BU MİLLƏTİ BÖLÜCÜLÜYƏ SƏSLƏMƏYİN!

Fazil Mustafaya Açıq məktub!

F.ü.f.d.,dos. Şəmil Sadiq,

Azərbaycan Yazıçılar Birliyinin Şah İsmayıl komissiyasının sədri

"Şah İsmayıl mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi".

(A.A.Bakıxanov, Gülüstani-İrəm)

Hörmətli Fazil müəllim! Çox istədim ki, sizinlə bu mövzuda üz-üzə gəlməyək. Çünki aramızda bir sayğı var və bunu sizin də qoruduğunuzu bilməkdəyəm. Amma sizin şəxsinizə olan hörmət və izzətim, mənim milli düşüncəmə sayğımdan üstün ola bilməz. Ona görə də sizə bu açıq məktubu yazmağı düşündüm.

Bu gün bizə lazım olan sadəcə birlikdir, sevgidir, sayğıdır. Amma sizdən görmək istəmədiyim münasibəti görürəm buna qarşı. Əhalisinin 70-80 faizi şiə məzhəbli bir Azərbaycanda yaşayırıq. Məhz siz də Sabunçu rayonundan - şiələrin çoxluq təşkil etdiyi bir məkandan Milli Məclisə deputat seçilmisiniz. Buna baxmayaraq, sadəcə şiə adı altında sizə etiraz edən hər kəsi cahil, “irançı” adlandırıb damğalayır, əsəb nümayiş etdirir, getdikcə çılğınlaşır, insanları təhqir edirsiniz. Axı onlar sizin kimi dini siyasiləşdirmədən, öz saf dünyagörüşləri ilə inanclarını yaşayırlar.

Bu yazıda ilk dəfə bəyan edirəm ki, mən də sizin Şah İsmayıla, şiəliyə qarşı tez-tez adını çəkdiyiniz Mirzə Fətəli Axundov kimi bütün dinləri puç və əfsanə hesab edirəm. Yaradanın varlığını qəbul edərək, yerdəki heç bir dinin bu möhtəşəmliyi yaradan Tanrıya aid olmadığı inancındayam. Ona görə də mənim sizinlə davamın din, məzhəb davası olmadığına əmin olun. İranın türklərə-azərbaycanlılara qarşı düşmən mövqeyində olduğunu bilirəm və Bütov Azərbaycan sevdalısıyam! İndi düşünün ki, dinə qarşı bu cür münasibətdə olan biri Sizin düşüncələrinizdən, çağırışlarınızdan, radikalcasına sizdən olmayanları təhqir və tənqid etmənizdən nə qədər narahat olur. Deməli, bu, sizin məsələlərə birtərəfli yanaşmanızdır, yalnız öz mövqeyinizi dəstəkləyən qaynaqlardan sitatlar gətirməyinizdir. Elmlə məşğul olursunuzsa, gərəkdir ki, obyektiv olasınız. Dini təəssübkeşliyi olan heç kim obyektiv ola bilməz, çünki inanc, islam-təslim ol fikri ondan əl çəkməz. Siz təslim olmusunuz öz inancınıza.

Hər kəs tərəfindən Siz, məntiqli bir düşünür kimi qəbul edilir, natiqliyiniz əladır deyə, inandırmağı yaxşı bacaran aydın kimi tanınırsınız. Lakin aqressiv yazılarınızı oxuduqca mən bu məntiqin bu cür lazımsız yerə istifadəsinin təəssüfünü yaşayıram.

Məsələn, bayaq da dediyim kimi, böyük maarifçi, düşünür Axundzadəni tez-tez misal çəkirsiniz, əcaba, bu insana bu qədər dəyər verir və fikirlərini qəbul edirsinizsə, niyə bu qədər din təəssübü çəkir, dini yaşam tərzi yaşayırsınız? Axundovun düşüncələrinə bələd olduğunuza, ən azından “Kəmalüddövlə məktubları”nı oxuduğunuza əminəm və ona görə də sitat gətirmirəm. O zaman gəlin səmimi olaq, məhz onun dediyi yolla gedək. Getməzsiniz, çünki öz inancınız var və bu məqamda Axundzadə düşüncələri sizin movqeyinizi müdafiə etmir. Çünki Axundzadə nə şiəliyi, nə də sünniliyi qəbul edirdi. Ona görə də, insanlara oxumursunuz, bilmirsiniz deyib, yuxarıdan aşağı baxmağınız yaxşı görünmür, məncə.

Şəxsi düşüncələrinizi müdafiə etmək üçün hamının birmənalı şəkildə qəbul etdiyi Məmməd Əmin Rəsulzadəni misal çəkirsiniz tez-tez. Oxumayan, bilməyən insanlar da sizin statuslarınıza inanıb “Məmməd Əmin Rəsulzadə də belə deyibsə, deməli düzdür”, deyə düşünür. O zaman sizə inanan insanlar üçün sizin də çox yaxşı bələd olduğunuz Məmməd Əmin Rəsulzadə fikirlərini bura yazım, sonra davam edim.

