BU CÜR PRİMİTİV DÜŞÜNCƏ İLƏ HARA QƏDƏR?!

Orxan Mansurzadə,

polis polkovniki

Ölkəmizin ictimai-siyasi həyatında gözlənilən taleyüklü hadisələr, eləcədə mötəbər beynəlxalq təşkilatların önəmli toplantı və yığıncaqlarının, dünya əhəmiyyətli idman və mədəni tədbirlərin keçirilməsi ərəfəsində yuyulmamış çömçə kimi ortaya düşüb “mən də varam!” deyən, virtual aləmdən püskürdülən qeybət tufanı, böhtan, şəbədə vulkanından savayı diqqətəlayiq, faydalı bir işlə özünü məşğul etməyən radikal cameənin sırtıq, və cığal “uşaqları”- Kərimli və komandası cari il oktyabrın 19-da Bakının mərkəzində keçirməyə çalışdıqları qanunsuz aksiyanın qarşısının alınmasından, belə cəhdlərin yolverilməzliyinə dair hüquq-mühafizə orqanlarının xəbərdarlıqlarından özləri üçün düzgün nəticə çıxarmayıblar və görünür ki, heç belə fikirləri də yoxdur.

Möhtəşəm beynəlxalq toplantı- Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ölkəmizin ev sahibliyi edəcəyi ərəfədə dünya ictimaiyyətinin diqqətinin, təbii olaraq, Bakıya fokuslaşacağı bir vaxtda bundan narahatlıq keçirən radikal müxalifət təmsilçiləri və azsaylı tərəfdarları bəlli dairələrin, məsələn, “Con dayı”nın dirijorluğu ilə vahid mərkəzdən idarə olunaraq sərbəst toplaşmaq azadlığının bərpası bəhanəsilə oktyabrın 19-da normal ahəngi və qayğıları ilə yaşayan Bakının mərkəzini, sözün birbaşa mənasında, işğal etməyə şoxsaylı səylər göstərdilər. Əgər zənnim məni aldatmırsa, oxşar taktika və üsulla bir neçə il öncə etrazçılar dünyanın siyası və maliyyə mərkəzi sayılan Nyu-Yorkun məşhur Manhetten və digər tarixi küçə və meydanlarını əhatə edərək həmin məkanlarda çadırlar, insanların daldalanmaları üçün digər müvəqqəti sığınacaqlar salaraq hakimiyyət orqanlarından ultimativ formada öz tələblərinin yerinə yetirilməsində təkid edirdilər. Bu əsəb müharibəsində hakimiyyət orqanları, nəhayət ki, böyük bir meqapolisin həyatını iflic edən həmin nümayişlər seriyasını durdura, nəhəng çadırlar şəbəkəsini dağıdaraq şəhərin normal iş ahəngini bərpa edə bildi.

Sonuncu dəfə Sorosun ayrı-ayrı inkişaf etməkdə olan və ya yenicə müstəqillik qazanmış dövlətlərdə “açıq vətəndaş cəmiyyəti” qurmaq bəhanəsilə, əslində isə ilk növbədə qarışıqlıq, idarəolunmaz situasiyalar, polis-vətəndaş qarşıdurması, bu da yetmədikdə vətəndaş müharibələri yaratmaqla qanuni seçilmiş hökumətləri devirmək qəsdilə ayırdıqları, milyon dollarlarla ölçülən qrant və ianələrin müqabilində tərəfdarlarına “biz gəlirik, az qalıb”, “hakimiyyət gedir” xatircəmliyi ilə yağlı vədlər verənlər “rəngli inqilablar” dalğasının postsovet məkanında keçici uğur qazanmasından necə vəcdə gəlmişdilərsə, məkan, zaman və reallıq hissini tamamən itirmişdilər. Təqribən 14 il öncə postsovet məkanındakı bir neçə ölkəsində eyni ssenari, üsul və zorakılıqla həyata keçirilən çevrilişlərin ardınca respublikamızda radikal müxalifətin yaratdığı “Azadlıq” adlı seçki bloku 2005-ci ilin noyabrındakı parlament seçkilərində məğlubiyyətə uğradıqdan sonra xaricdən verilən təlimata uyğun olaraq, həmin olayların bənzərini də ölkəmizdə reallaşdırmağa cəhd etdi. Bu məqsədlə həmin il noyabrın 26-da metronun «20 Yanvar» stansiyasının önündən başlayaraq, keçmiş «Qələbə» kinoteatrının qarşısındakı meydanadək yürüş-mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinin razılığını alsalar da, sonradan təşkilatçılar üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən imtina etdilər. Radikal müxalifətin bəzi nümayəndələri, o cümlədən Ə.Kərimli də zorakılığa çağırışlar edərək iştirakçıları kütləvi şəkildə itaətsizlik göstərməyə təhrik edib, aranı qarışdıran, qarşıdurma yaradan hüquqazidd əməllərə yol verdilər.

