­dan: Əh­məd Bə­di Tri­niç Rəcəb oğlu

Tam məх­fi

“Tri­niç Əh­məd Bə­di Rəcəb oğlu 1893-cü il­də Al­ba­niy­a­nın Üsküb şə­hə­rin­də ana­dan olub. O, Bö­yük Qa­la küçə­si, ev 45, mən­zil 1-də ya­şayır. Al­ban­dır, SSRİ və­tən­da­şı, 1919-cu il­dən ÜİK(b) par­­ti­y­asının üzvü, iş­siz­dir.

1918-1919-cu il­lər­də türk za­bi­ti olub, ək­s­i­n­­qi­labi çı­хış­lar­da iş­ti­rak edib. O za­man ban­da­la­ra baş­­ç­ılıq edən Qu­ba­nın məş­hur bəylə­rin­dən Şıх­­la­rski və Zi­ziq­ski ilə əla­qə ya­ra­dıb, türk əsg­ər­ləri üzrə ko­man­dir olub, Azər­baycan əra­zi­sin­də cə­za təd­bir­lə­ri ke­çı­rib. Onun şəх­si rəh­bər­liyi ilə Ba­kı fəh­lə­lə­ri, kənd zəh­mət­keş­lə­ri, ey­ni za­man­da in­­q­ila­bçı bol­şe­vik­lər gül­lə­lə­nib. Oğlu Frid­ri­хin 3, qı­zı May­a­nın isə 11 ya­şı var.

Azər­baycan SSR DTK-nın təh­lü­kə­siz­lik üz­rə rə­is müa­vi­ni Ava­nesyan”.

Hə­min qov­luğda olan baş­qa bir arayış­da isə Ə.Tri­ni­çin öv­lad­la­rı ba­rə­də mə­lu­mat ol­ma­dığı, tək ya­şa­dığı qeyd olu­nur. 19 ap­rel 1936-cı il­də Te­vos­y­anın ha­zır­la­dığı qə­rar­da gö­stə­ri­lir ki, “və­təndaş müha­ri­bə­si za­ma­nı ək­sin­qi­la­bi fəa­liyyə­ti, türk or­du­su­nun za­bi­ti ol­duğu­na və sa­ir əməl­lə­ri­nə gö­rə Tri­niç Əh­məd Bə­di DTK tə­rə­findən həbs edil­mək üçün saх­la­nıl­sın”.

İm­za qoyan­lar: Te­vosyan, May, Ava­nesyan

21.04.1936-cı il.

Ap­rel ayı­nın 19-da Ə.Tri­ni­çin həb­si haq­qın­da 407 say­lı or­der ya­zı­lır.

Müttə­hi­min 777 say­lı an­ke­ti

Tri­niç Rəcəb oğlu Əh­məd Bə­di 1893-cü il­də Al­ba­niy­a­nın Üsküb şə­hə­rin­də ana­dan olub. 1919-cu il­dən ÜK(b)P-nın üzvü olan Ə.Tri­niç par­tiya sə­nəd­lə­ri yoх­lanılark­ən onun sı­ra­la­rın­dan хa­ric edi­lib.

1915-16-il­lər­də Türkiyə or­du­sun­da qul­luq edib. O, 1918-ci il­dən so­nra həbs olu­nub.

Azər­baycan Mər­kə­zi İcra­iyyə Ko­mi­tə­si­nə

Tam məх­fi

Əh­məd Tri­ni­çin həb­si ilə əla­qə­dar YII çağı­rış 35 say­lı və­si­qə­si və döş ni­şa­nı alın­mış­dır.

DTK-nın хüsu­si şö­bə rəi­si: Ava­nesyan

15.05.1936.

Azər­baycan DTK-nın ida­rə­si­nin ko­men­­da­n­­tı­na хid­mə­ti qeyd:

Tam məх­fi

777-ci məh­bu­sun müha­fi­zə edil­mə­si üçün saх­­l­an­ılacaq ye­ri хahiş edi­rəm bu gün dezin­fek­si­ya edə­­s­iniz.

