Oğlunun başını kəsən ata və İslam...

Eldar SABİROĞLU

Müsəlman üçün öyrənməyə, fikrən yüksəlməyə və inkişaf etməyə Allah tərəfindən yer kürəsinə nazil edilən, Peyğəmbərimiz tərəfindən dünyaya yayılan müqəddəs QURANımızın əvəzi, tayı-bərabəri olan ikinci bir kitabı müqayisə etməkdə çətinlik çəkərəm. Bütün dinlərin kitabına hörmət və ehtiramımı ifadə edərək Quranın bəşər sivilizasiyasının tərəqqisinə bəxş etdiyi dəyərləri, dərin fəlsəfi baxışları idrak etmək təkcə müsəlman üçün deyil, hər bir insan üçün mənəvi ucalıq, paklıq, xeyirxahlıq, rəhmdillik rəmzidir. Yetər ki, Onu ürəyimizin baş tacı edib, yaxşı-yaxşı öyrənə bilək. O zaman pislik, ədalətsizlik, haramçılıq, kimsənin haqqına girmək kimi ağır günahlardan Allah bizləri uzaqda saxlayacaq.

Allahın buyurmadığı əməllərin arxasınca qaçmağın bədəlini bu dünyada tam ödəyə bilməsək də, əbədi məkanımızda bunun cavabını hər kəsdən soracaqlar. Axıra qədər nə bu dünyanı tutub duran olub, nə də yığdığı sərvəti sonadək kimsə yeyə bilib.

Hazırda İslama itaət edən dünya müsəlmanlarının sayı 2 milyarda yaxınlaşır. Hindistanın müstəqillik tarixinin banisi Mahatma Qandi deyir ki, İslamın bu qədər sürətlə yayılmasının səbəbi qılıncın gücünə deyil, əksinə sadəliyinə və peyğəmbərinin verdiyi sözə əməl etməsinə görədir. Dünyanın böyük mütəfəkkirləri, nəhəng dövlət və içtimai xadimləri İslam dininin əxlaq, mənəviyyat və dünya düzəninə gətirdiyi töhfələrdən olduqca maraqlı və ibrətamiz fikirlər söyləmişlər.

Napoleonun sözlərinə görə, din elə bir qüvvədir ki, hz. Məhəmməd onun vasitəsi ilə dünyaya yeni bir yön verdi. İslam yaranışından barış və sülh dini olub. Qurani-Kərimin bəşər övladı qarşısında qoyduğu sarsılmaz vəzifələrdən və başlıca tələblərdən biri İslamın adına yaraşmayan əməl və hərəkətlərin icrasına, dini ayinlərin keçirildiyi zaman İslama ümumiyyətlə aidiyyatı olmayan digər qanlı ayinlərə yer verilməsinə sağlam düşüncəli, azdan-çoxdan islama bələdçiliyi olan hər bir müsəlmanı mübarizəyə səsləməlidir. Adını müsəlman qoyub, lakin İslamı hörmətdən salan, ona ləkə gətirən adamlar və qruplar ifşa edilməlidir. Əks-təqdirdə gələcəkdə dinimizin bəşər sivilizasiyasındakı yeri və əhəmiyyəti azalmağa başlayacaqdır.

Şükürlər olsun ki, bu il ruhani idarəmizlə dövlətin müvafiq strukturlarının birgə və səmərəli işi nəticəsində Məhərrəm ayının müqəddəs günlərindən hesab olunan Aşura günündə imam Hüseyni yad edən ölkə müsəlmanları heç bir qatmaqarışıqlığa yol açmadılar. Lakin izlədiyim bəzi müsəlman ölkələrində baş verən hadisələri ağrısız və üzüntüsüz qarşılamaq mümkün deyil. İraqda Aşura günü əzadarlıqla bağlı keçirilən dini mərasimdə bir vəhşi atanın 12-13 yaşında oğlunu imam Hüseynə qurban deyərək camaatın gözü qarşısında başını kəsməsi və bu dözülməz acı mənzərənin sosial şəbəkədə yerləşdirilməsi adamı dəhşətə gətirir. Dəhşət azdır, uyğun söz tapmaq mümkün deyil. Bu nə Allahın yoludur, nə Quranımızın, nə də imam Hüseynin. Bu cür müsəlmanın olduğuna böyük şübhəm var. Kimdirsə İslama düşməndir və məqsəd də dinimizə yer kürəsində nifrət yaratmaqdır. İsmayıl qurbanının tarixçəsi sübut edir ki, Allah-təalanın özü bu cür əməlləri İslam üçün qəbuledilməz hesab edib. İbrahim peyğəmbərin birinci arvadı hz. Saradan övladı olmadığına görə qulluqçu hz. Həcərlə evlənməyi ərinə məsləhət görür. Bu izdivacdan İsmayıl dünyaya gəlir. Bir müddət sonra hz. Sara qısqanmağa başlayır və iş o yerə çatır ki, İbrahim peyğəmbərlə hz. Həcər ayrılırlar. Əri Həcəri və körpə İsmayılı Kəbəyə yaxın bir səhrada buraxıb geri qayıdır. Susuzluqdan və aclıqdan ağlayan İsmayıl dabanı ilə iki dəfə yerə təpik vurur. Ana özünü oda -közə vursa da oğluna bir çimdik su tapa bilmir. İbrahim peyğəmbər gəlib çıxır. Allah yolunda İsmayılı qurban kəsmək istəyəndə körpənin dabanını döydüyü yerdən su qaynayır. Zəm-zəm suyu (yəni dayan-dayan mənasındadır) böyük sürətlə axmağa başlayır. Elə bu anda Cəbrayıl peyğəmbər qoynunda Allah-təalanın qurbanlıq üçün göndərdiyi böyük bir qoçu çatdırır və beləliklə, İsmayıl ölümdən xilas olur. İndi necə ola bilər ki, Böyük Yaradanın rəva görmədiyi günah bir işi bəndə bu cür asanlıqla yerinə yetirsin?! Bu hadisə dinimizi baltalamağa və onu yıpratmağa yönəlmiş bir qəsdir. Belə vəhşiliklər lənətlənməlidir.