“Baş cəbhəçi” isə mitinqin sonunda «ölərik, meydanı tərk etmərik» şüarını irəli sürərək fasiləsiz mitinqlərin başlandığını elan etmiş, iştirakçıları oturaraq meydanı tərk etməməyə çağırmaqla qarşıdurmaya rəvac vermiş, bu zamanı bir neçə polis əməkdaşı və aksiyaçı müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar.

Bu hadisənin üzərindən 14 il keçməsinə, bütün dünyada, o cümlədən ölkəmizdə əhəmiyyətli ictimai-siyasi proseslərin baş verməsinə rəğmən “baş cəbhəçi” və yaxın ətrafı dağıdıcı küçə, kütlə psixologiyasından, yalançı mitinq eyforiyasından, özünəvurğunluq hissindən və publikaya cəsarətli görünsün deyə iqtidara münasibətdə tamamilə yersiz sərt ritorikadan, ultimativ tərzdən qurtula bilməyib. Sonra da bir nəfərlik “mənzil-qərargah”ına çevrilmiş “Əli bəyin studiyası”ndan, özünü Oval kabinetdə hiss edirmiş kimi müxbirə xitab edərək möhtərəm dövlət başçımızın radikallara münasibətdə niyə sərt leksikondan istifadə etməsinin səbəbini soruşur. Daha dərk etmir və ya anlamaq istəmir ki, ölkəmizdə bir çox mənəvi dəyərlərin, demokratik prinsiplərin aşınmasının, əhdə vəfasızlığın, verilmiş sözün tutulmamasının, götürülmüş öhdəlikdən səbəbsiz imtinanın və digər ictimai, siyasi və sırf insani münasibətlərə təsir göstərən neqativ məqamların əsasını qoyanlardan biri və bəlkə də birincisi elə Kərimlinin özüdür. Misal gətirdiyimiz son yürüş-mitinq də daxil olmaqla, son 15 ilin ictimai-siyasi proseslərinə, iqtidar-müxalifət münasibətlərinə dair həmin dövrün xronologiyası, mətbuatı, vaxtilə cəbhəçibaşının yan-yörəsində olmuş şəxslərin, müxalifət funksionerlərinin etirafları təsdiq edir ki, illərdir şəxsi ambisiyalarının, pul və hakimiyyət hərisliyinin əsirinə çevrilmiş bu tip, iqtidarla müxalifət arasında normal dialoqun baş tutmamasının əsas səbəbkarlarından biridir.