M.Ə.Rəsulzadə yazır: “İlərdən bəri çevrələrindəki xalq kütlələri üzərində, butün türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl şiə dövlətini qurmaq üzrə hərəkətə keçir. Avropalılara görə bir İran sülaləsi sayılan Səfəvi dövlətinin bu müəssisi isə həqiqətdə bir türk sufisi və azərbaycanlı bir şairdi. İstinad etdiyi qüvvət də tamamilə türk qüvvəti idi. Bu məzhəb türkman qəbilələri bu qüvvətin kökünü təşkil edirdi.

Onun sadə bir türkcə ilə yazılan ilahiləri (dini nəğmələri) rəsmi hüdudların çox irəlilərində belə türk topluluqlarının ruhları üzərində müəssir olurdu. Şah İsmayılın sarayı Azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şeirdə “Xətai” təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi dövlətinin Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi.

Rəsmi Türk dövlətlərində misali yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türki-tacdar” deyə xitab edirlərdi. Bu dövrdəki şairlər yalnız “Taclı türk”ə deyil, onun da xitab etdiyi əsil türk kütləsinə müvəffəqiyyətlə xitab edə bilmək üçün türkcə yazırlardı. İdarələrini yürütmək üçün içindən yetişdikləri mühitin zövqünə uyaraq onun ağıl və vicdanına qolay bir yol bula bilmək üçün özü ilə türkcə danışırlardı. Sonralar İran ideolojisi - deyə bilinən şiəlik bu xüsusda onlara (səfəvilərə) mane olmurdu. Əksinə, bu, onların türkçülüyünü gərəkləndirirdi” (Məmməd Əmin Rəsulzadə, “Bolşeviklərin Şərq siyasəti”. Ərəb və latın qrafikasından transliterasiya edəni və çapa hazırlayanı A.Rüstəmli, Sabah, Bakı, 1994, s.53.).

Görürsünüzmü, böyük öndər Şah İsmayıl Xətaini necə öyür? İndi gərək siz ya mütəfəkkirin sözlərinə hörmət edib onun öydüyünü öyməlisiniz, ya da etiraf etməlisiniz ki, mənim dərdim Şah İsmayıl deyil, başqadır.

 

Fikir azadlığı var, bundan hamının istifadə etməyə haqqı var. Mən, bəziləri kimi, kimlərsə toxunulmazdır düşüncəsində deyiləm, bizim şüurumuz və məntiqimiz imkan verir ki, Yaradanı da belə müzakirə edək. Şah İsmayıl toxunulmazdır da demirəm. Amma başa düşə bilmirəm ki, Şah İsmayıl, Səfəvilər dövləti sizi niyə bu qədər əsəbi edir? Bunun nə qədər acı səbəbi ola bilər?

Millətimə qadını qul kimi görən, dörd arvad al və ya cariyələrlə keçin deyən, müsəlman olmayanlarla dostluq etmə hökmünü verən ərəb təfəkkürü belə məni bu qədər radikal etməyib, öz millətinin nümayəndəsi, bir dövlət qurmuş, tarixdə danılmaz yeri olan, yanlışı ilə, doğrusu ilə ulu babamız olan bir insan sizi niyə bu qədər aqressivləşdirsin ki?

Ürəyim qan ağlayaraq deməliyəm ki, bunun bir haqlı səbəbi ola bilər, sadəcə bölücülüyü qızışdırmaq, şiə-sünni davasını salmaq, bizi bir-birimizə qarşı qoymaq düşüncəsi! Axı, sizinlə mən ədəbiyyatdan danışa, yaxşı voleybol oynaya bilirəm. Niyə bu gün mən də əsəbiləşib xətrinizə dəyəcək bir fikir yazmalıyam?

İnana bilmirəm ki, Siz də gələcək siyasi karyeranız üçün bir siyasi xətt tutub gedirsiniz. Bu milləti bölücülüyə səsləyirsiniz. O zaman sual yaranır: sizin İran xətti ilə şiəliyi təbliğ edib, əhli-beyt, Xumeyni ağa deyib dövlətçiliyimizə qarşı çıxanlardan fərqiniz nədir? Bunları yumşaq şəklidə desəniz, nə olar ki?

Məsələn, Şah İsmayıl türkdür, türk dövləti qurub, dövrünün tələblərinə görə dindən istifadə edib, amma sonradan əyanları, fars məmurların sarayda söz sahibi olması ilə bu xətt yolunu dəyişib, yanlış bir düşüncə sərgilənib, kaş ki olmayaydı, o dövr üçün olub, biz bu yanlışları etməməliyik, Şah İsmayılın qızılbaş-türk fəlsəfəsini yaşatmalıyıq, türkcəyə qoyduğu hörməti qoymalıyıq millətimizə, onun davamçısı, qurduğu dövlətin sərkərdəsi olan Nadirin yolunu getməliyik, birləşdirici olmalıyıq desəniz, nə olar ki?...