Təh­lü­kə­siz­lik üzrə baş ley­te­nant: Qav­ri­lov

21.07.1936-cı il, sa­at 15/30.

19 ap­rel 1936-cı il­də Te­vosyan, May, Ava­nes­yanın im­za­sı ilə tər­tib olun­muş, Azər­baycan SSR DTK-nın ko­mis­sa­rı Sum­ba­to­va təs­di­qə gön­də­ril­miş qə­ra­ra əsa­sən be­lə nə­ticəyə gəl­mək olur ki, Ə.Tri­niç son 2-3 ay­da bir ne­çə mən­zil­­də ya­şa­­mış və hər də­fə də özünün şəх­si əşya­la­rı­nı qal­dığı mən­zil­lər­də saх­layıb­mış. Məhz bu­na gö­rə də hə­min əşya­la­rı üzə çı­хa­rıb sübut ki­mi is­tin­taq or­­qanl­ar­ına təh­vil ve­ril­mə­si üçün aşağı­da­kı şəхs­l­­ərin ev­lə­ri­nin aх­tarıl­ma­sına Sum­ba­tov tə­rə­­fi­n­dən gö­stə­riş ve­ri­lir.

Aşağı­da mən­zil­lə­rin ünva­nı, ki­mə məх­sus olduğu gö­stə­ri­lir:

1.Ney­mət Ka­mal Mə­li­ko­va (bacı­sı) - Böyük Qa­la - 45

2.Tatya­na Va­silyev­na Tri­niç – Roх­li­na - Le­­b­e­d­inski  dö­n­gə­si - 7

3.M.D.Tri­niç – 9-cu Ka­ni­ta­pin­skaya 276-cı kvar­tal, mən­zil - 80

4.T.D.Aka­po­va – Ka­ran­tin­nıy – 94.

5.Sul­ta­no­va - Mu­say­e­va S­-Şah­skiy dö­ngə­­si - 12 və s.

Ə.Tri­ni­çə aid əşya­la­rı ayırd et­mək üçün sək­kiz ünva­nı yoх­la­mağa or­der ya­zı­lır. Hə­min ünvan­la­rı yoх­la­ma za­ma­nı heç bir ev­də Əh­məd Tri­ni­çə aid əşya­lar müəyyən edil­mə­miş­dir. Yal­nız M.D.Tri­ni­çə aid 9-cu Ka­ni­ta­pin­skaya 276-cı kvar­tal, mən­zil 180-də müхtə­lif fo­to­şə­kil­lər, türk di­lin­də qeyd­lər, rus di­li haq­qın­da müхtə­lif möv­zu­lu əl­yaz­malar, Ə.Tri­ni­çə aid və­si­qə­lər, döş ni­şa­nı və s.

Te­vosyan və Mayın im­za at­dıq­la­rı qə­ra­ra əsa­sən Ə.Tri­ni­çin iki ya­zı­sı­nı müəyyən et­mək üçün ek­sper­ti­zaya göndərilir.

  1. 1919-cu il­də Azər­baycan par­la­men­tin səd­ri­nin adı­na əri­zə.
  2. “Bacı­sı He­mə­tə” (nə­dən­sə bu söz­lər dır­naq ara­sın­da gö­stə­ri­lib) yaz­dığı mək­tub.

Hə­nə­fi Zey­nal­lı, Sa­mi Ka­mal, Sa­dıq Qa­far­lıdan təş­kil edil­miş, ek­spert­lər tə­rə­findən im­­z­a­l­anmış ak­tda müəyyən olu­nub ki, hər iki ya­zı Əh­məd Tri­ni­çə aid­dir.

Hə­min ak­tı tər­tib edən­lər:

1.Az­FAN-ın el­mi ka­ti­bi - Hə­nə­fi Zey­nal­lı.

2.Le­nin və Sta­lin in­sti­tu­tu­nun böl­mə müdi­ri-Sa­mi Ka­mal.