İndi durub ölkəmizin müstəqillik illərində ev sahibliyi etdiyi ən böyük siyasi tədbirin - oktyabrın 25-26-da 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın məsul təmsilçilərinin iştirak etdikləri Qoşulmama Hərəkatının Bakıda keçirilən, aralarında bir sıra dövlət və hökumət başçılarının da olduqları XVIII Zirvə Görüşünü bu “hərşeyşünas” sədr öz ağlınca az qala əhəmiyyətsiz, sıradan bir görüş kimi “dəyərləndirir”, bəzi iştirakçı ölkə rəhbərləri barədə olduqca aşağılayıcı tərzdə, irqçi kimi bəhs edir və hətta inkişaf etməkdə olan respublikaların liderlərinə həqarət etməkdən belə çəkinmir. Xanım Osmanqızının yüngül “ötürməsi” ilə özünün “üçüncü dünya” ölkələrinə və onların bəzi tanınmış liderlərinə qarşı “ağ insan” qismində mövqe sərgiləyən, ölkə başçılığına iddialı olan bu başabəla “siyasətçi”nin parıldayan gözlərini təkəbbür, cığallıq və paxıllıq, qərəzkarlıq necə örtübsə, belə məhdud dünyagörüşü, ağılla onun nəinki siyasi partiya sədrliyinə, müxalifət liderliyinə olan iddialarına şübhə edirsən, daha çox onun əlinin altında işləyənlərin halına acıyırsan.

Bu yerdə “Dəmir ledi”nin, İngiltərənin sabiq və mərhum Baş Naziri Marqaret Tetçerin nə vaxtsa oxuduğum müsahibəsindən yadımda qalmış bir aforizmini yada düşür. Keçmiş Sovetlər İttifaqının süquta uğradılmasında əhəmiyyətli rol oynamış bu xanımın məşhur fikri belədir: “Sovet adamlarının “xoşbəxtliyi” ondadır ki, onlar öz bədbəxtliklərini dərk etmirlər”. Belə bir yanaşma Kərimliyə da aiddir.

Milli maraqlardan, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən ağızdolusu danışan “baş cəbhəçi”, görəsən, nə vaxtsa və hardasa bu istiqamətdə nə iləsə yadda qalıbmı? Təbii ki, yox və onun bu sahədə də “fəaliyyəti” özünü möhtərəm dövlət başçımıza opponent görürmüş kimi, görülən işləri “təftiş” etmək və “qiymətli məsləhət” verməkdən, iqtidarın bu sahədəki fəaliyyətini də qılınclamaqdan, “obıvatel”ə hesablanmış ucuz demoqogiya ilə məşğul olmaqdan uzağa getmir. Sonuncu dəfə ölkə rəhbərini ötən ay BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən illik sessiyasına getməməkdə, sonra Valday diskussiya klubunda verdiyi məşhur bəyanata görə ittiham edən, iqtidarı suçlamaq üçün heç bir fürsəti əldən verməyərək “Youtube”də Osmanqızının cilvəli sualları qarşısında özünü diplomatiya dahisi sanan bu zavallı anlamaq istəmir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin aprel hadisələrindən üzübəri Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinə maksimal təzyiq, pressinq siyasətini uğurla həyata keçirir.