Axı tez-tez nümunə gösrtərdiyiniz Nadir Şah iki Türk dövlətinin birliyi üçün öncə məzhəblərarası savaşa son verilməsini, eyni zamanda mollaların dövlət işinə qarışmamasını təklif edirdi. Əgər niyyətiniz safdırsa, niyə Nadir şah kimi birləşdirici yox, bölücülüklə məşğul olursunuz?

Məhz sizin üçün deyirəm, hörmətli oxuculardan xahiş edirəm, bunu sadəcə sizə bir fakt xətrinə dediyimi qəbul edib, anlayışla yanaşsınlar. Hamımızın bəh-bəhlə 100 illiyini qeyd etdiyimiz Cümhuriyyətimiz var. Mənim də, Sizin də böyük mütəfəkkir adlandırdığımız Hüseyn Cavid, Mirzə Cəlil bu dövlət haqqında bir cümlə də xoş söz deməyiblər, sanki onlar o dövrdə yaşamayıblar. İndi buna görə Cümhuriyyəti qınayaq, ya Hüseyn Cavidi, Mirzə Cəlili? Heç Cümhuriyyət də onları görməyib sanki.

Elitanın qurduğu dövlət, xalqın dövləti ola bilmədi, buna zaman da imkan vermədi. İndi hansından vaz keçək?!

İnciməyin, əziz dostum, millətini sevən düşünür sizin kimi olmur, elə incə yanaşır ki məsələyə, heç bir tərəf incimir. Maarifləndirmə başqa şeydir, sizin yanaşdığınız kimi yox.

Gələk təklif etdiyiniz (Bizim düşündüyümüz budur ki, Azərbaycan tarixini daha çox Dədə Qorqud mədəniyyətini, Nadir vizyonunu qabardaraq müasir modelimizi gələcək üçün qurmalıyıq) “DədəQorqud” dastanındakı türk kültürünə... Mən Dədə Qorudçuyam, amma islama bulaşmamış Qorqudçu... Deyirsiniz ki, mən sizə bunu təklif edirəm. “Xub”, çox yaxşı, o zaman sizi bir günorta şərab içməyə dəvət edirəm, lap dastandakı kimi... Sonra dəstəmaz alıb, namazımızı qılarıq.

Görürsünüz, nə qədər gülüncdür?! Hansı Dədə Qorqud kültüründən danışırsınız, gürcü təkfurunun zindanında “Ölmüş oğlunuzu minib çapıram” deyən Qazan xanın yaşamını, ya Dəli Domrulun ərəb təfəkküründəki əzrayılla məzələnməsini, ya iki rükət namaz qılıb döyüşə girib, qalib gələndən sonra yeyib-içib kefləndiklərini, ya övladı olmayanı aşağılayaraq qara çadıra salmaqlarını?! Əminəm ki, başqa məqamda, başqa mövzuda kimsə Dədə Qorud dastanını öysə və təbliğ etsə idi, hökmən bu dediyim faktlardan birini deyib, Əhməd Bəy Ağaoğlu kimi solçuluq edəcəkdiniz. Ciddi adamlar üçün bu dedikləriniz keçərli deyil, sadəcə gəlişigözəl sözlərlə baş aldatmaqdır, təriqətçilik, məzhəbçilik missiyanıza haqq qazandırmaqdır.

Deyirsiniz ki, mən sünni deyiləm, müsəlmanam. Bu da “xub” (bilərəkdən bu fars kəlmələrindən istifadə edirəm ki, statusunuzda başa çıxarıb, məni də cahil fars yanlısı adlandırasınız). Mənim bildiyim müsəlman, qarşı tərəfin inancına sayğı ilə yanaşar, Allahu-Əkbər deyib baş kəsməz. Ən azından şiə də sizin kimi Allaha, Peyğəmbərə, Qurana inanır... Heç olmasa onlara hörmət edin. Ən azından bir yerdə birləşib, ateistlərlə mübahisə edə bilərsiniz, məncə...