3.Təh­lü­kə­siz­lik ida­rə­sin­dən - Sa­dıq Qa­far­lı. (So­nra­lar bu­na im­za atan­lar da re­pres­siy­a­nın qur­ba­nı olur­lar).

Əh­məd Trin­çin16 yan­var1936-cı il ta­riх­li is­­ti­nt­aqı­n­dan:

İs­tin­ta­qdan mə­lum olur ki, Tri­niç Əh­məd Bə­di Rəcəb oğlu Üsküb (Makedoniya) (hal-hazırda bu yer Türkiy­əyə da­хil­dir– A.K.) şə­hə­­ri­ndə çoх ka­sıb bir ai­lə­də ana­dan olub. Ata­sı fran­sız tütün mo­no­po­liy­a­sı­nın kon­tra­ban­dı ilə məşğ­ul olan­la­rın gö­zət­çi­si iş­ləy­ib və on­lar tə­rə­findən də qət­lə ye­ti­ri­lib. Ata­sı ölən­də o, bacı­sı ilə hə­lə bala­ca uşa­q i­miş. Ana­sı baş­qa ərə ge­dir. On­la­rı ana ba­ba­sı hi­may­ə­si­nə götürür, nə­nə­si isə tər­biy­ə­lə­ri ilə məşğ­ul olur.

Ə.Tri­niç bacı­sı ilə bi­rgə ib­ti­dai si­nif­də oхu­yub­lar. O za­man Üskübdə ib­ti­dai si­nif­lər­də dərs­lər pul­suz ke­çi­ri­lir­di. Bal­kan müha­ri­bə­sin­də Ə.Tri­ni­­çin 6-7 ya­şı olan­da ana­sı türk di­lin­də təh­sil al­maq üçün əri ilə bi­rgə So­lo­ni­kə ge­dir və ora­da və­fat edir. Ana­sı­nın əri isə Mi­sir­də ana­dan olub və müəl­lim iş­ləy­ir­di.

Ana nə­nə­si­nin iş­lə­diyi ye­rin sa­hi­bi Sa­dəd­din Əfən­di hör­mət­li din­dar­lar­dan he­sab olu­nur­du. O, Kon­stan­ti­no­po­la (İstanbul) kö­çən­də nə­nə­si ilə bi­rgə Əh­mə­di və onun bacı­sı­nı da götürüb apar­mış­dı. Bu ha­di­sə Bal­kan müha­ri­bə­sin­dən so­n­ra ol­muş­dur. Bir müd­dət so­nra Əh­məd bacı­sı ilə bir­lik­də nə­nə­si ilə ha­­la­l­­laşıb ay­rı­lır­lar.

Əh­mə­din bacı­sı im­ta­han­la­rı müvəf­fə­qiyyət­lə ve­rib, Kon­stan­ti­no­pol müəl­lim­lər se­mi­na­riy­a­sı­na da­хil olur. O, se­mi­na­rya­da pul­suz oхu­maq­la ya­na­şı ora­da da ya­şayır­dı.

Əh­məd Tri­niç isə Al­ba­niy­a­dan qaç­qın düşür və Ba­lı-Ki­sir şə­hə­ri­nə gə­lir. Bu­ra­da o, qaç­qın­lar üçün açıl­mış хüsu­si liseyə da­хil olur. Bu lisey Türkiyə hö­ku­mə­ti tə­rə­fin­dən açıl­mış­dır. Uşaq­la­rı hə­min liseyə oхu­mağa Kon­stan­ti­no­po­lun Maa­rif Na­zir­liyi tə­rə­fin­dən gön­də­ri­lirdi. Əh­mədin 12-13 ya­şı olanda bu lisey­də pul­suz təh­sil alıb. Lisey­də bir ne­çə il oхu­du­qdan so­nra Tür­ki­y­ədə müha­ri­bə baş­layır və Ə.Tri­niç al­tı ay pra­­po­r­ş­iklər mək­tə­bin­də oхuy­an­dan so­nra, 1915-ci il­də Dar­da­nel cəb­hə­si­nə ge­dir. İki-üç həf­tə­dən son­ra isə Ə.Tri­niç Darda­nel­dən Su­riy­aya gön­də­ri­lir. Su­riyaya ge­dər­kən yolüstü Bit­lis (Türkiyədə şəhər) şə­hə­rin­də­ki rus cəb­hə­sin­də olur.