O, Kərimlinin və onun sağ-solunun hətta yuxularında da görə bilməyəcəyi bir işi - BMT-dən sonra dünyanın ikinici ən böyük siyasi təşkilatı sayılan, Birləşmiş Millətlərin də 120 dövlətinin üzvü olduğu Qoşulmama Hərəkatının növbəti sessiyasının Bakıda keçirilməsinə, Hərəkatın yeni sədri kimi bu ali məqamdan da ustalıqla istifadə edərək sammitin qəbul etdiyi Yekun Sənədə ilk dəfə olaraq, çox mühüm bəndin salınmasına nail olub. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət ölkəmizin ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur ki, bu da Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Radikal cameənin başbiləni kimi növbəti aksiyanın noyabrın 2-nə yenidən şəhərin mərkəzinə və ya ənənəvi olaraq, “Məhsul” stadionuna salınması barədə qərarını elan edən, Osmanqızı ilə baş-başa verib tamamilə cəfəng, məntiqsiz və reallıqdan uzaq faktorlarla, yalnız özünə məxsus riyakarlıqla bunu əsaslandırmağa çalışan AXCP sədri “camaatının” boynuna minnət qoymaqla bunu guya “xalqın sosial şəbəkələrdə ifadə olunmuş iradəsi”nə bağlamaqla hüquq elmində cahanşümul bir “kəşf” edibmiş kimi xoruz səsi eşitməyən belə gülünc arqumentlərlə özünü haqlı çıxarmağa çalışır. Adama deyərlər, ay başabəla siyasətbaz və hüquqçu, bəhs etdiyin, beyinləri tiryək kimi dumanlandırdığın belə səfsəfəyə insan hüquq və azadlıqları ilə əlaqədar heç nağıllarda da yer yoxdur, zira dünya demokratiyasının inkişaf tarixi vətəndaşların sandıq başına gedərək birbaşa səs vermələrindən, öz iradələrini yalnız bu yolla ifadə etmələrindən savayı bir üsul tanımır. Məşhur bir filmdəki başabəla “alim”in - Gülümsərovun “limçay” icadı kimi Kərimli adlı hoqqabazın “Feysbuk”la bağlı “yeni” kəşfi də yəqin ki, dünya hüquq ədəbiyyatında öz “qiyməti”ni alacaqdır.

Digər tərəfdən, “Youtub”da Osmanqızının dar “pəncərəsi”ndən virtual aləmdəki azsaylı tərəfdarlarına səslənən cəbhəçibaşı noyabrın 2-nə təyin etdikləri potensial qanunsuz aksiyasının guya sosial sifariş olduğunu, guya bununla ölkəmizdə yeni xalq hərəkatının başlandığı barədə növbəti yalanlarını həqiqət kimi ictimaiyyətə sırıyarkən əmin görünməsinə rəğmən özünün söylədiklərinə adamın inamsızlığı, tələskənliyi hər cümləsinin başında hiss olunur. Kərimli sonuncu “seanslar”ın birində onu suflyorluğu ilə bezdirən bu qadına üzünü tutaraq tez-tez dinləyicilərin və seyirçilərin sayı ilə maraqlanır, hansısa hərəkat adlandırıla bilinməsi üçün (məsələn, “Sarıqlılar” hərəkatı) bu sayın ən azı 30-40 min nəfər civarında olmasının vacibliyini, belə olmadığı təqdirdə “moizələrinin” kimsəyə bir faydası dəyməyəcəyini açıq mətnlə bildirir.

Dəlidən doğru xəbər, adam düz deyirmiş... Yeri gəlmişkən, Kərimlinin tale, kədər ortağı Osmanqızına tərəf tez-tez reverans edərək həyəcanlı şəkildə seyirçilərin sayı ilə maraqlanması, qısa zaman kəsiyində izləyici sayının cəbhəçibaşının istəyinə uyğun olaraq, 40-45 min civarına “sürüşdürülməsi”, gözgörəsi açıq “pripiska” olmaqla yanaşı, başabəla sədrin qanunsuz mitinqlərin guya sosial sifariş olmasına dair iddialarının nə qədər yalan və saxta olmasına dəlalət edir. Burada Kərimlinin davranışları məşhur bir filmin eynən onun kimi komik qəhrəmanı - özfəaliyyət dərnəyinin rəhbəri Ağabalanın düşdüyü durum, dərnəyin fəaliyyətini yoxlamağa gəlmiş komissiya üzvlərindən birinin neftçi olduqlarını iddia edən iki rəqqasa verdiyi suala - “Sonuncu dəfə qazdığınız quyunun dərinliyi nə qədərdir?” sualına rəqqasənin “Beş, yox, yox, on beş metr...” adlı cavabı yada düşür.