Bütün mövhumi məsələləri atırsınız şiəliyin və şiəliyi də Şah İsmayıl yaratdı deyib, onun üstünə. Tez-tez misal çəkdiyiniz, kumiriniz Əhməd bəy Ağaoğlu “Şiə məzhəbi və qaynaqları” əsərində şiəliyin necə yarandığını, niyə yarandığını geniş şəkildə izah edir. Şiəliyin Şah İsmayıla nə dəxli?… XIII-XV əsrlərdə türklər İslamın üzərindən öz milli dinlərini yaratmağa hamilə idi. Ermənilərin xristianlıqdan Qriqoriyanlıq, Slavlaynların Provaslav, Almanların Protestantlıq çıxardıqları kimi… Buna Nəimi də, Nəsimi də, Ağ Şəmsəddin də, Bektaşi də, Şeyx Səfi də çox cəhd etdi. Çünki din bir yaşam tərzi idisə, ərəblə gələn din ərəb yaşam tərzi idi və türklərə yad idi. Öz törələrinə uyğunlaşdırmağa cəhd edirdilər. Törəsindən vaz keçə bilməyən türklər öz fəlsəfələrini elə məhz islamın bayrağı altında, istədikləri kimi yaşamaq istəyirdilər və dində müəyyən reformalara cəhd edirdilər. Bütün insanlıq kimi. Çünki Quran sadəcə bölgə üçün idi, türkün cahan anlayışına sığmırdı. Heç sizin də bugünkü təfəkkürünüzə sığımır, əgər bir müsəlmansınızsa, məntiqi buraxıb təslim olmuşsunuzsa, o zaman ordakı şəriət qaydaları ilə yaşamağa cəhd edin, biz də görək. Məsələn, bu ayəyə əməl edərək: (5. 51) “Ey iman gətirmişlər! Yəhudiləri və xristianları öz köməkçiləriniz və dostlarınız hesab etməyin, çünki onlar ancaq bir-birilərinə kömək edirlər. Əgər sizlərdən kimsə onları öz köməkçiləri və dostları sayırsa, onda o özü onlardan biridir. Həqiqətən, Allah zalım insanları doğru yola yönəltmir.”

Yaşaya bilməzsiniz, çünki siz cahil deyilsiniz. O dövrün ağıllı insanları da belə idi və Qızılbaş fəlsəfi fikri ilə türk törəsini yaşamağa çalışırdı. Bu yaxınlarda Roma Papası dediyi kimi, insanlar inkişaf etdikcə, onların təfəkküründəki Tanrı da inkişaf edir.

Necə ki, Peyğəmbərdən sonra Ömər, Osman, Əbubəkir, Əli onun kimi idarə edə bilmədilər xilafəti, necə ki aralarında nifaq düşdü, Əməvilər, Abbasilər sarayı əyyaşlıq yuvasına döndü, eləcədə Şeyx Səfi düşüncəsi Şah İsmayıldan, Şah Təhmasibdən sonra, öz istiqamətini dəyişdi. Uzağa getmədən Elçibəyin Öndərliyində qurduğunuz partiya, dövlət, ondan sonra neçə başa bölündü və bir vaxtlar Elçibəyi ideal sayan Fazil bəy, bu gün onun qüsurlarını deyir, tənqid edir və deyir ki, fikrini dəyişməyən sadəcə ölülərdir. Elə o dövrdə də belə, bəy, eynən belə.

Gələk Səfəvilərin üstünə çamur kimi yaxdığınız mərasimlərə, pirçiliyə, nəzirçiliyə…

Səfəvilər dövləti bir imperiya idi və tərkibində onlarla xalq yaşayırdı. Hər birinin də öz mədəniyyəti, inancı, mifik dünya görüşdən gələn ənənəsi vardı. Bu dövlətin də birinci xalqı türklər idi. İkincisi də böyük dövlətçilik ənənəsi olan, inancı olan farslar idi ki, uzun müddət ətrafındakı xalqı öz təsirində yaşatmışdı. Məzdəkiliyin də, zərdüştiliyin də, atəşpərəstliyin də, şamanizimin də Səfəvilər imperiyasının hüdudları içərisində çoxlu qalıqları vardı. Necə ki islamda sünnət yəhudilərdən, orucluq ondan öncəki onlarla xalqdan, ibadət forması büdpərəstlikdən (bütpərəstlərin ibadətinə diqqət etsəniz namaz qılmağa nə qədər bənzədiyini görərsiniz), Ayın dini simvol olması qədim türk inanclarından, hicab Şumerlərdən gəlirdisə, eləcədə Səfəvilər dövlətinin tərkibində olan xalqların inancı qızılbaşlığa, lap elə sizin dediyiniz kimi şiəliyə qarışdı.

Sizə bir neçə fakt deyim, daha doğrusu xatırladım. Türklər islamı ərəblər kimi yaşamadı heç vaxt. Sizin də, mənim də mövhumat hesab etdiyim, sadə xalqın din bildiyi ağaca nəsə bağlamaq, qurban kəsmək, nəzir demək şiəlikdən gəlmir əziz dost, şamanizmdən, qədim inanclardan gəlir. Bizim yas mərasimlərinin də nəinki şiəliyə, heç islama da aidiyyatı yoxdur, xalqın təfəkküründə qalan törələrdən, tenqriçilikdən gəlir. Bilirsinizmi, musəvilik, xristianlıq olmadığı bir dövrdə türklərdə tenqriçiliyə əsasən insanları basdırıb, “torpaqdan gəlmişik, torpağa dönməliyik” düşüncəsi var idi? “Torpaq Ana Kutdur” kultu var idi? Heç qəbir daşlarının da bugünkü formasının islama heç bir aidiyyatı yoxdur. Türk Balbaylarını ki bilməlisiniz, hər kəsi öz mənsəbinə, vəzifəsinə görə fərqləndirmək üçün müəyyən baş daşları qoyurdular.