Məşhur fransız pedoqoqu K.Helvetsi dini məsələlərə dəyər verərkən mövhumatın zərərlərini xüsusi olaraq qeyd edir. O, bildirir ki, mövhumata inam insanların sağlam düşüncəsini əlindən alır. Bəlkə burada mövhumat anlayışı törədilən o cinayət müqabilində adi səslənsin. Ancaq bütün bəlaların mövhumatçılıq və xürafatçılıqdan yararlandığını da bir kənara atmaq olmaz.

M.F.Axundova ateist damğası vurulsa da, o, bütün yaradıcılığı boyu bu zərərli dini tendensiyaların əleyhinə mübarizə aparmışdır. Təkcə "Kəmalüddövlə məktubları" əsərini dərindən hifz edə bilsək, o zaman mövhumatın çox təhlükəli cərəyan olduğunu aydınca görərik.

635x100

Şərhlər

Samuxlu 2018-09-12 17:35:52

Odu söndürüb közü ilə oynamaq nəyə gərəkdir? Əzəli başdan demək gərəkdir ki, Aşura mərasiminin özü xürafatçı-mövhümatçılığın təməl daşıdır və dini dəyərləri gözdən salmağa və İslam dinində təfriqəçiliyin güclənib dərinləşməsinə xidmət edir. Şübhə edənlər buyurub gəlsinlər Gəncə İmamzadə dini ziyarət kompleksinə və İslamın təşəkkül tapmasında, Qurani-kərimin vahid kitab kimi nəşrində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlərin ünvanına ....iranpərəst hacı Tahirin sərsəm sözlərini özü eşitsin.

DİN-ƏXLAQ FƏLSƏFƏSİDİR! 2018-09-12 17:35:52

DİNİN-ƏSAS MƏZMUNU OXUMAQ-KAMİLLƏŞMƏK VƏ 32-Sİ İSƏ İLK NÖVBƏDƏ ÖZÜNÜ QORUMAQ VƏ AİLƏNƏ-DÖVLƏTİNƏ-VƏTƏNİNƏ-ELİNƏ-OBANA-LİDERİNƏ-AĞSAQQALINA SADİQ OLMAQ VƏ ƏSAS DA QORUMAĞI BACARMAQDIR-BU DİNİN ƏSAS FƏLSƏFƏSİDİR, YƏNİ KİMİ BUNU ETMİƏYİ BACARMIŞSA, ONDAN SONRA İSLAMDA 5 ŞƏRT OLAN ŞƏHADƏT-NAMAZ-ORUC-ZƏKAT-HƏCC BU DİNİ AYİNLƏRİN İCRASI DİNİN 31-DİR, ÇÜNKİ DÜNYƏVİ TƏHSİL OLMADAN DİNİ TƏHSİL VƏ YA DİNİ İBADƏT CƏMİYYƏT VƏ DÖVLƏT ÜÇÜN XÜSUSİYLƏ TƏHLÜKƏLİDİR, ÇÜNKİ İLHİYYAT HƏR BİR FƏRDİN BAŞI ÜÇÜN DEYİL!!!

Bashirov Qarib 2018-09-12 17:35:52

Eldar muəllim,siz dediyiniz video-göruntunun qurama,səhnələşdirilmiş yalançı bir şey oldugu xəbəri təsdiqini tapıb.Nə duşmusunuz bu çeynənilmiş mövzunun ustunə.....

Son yazılar