Oktyabrın 19-da şəhərin mərkəzində qanunçuluğun, ictimai asayişin kobud şəkildə pozulmasının birbaşa təşkilatçısı olan AXCP sədri minlərlə insana yaşatdığı diskomforta görə xalqa bir üzr borcu olduğu halda yenə onu, öz qanuni vəzifə borclarını yerinə yetirərək vətəndaşların təhlükəsizliyini təmin etmiş, əmin-amanlığı qorumuş polis əməkdaşlarını borclu çıxarmağa çalışmışdı. Son aksiyaya cəhd öncəsi asayiş keşikçilərinə ünvanladığı “şanlı” müraciətin yerə düşdüyünü sinirə bilməyən “baş cəbhəçi” özü və Şurayi-Millidəki bəzi tərəfdarları vasitəsilə ötürdükləri yalan və qərəzli məlumatlar sayəsində məlum çevrələrin və hüquq müdafiə təşkilatlarının zorakılığa dair informasiyaların yayılmasına görə dövlət rəhbərliyini, polisi ölkənin imicini düşünməməkdə ittiham edir, buna görə növbəti aksiyalar zamanı əməkdaşları “xalqın fikrinə, beynəlxalq təşkilatların rəyinə uyğun şəkildə hərəkətlərinə düzən verməyə” səsləməkdən utanmır, əksinə, onları sanksiyalarla da hədələyir. Son aksiyaya cəhddə polis əməkdaşlarının öz xidməti borclarını yerinə yetirərək radikalların virtual aləmdə tozanaq qopardıqları “polis zorakılığı”na dair iddialarının qərəzli, böhtan xarakterli olduğuna, vətəndaşlarla qanun çərçivəsində nəzakətli davranmalarına dair Daxili İşlər Nazirliyinin açıqlaması və övladlarına qarşı “virtual şiddətin” dayandırılması barədə polis analarının müraciəti yayıldıqdan sonra da o, utanmadan yenə asayiş keşikçilərini günahlandırır, sonuncuları faktiki özünün və qaragüruhunun qanunsuz hərəkətlərinə göz yummağa, əmrə tabe olmamağa “çağırır”.

Bu istiqamətdə, heç şübhəsiz ki, Kərimlinin verdiyi təlimata uyğun olaraq, polis əməkdaşlarına qarşı maksimal pressinq siyasətinin həyata keçirilməsi, sosial şəbəkələrdə onların ictimai qınağa məruz qoyulması, son aksiyaya cədhlə bağlı yayılmış kadrlarda öz qanuni vəzifələrini yerinə yetirən ayrı-ayrı paqondaşlarımızın fotolarını sonuncuların ad, soyadları və tutduqları vəzifələr, digər şəxsi koordinatlar göstərilib radikal müxalifətçilərə məxsus müxtəlif internet səhifələrində yerləşdirilməklə “linç”ləmə prosesinə çağırışların edilməsi özünü guya dövlət adamı, ziyalı sayan Kərimlinin və qondarma Milli Şuraya toplanmış üzüdönük marginalların ümumilikdə dövlətçilik və qanunçuluq fəlsəfəsi ilə yaxından-uzaqdan hər hansı əlaqələrinin olmadığının əlamətidir.