Nəzir anlayışını, pirçiliyi də şiəliyə bağlamaq savadsızlıqdır, bəy. Həyat ağacları vardı, qədimdə o ağaclara müəyyən ərzaqlar asar, niyyətlər edərdilər, mifik düşüncə ilə, bu gün dünyanın əksər xalqında yaşamaqdadır.

Anadolunu az gəzməmisiniz, bilirəm. Qədim Bizans qalıqları olan tarixi məkanlarda görmüsünüz ağaclara cır-cındır bağlayırlar, elə xristianlar da. Efesdəki Məryəm ana kilsəsini xatırlasanız, yetərlidir. Necə olur dünyanın ən inkişaf etmiş ölkələrindən xalqlar ora ziyarətə gəlir, niyyət edir, cahillik olmur, bizimkilər Əshabi-kəhfdə bağlayanda cahillik olur?

Avropanın göbəyindəki bütün şəhərlərdə körpülərin üstünə insanlar minlərlə qıfıl bağlayır, bir gələnək yaşadır, bir əyləncə edir, psixoloji rahatlıq tapır, cahillik olmur, bizimkilər cahillik olur? Bəy, ciddi adamlar bunları ciddiyə almır, özünəməxsusluq kimi bir rəng hesab edir keçir. Daha gətirib tarixi bir şəxsiyyətin cibinə dürtüşdürüb, sonra da onu alçaltmır...

Bir neçə gündür bir neçə tarixçinin sizə cavabını, münasibətini görürəm, əsəblərim tarıma çəkilir. Çünki onların da cavabı, əməlləri ürəyimizcə deyil. Nə vaxt tarixçi alimlərimiz Səfəvilər dövləti ilə bağlı ciddi bir araşdırma qoydu ortaya, nə vaxt qardaş Türkiyəyə rəsmi bir nota verdi ki, dərsliklərinizdə Səfəviləri aşağılayan fikirləri çıxarın?! Sadəcə məişət üslübunda atışmalar gedir.

Əhməd bəy Ağaoğlu sizə kömək edə bilməz, bilirsiniz niyə? Mən də Hüseyn Cavid deyərəm, lap hirslənib Nitsşe deyərəm, bütün dünyanın qəbul etdiyi ateist Nitsşe... Kimsə belə deyib, mən də deyirəm, - demək zəiflik əlamətidir. Mən də deyirəm, gəlin Mirzə Fətəli Axundovun, Hüseyn Cavidin, Mirzə Cəlilin, Üzeyir Hacıbəyovun dediyi yolla gedək. Halbuki, hər biri ümumilikdə dini mövhumat hesab edirdi, nəinki şiəliyi, bütün dinləri.

Şah İsmayılı tənqid də etmək olar, təhlil də, bəyənmək də, olar bəyənməmək də. Azdan-çoxdan üzdə olan adamsınız, onsuz da tariximiz allaq-bullaq olub, tutacaq çox az yerimiz var. O tutulacaq yerləri də sizin kimi aydınlar məhz subyektiv pəncərələrindən baxıb ləkələyəcəksə, uçuracaqsa, sabaha ümid qalmaz. Lütfən qırıcı olmayın!!!

Siz qəbul etsəniz də etməsəniz də, Şah İsmayıl bir dövlət qurub, Şirvanşahlardan sonra ən uzun ömür sürən dövlətimizi. Şah İsmayılın türkcə rəsmi sənədini axtarırsınızsa, akademik Ramiz Mehdiyevin orijinal nüsxələrini də çap etdirdiyi məktublara baxın, Osmanlı dövlətinə məktubları türkcə yazıb. Qurduğu dövlətin paytaxtı qədim türk şəhəri Təbriz olub.

İdeologiyasını bəyəndiyimiz Əfşarlar dövlətinin bütün ənənələri Səfəvilərin üzərində qurulub və onun varisidir. Hərdən deyirsiniz ee, bütün tarixçilər Səfəviləri İran dövləti kimi təqdim edir. Heç Əfşarlara da birmənalı türk dövləti deyən yoxdur. Paytaxtı da Məşhəddən başlayıb.

Xoşa gəlməyən gəlinin yerişi tap-tap gələr. Bütün tarixi şəxsiyyətlərdə bu və ya digər mənada qüsur var. Baxır onu görmək istəyənə. Məsələn, Nadirin vəzifə, mənsəb sevdasından oğlunun gözlərini kor etməsi...