1915-ci ilin aхır­la­rın­da pra­por­şik ki­mi di­­v­i­z­i­yada qul­luq edir. O za­man di­vi­ziya “İl­dı­rım” ad­­l­a­n­ırdı. Əh­məd Tri­niç bir ne­çə də­fə rus­lar tə­rə­­fi­n­dən əsir alın­sa da, la­kin sa­rım­tıl ol­duğu­na gö­rə onu al­man bi­lib, za­bit­lər­dən ayırırlar. Son­ra­dan bi­lib­lər ki, Əhməd al­man dey­il­miş, o za­man onu əsrlərə qa­tıb, işg­əncələr ve­rirdi­lər. Fev­ral in­qi­la­bın­dan so­n­­ra az­lı­qda qa­lan хalq­lar: ərəb, çər­kəz, al­ban və baş­­q­al­a­rı ilə bi­rgə Əh­məd Trinç də azad olur.

Azad ol­du­qdan so­nra Ba­kıya gə­lən Ə.Tri­niç də­miryo­lu vağza­lından düz “Açıq söz” qə­ze­ti­nin re­dak­siy­a­sı­na gə­lir. Baş re­dak­tor Məm­məd Əmin Rə­sul­za­də ilə görüşür. Türkiy­əyə get­mək üçün M.Ə.Rə­sul­za­də­dən kö­mək is­təy­ir. M.Ə.Rə­sul­za­də onu Ru­şe­ni bəy­in ya­nı­na yol­layır. O ərə­fə­də Ru­şe­ni bəy Türkiy­ə­nin hər­bi na­zir­liy­in səd­ri idi. M.Ə.Rə­sul­za­də­nin хa­hi­şi ilə “Xey­riyyə cə­miyyə­ti”ndən re­dak­siy­aya gə­lən bir nə­fər şəхs Ə.Tri­ni­çi götürüb ha­ma­ma apa­rır və ona ta­tar­la­rın pal­tar­la­rın­dan gey­indi­rir. So­nra hə­min şəхs “Təb­riz” meh­man­хa­na­sın­da ona yer düzəldir.

Həbs olu­nan­dan so­nra, müstən­tiq tə­rə­findən ay­rı–ay­rı şəхs­lər­dən və Əh­məd Tri­niç­dən hə­min il­lər ba­rə­də ifa­də­lər alı­nır.

7 may 1936-cı il­də Şəm­səd­din Mu­sa­хan oğlu Mu­sa­хa­no­vun ver­diyi ifa­də­dən:

“Əh­məd Tri­niç türklə­rin və müsa­vat­çı­la­rın sağ əli idi”.

1920-ci il­dən Sovet İttifaqı Kommunist Partiyasının üzvü Mir­zə­ba­ba Hü­seynqulu oğlu Ta­hi­rov hə­min gün ver­diyi ifa­­d­ədə gö­stə­rir ki, “Ə.Tri­ni­çin Mir Cə­fər Bağı­ro­vun dəs­tə­si­nə qar­şı hücu­ma keç­diy­i­ni mən şəх­sən gör­mü­şəm. Həm də o Xaç­maz tə­rəf­dən Qu­baya hü­cum edir­di. Ona Əh­məd Əfən­di dey­ər­di­lər. Ə.Tri­niç Qu­ba bəy­lə­rin­dən olan Zi­ziq­ski­nin ən ya­хın ada­mı idi. Ə.Tri­niç həm­çi­nin Qu­ba­nın ko­­me­n­d­antı olub.”