Kərimli-Osmanqızı tandeminin yuxarıdan aşağıya baxdıqları, az qala lağlağa və ironiya obyektlərinə çevirmək istədikləri, “dünya siyasətinə heç bir təsirlərinin olmadıqları” kimi xarakterizə etdikləri, məsələn, Venesuela, Eritreya, Qvineya, KXDR və digər bəyənmədikləri ölkələrdə belə iqtidarda və ya müxalifətdə kimlərin, hansı siyasi qüvvələrin olmasından asılı olmayaraq, polis istənilən qanunsuz mitinqlərin, piketlərin qarşısını, ölkəmizin timsalında olduğu kimi, eyni qətiyyətlə alır. Və sonra hər hansı müxalifət qüvvəsi və ya təmsilçiləri qeyri-qanuni aksiyaların qarşısının alınmasının, yaxud dağıdılmasının acığını, heyfini bu işi görmüş polis əməkdaşlarının fotoşəkillərini, onlara aid, yayılması qanunla qadağan olunan fərdi məlumatları internet şəbəkələrində paylaşaraq vətəndaşları onlara qarşı hansısa qanunsuz hərəkətlər etməyə çağırmaq qədər absurd və rəzil addımların atılması ilə çıxmırlar və almırlar. Dövlətçiliyə və onun əsas sütunlarından biri kimi polisə qarşı belə iyrənc münasibətin sərgilənməsi, onların “linçlənməsi”nə açıq çağırışların edilməsi, Kərimlinin və sağ-solunun da bu rəzalətin içində olması, bu xoşagəlməz durumu az qala məmnunluqla qarşılamaları və ya seyr etmələri, belə yolverilməz cəhdləri açıq və qəti şəkildə pisləməmələri, hardasa məhdud dünyagörüşlü, cahil bir kütləni buna yönləndirmələri Kərimli və onun dəstəsinin milli və dövlət maraqlarına növbəti xəyanət səhifələrinin artıq son akkordları da ola bilər.

Kərimli-Osmanqızı cütlüyünün bədbəxt, yazıq saydıqları həmin ölkələrin hökumətləri və rəhbərləri AXCP və Şurayi-Millinin biət etdikləri və maliyyələrindən asılı olduqları çevrələrin başçılarına boyun əymədiklərinə, ölkəmiz kimi milli maraqlarını təmin edən müstəqil siyasət apardıqlarına, zəngin təbii sərvətlərindən özlərinin məsləhət bildikləri formada istifadə etdiklərinə, ikitərəfli əlaqələrdə bərabərhüquqlu olmaq istədiklərinə, təhdid, şantaj və diktə siyasətlərinə kəskin etiraz etdiklərinə görə bu gün məlum fürsətcil dairələrin “qara dəftərləri”nə düşüblər. İndi bunlar Kərimli, Osmanqızı və qeyriləri kimi sonuncuların təəbəliklərini, ağalıqlarını qəbul etmədiklərinə görə öz ölkələrində müstəqil, azad və sərbəst şəkildə yaşamalı deyillərmi? Bu insanlar və dövlətlər kasıb, yalavac, yarıac, yarıtox şəraitdə, hansısa ağaların maliyyəsindən asılı olmadan yaşaya bilərlər və yaşayırlar da. Ancaq Kərimli və güruhu bu azadlığın qiymətini və dəyərini hardan bilsin? O, azadlığını da, məsuliyyətini də uzun illər gəldiyi xəyanət yolunda çoxdan qurban verib. Kərimli son “teleseans”lardan birində öz həyatını xalqının azadlığı yolunda guya qurban verəcəyilə öyünürdü. Görünür, adam təəbəliyini, diktələrini qəbul etdiyi məlum xarici dairələrə maddi maraq və vəd olunmuş hakimiyyət müqabilində qeyd etdiyimiz bir para dəyərləri ilə bərabər özünü də “qurban veribmiş”. İtirilmiş hissiyyat və dəyərlər olduğuna görə tez-tez onlardan bəhs edir. Bu sırada son aksiyaya cəhd də daxil onun qorxaq və rəzil durumda, özünün də qeyd etdiyi kimi, bədbəxt bir pozada “Azadlıq!” qışqırmasının da bir rəmzi mənası varmış. Adama deyərlər, hələ get özün maddi və mənəvi asılılıqdan azad ol, sonra başqalarına ağıl verməyə çalış. Yəni, özünə rəva görmədiyini başqalarına da görmə, ey Kərimli!