Bir qardaş kimi tövsiyəm odur ki, bəlkə də haqqım çatmır, amma hələ də səmimiliyinizə, demokratlığınıza inanaraq deyirəm: Bir-iki aylıq sosial şəbəkələrdən ayrılın, narahat olmayın, xalq məhv olmaz, ölkə dağılmaz bu müddətdə çəkilin bir istirahət edin, sadəcə alternativ mənbələr oxuyun, qızışdırıb əsəblərini hədəqəsindən çıxardığınız bizlərə cavab verməyin. İnanın, oxumasanız əsəbiləşməyəcək, kimisə də “siğədən dönmə” deyib özünüzə qarşı çağırmayacaqsınız.

Şah İsmayıldan əlinizi üzün, onsuz da onun heç bir ideologiyasını yaşatmırıq, arada bir bizim də imperator babamız olub deyib, qürur duyuruq. Siz də kömək edin, məsələ qaldırın ki, ay tarix institutu, ay tarixçilər, mənim üstümə düşməkdənsə, bu enerjinizi ayırın, heç olmasa qardaş Türkiyəni Osmanlı zehniyyətindən əl çəkib Səfəvilər Türk-Azərbaycan dövləti kimi tanıyın, Topqapı sarayındakı eksponatlarda İran dövləti yazmayın...

Fəlsəfəsini də bəyənmirsinizsə, vaxtınızı belə qıcıq yaradan statuslara ayırmayın, gedin farscanı, ərəbcəni, osmanlıcanı öyrənib, ciddi bir elmi əsər qoyun ortaya ki, elm faydalansın!!!

Hə, onu da unutmadan deyim ki, bütün tənqidlər pozitiv olanda faydalı və qərəzsiz olur!

P.S. Dinləri nağıl bilən, yetişdirəcəyi şagirdlərinin bir gün Saturna peyk uçuracağına inanan, Şah İsmayılı da, Nadir Şahı da, Mirzə Fətəli Axundzadəni də, Məmməd Əmin Rəsulzadəni də, Nəriman Nərimanovu da, Əhməd bəy Ağaoğlunu da, Hüseyn Cavidi də milləti üçün yanan şəxsiyyətlər kimi qəbul edən bir müəllimin dost fikirlərini düşmənçilik kimi qəbul etməməyiniz arzusu ilə!

635x100

Şərhlər

vətən 2019-08-03 19:10:39

Fazil Mustafanın istəyinin 6 əsr yaşı var.Başqa sözlə, o, Azərbaycanı müstəqil görmək istəməyənlərin fikir davamçısı olaraq Osmanlıya xidmət edir. Odur ki, zaman- zaman bu düşüncənin qarşısına sinə gərənlərə düş-mən kimi baxır. Xətai, Xiyabani və s. məhz həmin o möhtəşəm insanlardır ki, Fazil Mustafanı özündən çıxarır. Hirslənir ki, niyə bu insanlar qoymayıblar ki,Azərbaycan Osmanlıya- Türkiyəyə birləşsin. Bizi Türkiyə- nin yedəyində görən insan necə bu millətin deputatı ola bilər?Sözün bit- diyi yer.

Oqtay 2019-08-03 19:10:39

Mən tarixi o qədər də oxumamışam özümün də 72 yaşım var.Az Politika mən yazan şərhlərin yarıdan çoxunu qorxur çap etməyə edındə də düzəlişlə edir.Sözüm odur ki yalandan palandan özünüzə tarix düzəltməyin tariximiz odur ki bir əsrrdir dılqır erməninin əlində gic olmuşuq və yalandan hər gün qalib gəlirik gah Lissabonda gah Lələ təpədə ancaq 1 kənd ala bilməmişik Biz buyuq Lobbaz lobbaz tarixdən danışmayın ayıbdır Hamımız qorxaq ,vəzifəpərəst, bir qab yaldan ötrü vəzifəlilərə yaltaqlananıq.BİZ BUYUQ

yalçın 2019-08-03 19:10:39

adı ərəbcədən çevirmədə yayılan demək olan avtor, millət sözü sizin doğma ya kök ərəbcənizdən bu dilə çevirmədə nə deməkdir?..deyin bu yaradılmış demək olan məxluqat bilsin ey miri..

Kamal 2019-08-03 19:10:39

Birincisi Şah Ismayila onem veren rus dilinde niye yazir,ele ozunun diline hormet edirse.Ikincisi ise Ehmed bey Agaoglu umumturk prizmasindan yanaşirdisa meselelere her halda duşunub daşinib yazib.Ehmed bey bu dovleti quranlardandir.Axundzade bilirik ki, ateist olub.Amma Ehmed bey tamam ayri mesele, bu dovleti quranlara hormet elemek bizim borcumuzdur.Her birimizin.Belede ki, Osmanli neylesin ki, onun da terefini bu olkede tutan tapilir.Şamaxida,Salyanda,Bakida,Azerbaycanin cox yerinde uyuyan turk esgerinden heya,abir edek.28 mayi bayram edirsiz.Amma o bayrami bayram eden kişilerin haqqina girirsiz.Ne osmanli ne de azerbaycanli yalniz Turk.Başqa soydaşlarimizda qardaşlarimiz!!!(Kohne)

Bashirov Qarib 2019-08-03 19:10:39

Sanıram,Fazil muəlim yazılarında səmimi olub,sifariş yerinə yetirməyibsə,bir daha bilmərrə Şah İsmayıldan əl çəkər....