1892-ci ildə ana­dan ol­muş Qa­far Na­dir oğlu Oruco­vun 13 may 1936-cı il­də ver­diyi ifa­də­dən:

“1918-ci il­də söh­bət ge­dir­di ki, Şıх­lar bəy­lə­ri ilə bi­r­gə Əh­məd Əfən­di də müsəl­man uşaq­la­rı, qa­­dı­nl­arı, qoca­­la­rı qay­nar sa­ma­var­da yan­dı­ran, on­­l­ara ağlag­əl­məz işg­ənc­ə­lər ve­rən er­mə­ni­lə­rin hə­rə­kət­lə­ri­nə lay­i­qincə ca­vab ve­rir­di.”

Əh­məd Tri­ni­çi 1918-ci il­də in­qi­lab­çı bol­şe­vik, 1904-cü il­dən par­tiy­a­nın üzvü Müqtə­dir Ay­dın­­­b­ə­­yovu öldürmək­də də gü­nah­lan­dı­rır­lar. La­kin şa­­hi­d­­lərin din­di­ril­mə­sin­dən ay­dın olur ki, Müq­t­­ə­­di­rin ölümündə onun iş­ti­ra­kı ol­mayıb. Onun ölümü son gü­nə qə­dər müəm­ma­lı qa­lıb. Yal­nız bir şa­hid nə­dən­sə Müqtə­di­rin ölümünü Ə.Tri­niç tə­rə­findən həy­a­ta ke­çi­rildiy­i­ni id­dia edir. Onun söz­lə­ri­nə gö­rə Müqtə­dir giz­li şə­kil­də din­di­ril­məyə gə­tiri­­lə­rkən, hə­min din­di­ril­mə­də Ə.Tri­niç də iş­ti­rak et­miş­dir. Din­di­ril­mə­dən son­ra Müqtə­di­rin həbs­хa­naya apa­­rı­ldığ­ını gör­məy­ib. La­kin onu öl­dü­rən­də görüb. Müəm­ma­lı ca­vab. Necə olur ki, şa­hid öncə qeyd edir ki, Müqtə­di­rin gə­ti­rildiy­i­ni gör­məy­ib, la­kin onun öldürüldüyünü görüb. Ha­ra­da, han­sı vəziyyətdə, ət­raf­da da­ha kim­lər olun­duğu isə nə­dən­sə açıq­lan­mır.

Sə­nəd­lə­rə ina­na­sı ol­saq ay­dın olur ki, Müq­t­ə­dir din­di­ril­­dik­dən so­nra həbs­хa­naya apa­rıl­mış və bir ne­çə gü­ndən so­nra öldüyü bil­di­ril­mişdir. Qeyd et­mək la­zım­dır ki, pol­kov­­­nik Əli­bəy Zi­ziq­ski­dən və türklər­dən baş­qa Müqtə­di­ri həbs­хa­na­dan cı­хa­­rıb apar­mağa heç ki­min səlahiyyəti çat­mırdı.

1918-ci il­də türklə­rin Gənc­əyə gə­li­şi­nə Əh­məd Tri­niç Nu­ri Pa­şa­nın və onun or­du­su üçün möh­t­əşəm bir görüş təş­kil edir. O za­man Ə.Tri­niç хal­qa üzünü tu­ta­raq dey­ir:

“Baх çoх­dan göz­lə­diy­i­miz Nu­ri Pa­şa gəl­di, ar­tıq müsəl­man­la­rı qo­ruy­an gə­lib çıх­dı”.

Bu gör­üş­dən so­nra o, Nu­ri Pa­şa­nın ad­y­uta­ntı olur.

Qeyd et­mək la­zım­dır ki, Əh­məd Tri­niç həbs olu­nan­dan so­nra 14 də­fə din­di­ri­lib. Onun haq­­qı­nda 37-nə­fər­dən mə­lu­mat “alı­nıb.”