Hələ utanmadan “mübarizəsi”nin maddiyyat və vəzifə deyil, guya millət davası olduğunu iddia edir. Doğrudan da söylədikləri onu az-çox maraqlandırsaydı, o zaman rəzalət adlandırdığı polisin vəzifə borcunu yerinə yetirməsi deyil, dolayısıyla ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirəcək addımlar atmaması, daha betəri isə, bizdən fərqli olaraq, guya Ermənistanın indiki hakimiyyətinin dünyaya demokratiya mesajı verməsinə dair xəyanətkar və təxribatçı mövqe nümayiş etdirməzdi. Əgər Azərbaycanda özünü siyasi partiyanın sədri sayan, hakimiyyətə iddialı olan birisi Ermənistanın əvvəlkindən daha populist və qorxaq, ölkəmizə qarşı daha sərt və barışmaz mövqe sərgiləyən bir hakimiyyətini guya demokratiyaya bağlılığı yönündə az qala öyürsə və bunu öz soydaşlarına örnək qismində təqdim edirsə, zənnimizcə, əlavə heç bir şərhə yer qalmır. Əslində, Kərimlinin sözlərini qəribçiliyə salmaq lazım da deyil, çünki Paşinyanla onu birləşdirən ümumi cəhətlər çoxdur. Keçdikləri həyat yolu, siyasətdə tapındıqları ümumi “dəyərlər”, maddiyyat və hakimiyyət hərisliyi, kütləyə hesablanmış eyni bəlağət, ritorika, demoqogiya və populizm, liderlərinin arxasından separat sövdələşmələr, eyni vaxtda bir neçə cəbhəyə oynamaq bacarığı və hər dəfə sudan quru çıxmaq çabaları, küçənin təzyiqi altında hakimiyyəti zəbt etmək və s. Siyahını bir qədər də uzatmaq olardı, lakin zənnimizcə, görünən dağa bələdçi lazım deyil. Fərq yalnız eks-dövlət katibinin rəhbərliyində təmsil olunduğu AXC-Müsavat cütlüyünün bir il sonra fiaskoya uğramasında, Paşinyan hakimiyyətinin isə öz ömrünü hələ də sürdürməsindədir. Ancaq Azərbaycan hakimiyyətinin, İlham Əliyev iqtidarının gündən-günə artan təzyiqləri fonunda bu “Soros uşaqları”ndan ibarət erməni hökumətinin çox duruş gətirəcəyi inandırıcı görünmür...

Erməni simpatizianı rolunda çıxış edən Kərimlinin 14 il əvvəl olduğu kimi, müstəqilliyimizə qənim kəsilmiş, ölkəmizin və möhtərəm dövlət başçımızın uğurlarını gözləri götürməyən anti-Azərbaycan qüvvələrinin və onların yerli uzantıları tərəfindən yenə araqarışdıran, keşiş Qapon qismində məhz indi dövriyyəyə buraxılması təsadüfi deyil. Tamamilə aydındır ki, məhz həmin əcnəbi çevrələr və ələkçinin qılverənləri kimi yerli anti-milli ünsürlər Prezident cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkəmizin inkişafından, milli maraqları təmin edən müstəqil xətt yeritməsindən xeyli dərəcədə narazı idilər, müxtəlif təzyiqlərlə ölkə rəhbərliyini yolundan sapdırmağa yönəlmiş çeşidli fəaliyyət növləri boşa çıxdıqca onlar bunu Kərimli və onun dönük çevrəsinin əli ilə etməyə qərar verdilər.