Kamil Vahidov 2019-08-03 19:10:39

Nə edirsiniz edin, dinimizə və milli kimliyimizə dil uzatmayın. Bu millət o dilləri kəsər... Millətin nə sünni, nə şiə dərd var. Bu ateistlərin nə yuvanın quşu olduğunu hamı yaxşı bilir. Sionist ağalarına nökərlik edən bu imansızlara meydan verib, milləti diksindirməyin. Biz türkük, müsəlmanıq, kim nə olur olsun. Atasını tanımayan maqurtlar zatən bizdən deyil...

sual 2019-08-03 19:10:39

60 yaşım var belə gülməli ad eşitməmişdim. Bu ölkə nə gündədir ya?

Sahib 2019-08-03 19:10:39

Fəzail bəy Ağamalı düz tapıb. Bu Fazil Türkiyə səfərləri zamanı müasir Türkiyənin bünövrəsində olan osmançılığın düşmən hesab etdiyi şiəliyi, onun tarixi təcəssümü olan Səfəvi təfəkkürünü və sülaləsini düşmən kimi qəbul edib. Bu bir daha sübut edir ki, "bir müllət-iki dövlət" şüarı kökündən yanlış, qurama bir şüardır. Deməli "qohumuq, ancaq fərqliyik". Və Fazil Osmanlı dövlətçiliyinin, osmanlı sünniliyinin azərbaycana yeridilmiş bir ruporudur.

Sahib ə 2019-08-03 19:10:39

Sən lap ağını çıxartdın.

türkçü 2019-08-03 19:10:39

Şəmil müəllim, siz yaxşı bilirsinz ki, Şah İsmayılın ana nənəsi Rum imperatoru Konstantinin qızı Despina, anası da Marta idi. Şah İsmayılın anasının Ərdəbildə başdaşında Aləmşahbəyium deyil, anası Despinanın qoyduğu əsl adı Marta yazılıb. Gəlin özümüzü aldatmayaq! ... Türk-müsəlman millətini məzhəblərə bölmək lazım idi! Tapşırıq hardan gəlirdi?!

seda 2019-08-03 19:10:39

adam canli ensklopeediya,-oyrenin ondan ...xumeyni rehber deyib durmayin)fexr etdiyim millet vekilim!!!FAZIL MUSTAFA!

azerbaycan balasi 2019-08-03 19:10:39

Ey azerbaycan dovletini ve milletini istemeyenler agah olun min illerle azerbaycan ve azerbaycan milleti movcuddur bu adla fexr emek lazimdir nece ki, Heyder Eliyev fexr edirdi. gorun hansi tukdilli doblet oz milletinin qabagina ikinci bir soz yazdirib. 30ml.q Ozekistan milletini ozbek,18 ml.q Kazaxlar oz milletini kazax, tukmrnler milletini turkmen,tatarlar milletini tatar, qirgizlar milletini qirgiz qebul edir. bizde azerbaycani sevmeyenler bu adi sildirmek isteyirler. bil.m azpolitika sherhimi derc etmez

türkçü 2019-08-03 19:10:39

Hörmətli Türkçüyə Sultan Süleymanın arvadı Xürrəm Sultan Ukrayna yəhudisi idi: əsl adı Raksolina Lisitskaya olub. "Nə olsun?" sualını özünüzə verin. Mən nələr olduğunu çox yaxşı bilirəm. Raksolina-Xürrəmin törətdikləri də hamıya məlumdur. Gedin tarixi yaxşı-yaxşı öyrənin! O zaman sualınıza cavab taparsınız.

Həmid Saleh 2019-08-03 19:10:39

Mən Fazil bəyin Şah İsmayılı gündəımə gətirməsini düzgün hesab etmirəm. Ancaq bu yazını bütün Azərbaycan türklərinə təhqir hesab edirəm. Müəllif dinsizdi, sizdəmi dinsizsiz? Ayıb olsun sizə! Görün kimlərə meydan verirsiz. ...Kim olub Mirzə Fətəli, Rusiyaya QULluq edən biri....Milləti azadlığa səsləyən hansı fikri var?Ruslara xoş gəlməık üçünmü, yoxsa hansısa probleminə görə özünü dinsiz kimi göstərib... Sən də köləliyi təbliğ edirsən. Ona görə İslamı bəyənməzsən.Çünku İslam Allahdan başqa heç kimə QUL olunmaz deyir! Sionist yəhudilər isə bütün dünyanı KAPİTALIN kölə etmək istəyir.Sənin kimilər də buna xidmət edir... Çünki cahilsiz... Həyati araqi içib sərxoş olmaqda, ötəri həzzlərdə görürsüz.... Nə deyim, bədbəxtsiz! Atalar yaxşı deyib ki, alim olmaq asandır, adam olmaq çətindir! Heyif AzPolitika-dan belələrinə də meydan verirsiz.