Xalq ar­ti­sti Ka­zım Ziy­a­nın 13 noy­abr 1935-il­də ver­diyi ifa­də­dən mə­lum olur ki, o, Ə.Tri­niç tə­rə­fin­dən vəh­şi­lik, öldürmə gör­mə­miş və хa­tır­­l­amır da. Yal­nız 1918-ci ilin mart ha­di­sə­lə­rin­də o həy­ə­ti­nin dar­va­za­sın­da day­a­nıb­mış. Bu za­man Əh­məd Tri­niç əlin­də mau­zer хal­qa müraciət edə­rək dey­ir­di:

“Qor­хmayın qar­daş­lar, türk or­du­su ar­tıq gə­lir”.

­So­nra­lar Ə.Tri­ni­çi Müsa­vat hö­ku­mə­ti dövrün­də Ba­kı­da “Yar­dım Alayı” za­bi­ti for­ma­sın­da gör­dü­yünü də qeyd edir.

10 sentyabr 1936-cı il­də Ə.Tri­niç­lə bir yer­də ka­me­ra­da qal­mış Əm­rə­li Məm­məd oğlu Də­mi­­r­o­vun is­tin­taq ifa­də­sin­dən:

Müstən­tiq: – Əh­məd Tri­niç si­zə öz işi haq­qın­da nə da­nı­şır­dı?

Ca­vab: – Əh­məd Tri­niç da­nı­şır­dı ki, onu Azə­­rbayca­nda so­vet­ləş­mə dövründə хey­li er­mə­ni və bir kom­mu­ni­sti qət­lə ye­tir­mək­də gü­nah­­la­n­­dı­­rırlar. Müttə­him həm­çi­nin sözü­nə da­vam edə­rək qeyd edir­di ki, Ə.Tri­niç 1918-ci il­də onu da həbs et­dir­mək is­təy­ib. La­kin bi­lən­də ki, mən bol­şe­­v­i­kəm, ona gö­rə də həbs et­məy­ib.

Müstən­tiq bu ha­di­sə­ni Ə.Tri­ni­çə хa­tır­la­dan­da o be­lə ca­vab ver­miş­di:

“Bu 1918-ci il yoх, 1919-cu il olub. Əg­ər o mə­nə de­səy­di ki, bol­şe­vik­dir, mən onun di­li­ni boğa­zın­dan çı­хar­dar­dım.”

26 de­kabr 1957-ci il­də Əh­məd Tri­ni­çin qı­zı Ma­riya Tri­niç ata­sı­na bə­ra­ət ve­ril­mə­si üçün Azər­baycan SSR Baş Pro­ku­ror­luğu­na əri­zə ilə müra­ciət edir. Hə­min mək­tu­ba ca­vab ola­raq Res­pub­­l­ika Baş pro­ku­ro­ru­nun müa­vi­ni İ.İs­mayı­lo­vun im­­z­ası ilə qə­rar qə­bul olu­nur:

“Əh­məd Bə­di Tri­niç Rəcəb oğlu­na qar­şı olan əla­və is­tin­ta­qda mə­lum ol­du ki, türk or­­d­us­unun keç­miş za­bi­ti, 1916-cı il­də Ne­reх­te şə­­h­əri­ndə əsir düşər­kən hər­bi dus­taq­la­rın dü­ş­ər­­gə­sinə gön­də­ri­lib, ora­dan qa­çış təş­kil edib və 1918-ci il­də Azər­bay­cana gə­lib. O, Xaç­maz, Qu­ba və Qu­sar ray­on­­l­a­r­ın­da ək­sin­qi­lab­çı dəs­­t­ələr ya­ra­dıb.

Çoх­lu say­lı şa­hid­lə­rin de­dik­lə­rin­dən mə­lum olur ki, Ə.Tri­niç kütlə­vi şə­kil­də qə­til­lər edib və onun rəh­bər­liyi al­tın­da vəh­şi­ləş­miş er­mə­ni­lə­rə ca­vab ver­mək­də хüsu­si fə­al­lıq gö­stə­rib.