Son vaxtlar xaraktercə qorxaq və prinsipsizin təki olan Kərimlinin iqtidarla ultimativ tonda danışması, Qoşulmama Hərəkatının Bakıdakı növbəti zirvə görüşünün pozulmasına yönəlmiş açıq-aşkar təxribatçı əməllərin, şəhərin mərkəzi hissəsində keçirilməsi praktik cəhətdən mümkünsüz olan mitinq oyunlarının mərkəzində dayanmasının arxasında onun məhz polis-vətəndaş qarşıdurması yaratmağa çalışılmaqla bu barədə saxta hesabatlar və audio, video və fotomateriallar sayəsində dünya və Avropa birliklərini ölkəmizə qarşı qaldırmaq, polis zorakılığına, insan hüquqlarının pozulmasına dair həmin qurumların bəyanatlarını yaymaqla iqtidara təzyiq rıçaqları əldə etmək niyyəti dururdu. Əgər BMT Baş Assambleyası Prezidentinin iştirakını da nəzərə alsaq belə destruktiv əməllər Bakıda adıçəkilən assambleyanın faktiki mini iclasının təşkilinin qarşısını almaq və ya həmin toplantının beynəlxalq aləm üçün əhəmiyyətini azaltmağa yönəlmişdi.

Dövlətçilikdən, mənəviyyatdan və demokratiyadan dəm vuran Kərimlinin öz vəzifə borclarını qətiyyətlə və ləyaqətlə yerinə yetirmiş bəzi dövlət və polis məmurlarını növbəti qanunsuz aksiyalar öncəsi öz hərəkətlərini korrektə etmələrinə dair xəbərdarlığı, onunla maraqlı xarici orqanlar arasında vasitəçilik etməsi şübhə doğurmayan Osmanqızının Qoşulmama Hərəkatının Bakı sammiti haqqında yersiz, həqiqətdən uzaq fikirləri, məlum zirvə görüşünün bəzi iştirakçlarına münasibətdə irqçi davranışları, onları aşağılamaq cəhdləri, azərbaycanlı polis və bəzi dövlət məmurlarını sanksiyalarla hədələmək və digər qəribə, əndirəbadi hərəkətləri adları çəkilən xəyanət şəbəkəsinin xaricdən idarə olunmasına və maliyyələşdirilməsinə şübhə yeri qoymayan məntiqi nəticələrdir. Bu hələ bizim Kərimli və onun güruhu haqqında eşitdiklərimizdən, gördüklərimizdən və bildiklərimizdən doğan subyektiv yanaşma, məntiqi dəyərləndirmədən irəli gələn nəticələrdir. Ölkə rəhbərliyinin, hüquq-mühafizə orqanlarının sərəncamında qeyd etdiklərimizi, yəni Kərimli və onun dönük sağ-solunun xəyanət dosyelərini təsdiqləyəcək o qədər faktlar var ki...

Bir halda ki, yazıya Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü barədə qeydlərdən başladıq, o zaman məlum mövzu ətrafında radikalların olduqca primitiv, ziyanlı və aşağılayıcı fikirlərini saf-çürük edərək cəmiyyətin ziyalı, düşünən təbəqəsinin ümumi mövqeyini ifadə edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun haqlı olaraq qoyduğu bir sualın cavabı ətrafında ciddi düşüşnməliyik. Doğrudan da, biz bu primitiv və ziyanlı təfəkkürlə hərəkət edən müxalifətlə hara gedirik? Cəmiyyət daxilində səsini ucaltmağa, siyasi hakimiyyətə iddia etməyə çalışan bu anti-milli qrupların özbaşınalığına nə vaxtacan dözməliyik?

Mənə elə gəlir ki, dəyərli ziyalımız tərəfindən səsləndirilən bu ritorik sualın cavabı yaxın perspektiv üçün müxalifətin özünü necə aparmasından, cəmiyyətdə radikal əhvali-ruhiyyə, qarşıdurma yaratmaq xəttindən vaz keçib-keçməməsindən birbaşa asılı olacaqdır.

635x100

Şərhlər

Bashirov Qarib 2019-10-30 16:19:27

Gözəl yazıdır.Muəllifi polis işçisi olmasaydı deyərdim ki, Ə.Kərimliyə yaxşı opponentlik edib.Polisin siyasi məsələlərə qarışması duzgun deyil, məncə.Cənab polkovnik siyasi opponentinin qanunpozma hallarını təhli edib, huquqi qiymət versəydi daha tutarlı yazı olardı.

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price