Nurəddin-ə 2019-08-03 19:10:39

Hər bir yazıda tərif və ya tənqid etmək üçün mövzu,söz tapmaq olar.Ancaq bir miləti dini ,əsassız,mənasız,tərəfkeşlik yolu ilə parçalamaq, millətdə əks mövqe yaratmağa yönəltmək kökündən yanlışdır.Məhz Fazil bəyin yazıları bu ruhda,bu məzmunda istiqamətləndiyindən, milləti parçalamağa (çünki hamı eyni düşüncəyə malik ola bilməz ) yönəldiyindən ( şiə,sünnü) qəbuledilməz olduğu qədər də indiki mürəkkəb şəraitdə qəbuledilməzdır...

NURəddin 2019-08-03 19:10:39

EY TÜRK DÜŞMƏNİ ŞAMİL SADİQ,YAZINIZ DƏRHAL MƏLUM EDİR Kİ,SİZ ALLAHIN BUYURDUĞU İSLAMI DEYİL,İSMAYILIN YARATDIĞI İSLAMI DAHA FAYDALI SANIRSINIZ.HƏRLƏYİB-fIRLAYIB FAZİL MUSTAFANI DA PROVAKASİYAYA ÇƏKMƏK İSTƏYİRSİNİZ.MÜSƏLMANLIQ TÜRKÜN "CAHAN ANLAYIŞINA"SIĞMIRMIŞ KİMİ ƏCAYİB TERMİN İŞLƏDİRSİZ.NECƏ OLDU OSMANLILARIN" cahan anlayışına" SIĞDI,BİZİMKİNƏ YOX! QIZILBAŞ-TÜRK FƏLSƏFƏSİ DEYİRSƏN,BELƏ 1 FƏLSƏFƏ MÖVCUD DEYİL.ŞƏXSƏN MƏN BOYNUMA XAÇ KEÇİRƏRƏM MÜƏLLİFİ İSMAIL OLAN 1 FƏLSƏFƏYƏ UYMARAM.O MİLLƏTİMİZİ 2-YƏ BÖLDÜ.

türkçüyə 2019-08-03 19:10:39

Nə olsun sultan süleymanın arvadı ukraynalı idi xürrəm sultan... mənası nedir şah ismayılın anası kim idi.

yıvalı 2019-08-03 19:10:39

Azərbaycanda bəziləri milli kimliyi partiya üzvlüyü ilə qarışdırır, biri deyir türkəm o biri deyir yox azərbaycanlıyam,oğuz boyunun 24 boyundan birinin nümayəndəsi ,soykökünü bilib tanıyan kimse öz milli kimliyini sorğulayamaz, kimse milliyetini soyunu bilmirse demək ki o SOYSUZDUR,Fazil bəyin Həqiqətləri belə SOYSUZLARI narahat edir və onlar tarixlə ədəbiyyatı qarışdırırlar,Bakıxanovdan Axundzadədən sitat gətirmək sovet-rus manqurtlaşmasının nəticəsidir, bu millətə qatır məmmədi şaumyanı,qəhrəmanlaşdıranla

Əli 2019-08-03 19:10:39

BELƏ ANTİMİLLİ PROVAKASİYON SUALLARI QƏSDƏN ATIRLAR ORTAYA Kİ........

millət 2019-08-03 19:10:39

Şah İsmayıl bizim tariximizdir. Bu Fazil nə istəyir ondan? Bir erməni ya başqa düşmənlərimizin keçmişini tənqid təhqir edə bilmirmi? Öz tariximizi baltalayır. İşi gücü qyoxdur deyəsən. Tez-tez bu böyuk şəxsiyyətə lazımsız hücumlar edir. Nədəndir bu nifrət? Millət vəkili indi əhalini soyub talayan məmurlardan danışar, Torpaqlarımız nə vaxt alınacaq ondan danışar. Yoxsa əsas məsələlər qalıb ortaya.......

VACİB DEYİL 2019-08-03 19:10:39

NİZAMİ GƏNCƏVİ OLAN YERDƏ MİRZƏ FƏTƏLİ KİMDİ? MÜSƏLMANLA ATEİSTİN DÜŞÜNCƏ FƏRQİNİ BU İKİ ŞƏXSİ MÜQAYİSƏ EDƏNDƏ AYDIN GÖRMƏK OLUR

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price