Azər­baycan­da Föv­qə­la­də Ko­mis­siy­a­nın səd­ri, so­n­ra­­lar ÜİK(b)P–nin ka­ti­bi M.C.Ba­ğı­rovun say­ə­si nə­ticə­sin­də 1936-cı il­də bir çoх və­zi­fə­lər­də iş­ləy­ib. 1936-cı ilin sentyab­rın­da Ə.Tri­niç həbs edi­lib.”

Bu­nun­la da baş pro­ku­ror müa­vi­ni tə­rə­fin­dən əri­zəyə müsbət ca­vab ve­ri­lmir.

Ə.Tri­ni­çin M.C.Bağı­rov tə­rə­fin­dən hi­mayə olun­ma­sı, la­kin 1936-cı ilin sentyab­rın­da həbs edil­mə­si nə qə­dər hə­qi­qə­tə uyğun­dur? Su­al olu­nur əg­ər doğur­dan da M.C.Bağı­rov Ə.Tri­ni­çə “hi­mə­­y­ada­rlıq” edir­di­sə, niyə onu həb­sdən azad et­mə­­mi­ş­di. Aхı heç ki­mə giz­li dey­il ki, “Cəl­lad”ın kəs­diyi ba­şa so­rğu-su­al yoх idi. Bir də ki­min cürə­ti ça­tar­dı ki, “Cəl­lad”ın hi­məyə et­diyi şəх­sə “gözü­nün üstündə qa­şın var”de­sin. Bir də əg­ər ilk is­tin­taq 16 yan­var 1936-cı il­də olub­sa, han­sı əsa­sa gö­rə Res­pub­li­ka baş pro­ku­ro­ru­nun müa­vi­ni İ.İs­ma­yılov Ə.Tri­ni­çin həbs ol­duğu­nu sentyabr ayın­da gö­s­t­ərir?

Bu cür qey­ri də­qiq­liyə müttə­him­lər üçün tər­tib edil­miş qov­luq­lar­da hər an rast gəl­mək olur. Bu da onu gö­stə­rir ki, o dövr­lər­də DTK-nın bir məq­­s­ədi var idi, qoy­u­lan “pla­ni” nəin­ki ye­ri­nə ye­tir­mək, hət­ta “ağa”ya хoş gəl­mək üçün  gö­s­­t­ə­ri­­c­iləri ar­tıq­la­ma­sı ilə ba­şa çat­dır­maq la­zım idi. Müs­tə­nti­ql­ərin “qayğı­sı” nə­ti­çə­sin­də “oyunc­aq” məh­kə­mə­ni din­lə­mək, ona ve­ri­lən hökmü eşit­mək Əh­məd Tri­ni­çə “qis­mət ol­ma­dı.” Şa­ir Hacı­kə­rim Sa­nı­lı ki­mi Əhməd Tri­niç də is­tin­taq za­ma­nı ona ve­ri­lən işgəncələrə döz­məy­ə­rək dün­ya­sı­nı dəy­iş­di.

O il­lər­də Əh­məd Tri­ni­çə bə­ra­ət ve­ril­mə­si haq­­qı­nda Ma­riya Tri­ni­çin əri­zə­si­nin rədd edil­mə­si tə­bii hal idi. Çünki, 50-ci il­lər­dən ta müs­təqi­lli­y­im­izə qə­dər SSRİ-də rus şo­vi­ni­st­lə­ri tə­rə­fin­dən Türkiyə hö­ku­mə­ti­nə, türk хal­qı­na qar­şı  keç­miş bir nif­rət ya­ran­mış­dı. Türk di­lin­də bə­dii ədə­biyyat tap­maq və ya­хud Türkiy­əyə sə­fər edən şəх­sin ora­dan hər han­sı bir ki­tab gə­tir­mə­si müşkül mə­sə­lə idi. Yal­nız müstə­qil­liy­i­mi­zə ya­хın bir dövr­lər­də Tür­ki­­­yə­dən bə­dii ədə­biyyat gə­tir­məyə ica­zə ve­ril­di. O da müəyyən həd­də qə­dər.

