DEPUTAT ŞİRKƏTLƏRİNDƏN BİRİNİ LƏĞV ETDİ – Daha iki şirkətə rəhbərlik edir

Dərc olunub: 02/02/2019 - 17:20

271864_res_01“Xəzər-XXI Əsr” MMC könüllü ləğv olunduğunu elan edib. “Turan” agentliyi xəbər verir ki, bu şirkətin direktoru Milli Məclisin deputatı Elxan Süleymanovdur.

“Xəzər-XXI Əsr” MMC (VÖEN 1800026701) 2003-cü ildə yaradılıb.

Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, Elxan Süleymanov daha iki şirkətə rəhbərlik edir: Azərbaycan-Bolqarıstan birgə müəssisəsi “Azbol” (VÖEN 1600387231) və “Aqroinkişaf” MMC (VÖEN 1800003871).

Maraqlıdır ki, bu şirkətlərin fəaliyyət növü barədə məlumat verilmir.

Qeyd edək ki, Elxan Süleymanov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, parlamentə 85 saylı Şamaxı seçki dairəsindən seçilib. Uzun illər AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olub və bir il əvvəl bu heyətdən çıxarılıb.

Qeyd edək ki, ölkə qanunveriçiliyi deputatın biznes fəaliyyət ilə məşğul olmasını qadağan edir.








loading...


Fikrinizi bildirin