BAYRAMNAMƏ - Şərhsiz

«Paşinyanın gərək ağlı olа»

Mirzə AĞ

Dağlıq Qarabağın türk icmasının seçilməmiş (yəni ki, təyin olunmuş) başçısı Bayram Səfərov Ermənistanın Baş naziri Nikol Paşinyanın «ağlını ölçüb» - görüb ki, ağlı azdır - ona çox dəyərli «qardaş məsləhəti» verib:

“İndi Paşinyanı Koçaryan necə sevə bilər axı?! Paşinyan hakimiyyətə gələn kimi, Koçaryanı müvəqqəti də olsa, həbsə atdı. Hətta digərlərinin də canına qorxu düşüb. Ona görə də Paşinyanı hansı qüvvə olursa-olsun, bax onun əli ilə devirməyə çalışırlar. Paşinyanın da gərək ağlı ola ki, sadə, çörək axtaran ermənilərin diqqətinə, qayğısına qala və işğalçılıq siyasətindən əl çəkə. Çünki işğalçı siyasət Koçaryan, Sarkisyan hakimiyyətini uğursuzluğa düçar etdi. Onlar müvəqqəti olaraq torpaqlarımızı işğal etsə (Ay, maşallah! – М.А.) də, Azərbaycanın durmadan artan inkişafı göz önündədir. Bu gün Azərbaycan bir günəş kimi dünyada parıldayır”.

Baxın, şedevr deyilmi? Əşi, şedevr nədir, kişinin ağzından lap «dürr» tökülüb!

Öz aramızda qalsın, sizləri bilmirəm, mənciyəz yuxarıdakı sitatın son cümləsini oxuyub, ciddi bir xətaya yol verdim - cümləni «Bu gün Azərbaycan bir günəş kimi, dünyaya zarıldayır» mənasında anladım. Gərək məni bağışlayasınız...

Ardınca, Bayram müəllimin şedevr «çıxışına» hörmətli oxucuların yazdıqları şərhlərə diqqət yetirdim, yazıram ki, siz də feyziyab olasınız:

1. Əjdərin şərhi: Molodes, bu Bayram lap ağıl dəryasıdı. Hacıbalaya müavin olsa, inkişafımız daha da sürətli olar... villalarının sayı artır, sir-sifətindən alimlik yağır.

2. «Həmkəndli»nin şərhi: Cənab(«cənab» haa! - M.A.) icma başçısı, lütfən, gec də olsa, qanlı cinayətlərin təsviri ilə mülki iddia ərizələrinizi toplayıb Azərbaycan və Avropa İnsan Haqları Məhkəməsinə təqdim edin. DQMV-nin əhalisi qaçqınlardan xeyli azdır. Heç kəs və heç bir dövlət Azərbaycana paxıllıq etməz. Qibtə edirlər ki, bu qədər sərvətin müqabilində necə yaşamaqdadırlar. Kosmosda peyklər - vaqonlarda orta məktəb? Siz, xarici siyasət işçisi deyilsiniz ki, XİN və ya Prezident kimi, bəyanat verəsiniz!...

3. «Bayram Səfərova» şərhi: Ermənistanı İranın çörəyi bu hala gətirdi. Bəs, a Bayram əkə, sənin ölkənin nefti-qazı, dəmiri, pambığı və digər sərvətləri niyə Azərbaycanı dirildə bilmir? Az yeyin də! Qoyun («imkan verin» -mənasında işlədilib - M.A.)millət də yaşasın...

4. Talıbın şərhi: Bəs, erməni ilə barışmaq istəyirdin, deyirdin, yenə barışıb dostlarımızla, qohumlarımızla bir yerdə yaşayacağıq. Bir də ki, sənin nəyinə lazım belə məsələlər, bir neçə milyonluq villalardan al, 200 minlik (dollarlıq - M.A.) maşınlarda gəz. Qaçqın uşaqları da «obşitel»də doğulub böyüyüblər - indi 20-25 yaşları var. Sən kef elə...

5. Mirzə AĞ-ın şərhi: Adam var ki, danışmasa yaxşıdır, adam da var ki, heç olmasa yaxşıdır!

Vəssalam, göydən alma düşmədi...

Şərhlər

t.ədalət 2018-09-01 12:22:13

Bayram müəllim vaxtı ilə Bakıya "avtotamaşa"ya gəlmiş .... iş birliyinə görə yadda qalıb.O zamanlar Bakıya gələn həmin..." geri qayıdanda sürüb gətirdikləri köhnə avtomobilləri ona təhvil verib getmişdilər.Guya,deyiblər ki, kasib-kusuba paylayarsan.Bayram müəllim də eləmə tənbəllik,..." gedən kimi həmin avtomobilləri dədə malı kimi satışa qoymuşdu.Nə isə.Bayram müəllim belə Bayram müəllimdir..

t.ədalətə 2018-09-01 12:22:13

maşallah hər yerdən,hər kəsdən xəbərdarsəz. ancaq sizin şərhlərinizi oxuyuram.

kluni 2018-09-01 12:22:13

Mirzə müəllim, toxunduğunuz mövzu üçün sağ olun. Bu bayramları təyin edirlər ki, millətin evini yıxsın. Yuxarıdakılar da nə isə bir iş görəndə millətin fikrini başqa yerə yönəltmək üçün bu bayramlar (ən böyüyü xarici dil müəllimidir) çıxıb quş buraxırlar. Ölçüyə gəlməz ağılları da yoxdur ki, o quşları millət tutub onların öz "ciblərinə" soxacaqlar.

Helime 2018-09-01 12:22:13

Vallah! Bezen dushunurem ki, niye bu olkede az- chox vezife dashiyan chox adamin sifeti zehrimar dolu, shishkin, qeribedir, sanki, hamisi eynisifetdir( ALLAH BAGISHLASIN MENI). Beyem, azerbaycanda vezife tapshirilasi xoshsifet, mehriban uzlu, seliqe- sehmanli, danishanda 5 cumle qura bilen , idman bedenli, vidli- fasonlu nsanlar yoxdurmu?? Vallahi, ekser icra bashchilari, polis reisleri, idare mudirleri, memurlar ve s... sanki eyni trafaretle chap olunub. Hamisi bir- birine oxshayir

Mirzə AĞ 2018-09-01 12:22:13

Həlimə xanıma: Bir teatr səhnəciyində deyildiyi kimi: Şap elə bilir ŞUPdadır, Şup elə bilir ŞAPdadlr - amma nə Şapdadır, nə Şupda - yəqindir ki, YAPdadır!!! Bütün bəlalarımızın mənbəyi belə məmurlardır...

Son yazılar