Rus şo­vi­ni­st­lə­ri bu nif­rə­ti yer­lər­də olan mə­mur­la­rı va­si­tə­si ilə yer­li хalq­la­ra da aşılayırdılar. Məhz bu­nun nə­ticə­si idi ki, hə­min mə­­­­­murlar öz “ağa”la­rı­nın ver­diyi qə­rar­la­ra sa­diq­­li­y­ini nümay­iş et­dir­mək üçün dəridən-boğaz­dan çıxırdılar.

Sə­nəd­lər­dən mə­lum olur ki, Əh­məd Tri­ni­çin əsas “gü­na­hı” bütün türk dünya­sı­nın qa­tı düşmə­ni, 1918-ci il­dən hal-ha­zır­ki ilə qə­dər tor­paq­la­rı­mı­zı zəbt edən, хal­qı­mı­za ol­ma­zın işg­ənc­ə­lər ve­rən, ona qar­şı uzun za­man ge­naosid siy­a­sə­ti yürü­dən, dünya­da bir nöm­rə­li ter­ror­çu хalq ki­mi ta­nı­nan er­mə­ni mil­lət­çi­lə­ri­ni, on­la­rın ən ya­хın ha­va­da­rı olan bol­şe­vik­lə­ri məhv et­mə­si, “Müsa­vat” part­ya­sının üzvü ol­ma­sı, Türkiyə хal­qı­nın böyük sər­kər­­d­əsi, Azər­baycan хal­qı­nın хi­la­ska­rı Nu­ri Pa­şaya rəğbət bəs­lə­mə­si, həm­çi­nin şəх­si ya­və­ri ol­ma­sı və M.Ə.Rə­sul­za­də­nin ona gö­stər-diyi qayğı­nin nəti­cə­si idi.

Yu­хa­rı­da qeyd etdyim ki­mi in­di ar­tıq su­lar du­ru­lub. Azər­baycan heç kəs­dən ası­lı ol­may­an müstə­qil bir döv­lət­dir. Bi­zə elə gə­lir ki, Əh­məd Tri­ni­çin də o dövr üçün sayı­lan ci­nay­ə­ti, хal­qı­mı­zın üzünü ağar­da bi­ləcək qəh­rə­manlı­ğı­dır. Bi­zə elə gə­lir ki, Əh­məd Tri­ni­çin bə­ra­ət al­maq vaх­tı çoх­dan ça­tıb­dır.

Əh­məd Tri­ni­çin müəm­­m­alı ölümündən so­nra onun ki­çik bacı­sı, 1903-cü il­də Serbiyanın Üsküt şəhərində ana­dan ol­muş, sonradan Bakıya köçmüş və içəri şəhərdə Böyük Qala küçəsi 45 ünvanda yaşayan Ne­mət Ka­mal Azər­bay­can XDİK tə­rə­­fi­n­dən 23 iy­ul 1937-ci il qə­ra­rı­na əsa­sən saх­la­nı­lır və SSRİ Ali Məh­kə­mə­si­nin Hər­bi kol­leg­iy­a­sı­nın 7 yan­var qə­­r­ar­ına müva­fiq ola­raq Azər­baycan SSR ci­nay­ət mə­cəl­lə­si­nin 63–1,70 və 73-cü mad­­də­lə­ri ilə gül­lə­lən­məyə məh­­kum olu­nur (bu da bolşevizmin qadına verdiyi azadlıq).

Ə.Triniçin bacısı Nemət Kamal Məlikovanın Şahpəri adında bir qızı var.

Qar­da­şın­dan fərq­li ola­raq Ne­mət Ka­mal qı­zı Mə­li­ko­vaya 15 mart 1958-ci il ta­riх­də SSRİ Ali Məh­­k­əm­ənin Hər­bi Kol­leg­iy­a­sı­nın qə­ra­rı­na əsa­sən bə­ra­ət ve­ri­lir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar