NANƏCİBLİYİN ÖLÜMSÜZLÜYÜ...

Etibar Əliyev,

Fəlsəfə üzrə fəlsəfə doktoru

Bakı şəhərinin mərkəzində cazibədar görünüşü ilə hamının diqqətini cəlb edən bir bina ucalır. Bu bina dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir.

Tarixən bu muzey Azərbaycan xalqının ədəbi irsinin təbliğatçısı olub. Zaman-zaman dünyada mövcud olan muzeylərin reytinqi müəyyənləşdirilir. Burada əsas göstərici kimi muzeyi seyr edən insanların sayı götürülür. Bizdə isə vəziyyət bir az başqa cürdür. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi sanki muzeyin direktoru Rafael Hüseynovun ofisidir. Dediyim wikipedia.org saytında öz əksini tapıb. Muzeyin tarixi haqqında bəsit məlumatların içərisində direktor kimi yalnız Rafael Hüseynovun adı çəkilir. Bir an fikrə gedirsən. Bu muzeyin bəlkə əvvəllər direktorları olmayıb? Bundan əvvəl muzeyə kimlər rəhbərlik edib? Şəxsən mənim üçün maraqlı olan bu sualın cavabını muzeyin saytından da tapa bilmədim...

Bu gün Muzeyin nəzdində Elmi Şura da var imiş. Ədəbiyyat İnstitutu, Folklor İnstitutu, Universitetlərin nəzdində Elmi Şuralar Ədəbiyyat üzrə kifayət qədər müdafiələr təşkil edir. Belə şəxsi xarakter daşıyan Elmi Şuraya nə ehtiyac var? Bəlkə də bunun qapalı olması təsadüfi deyil. Bu barədə vaxtı gələndə söhbət açacağıq...

Diqqət edin: Əvvəl muzeyin girişinə vurulmuş lövhədə görün nələr yazılmışdı:

“Ekzpozisiya açıqdır: 11:00-17-00"

İstirahət günü: bazar günü

Muzeyə baxış: qrup halında, irəlicədən sifarişlə

Qeydə alınma: (012) 492-10-69

İndi siz təsəvvür edin: rayondan gəlmiş bir nəfər muzeyə baxmaq istəyir. O bir nəfərin boş vaxtı nə zaman ola bilər? Təbii ki, bazar günü... Deməli, bu adamın üzünə muzey bağlıdır. Əslində bu məntiqlə muzey bütün Azərbaycanın üzünə bağlıdır. Muzeyə girişdə kollektiv, qrup anlayışına gəldikdə, mən dünyanın heç bir muzeyində “Giriş qrup şəklində mümkündür” rejiminə rast gəlmədim. Təsəvvür edin, bu nə qədər insanın millətin ədəbiyyatına və tarixinə həvəsini öldürür. Əslində bu fərdə qarşı diskriminasiyadır. Şəxsiyyətin formalaşmasına yönəlik barbarsayağı addımdır.

Muzeyin nəzdində 1953-cü ildə “Akademiya Kitab Mərkəzi” yaradılıb. Rafael Hüseynov bura direktor təyin olunanda muzeyin əsas strukturu olan bu mağazanı bağlamaq istəyirdi. Mütərəqqi insanların və AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun müdaxiləsindən sonra bunun qarşısı alındı. O zamandan mən bu adamı kitabın düşməni sayıram. Yazdığı kitabda Heydər Əliyevə qarşı tarixi saxtakarlıq etmiş birisinin kitaba münasibəti necə olmalı idi?

Sual edə bilərsiniz, mən nə demək istəyirəm?

Yeni nəslin düşüncəsində, dünyagörüşündə Hüseyn Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Və məhz onun sayəsində 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsi ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisədir. Ümumiyyətlə keçmiş SSRİ-də bu hərəkətin analoqu yoxdur.

Amma hakimiyyətdə olanlar bu günə qədər Rafael müəllimə bir sualı hələ də verməyiblər. Hansı səbəbdən o, “Vaxtdan uca” kitabında Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsində Heydər Əliyevin xidmətlərini danıb və tarixi saxtalaşdırıb. Cavab çox sadədir. Eyni zamanda düşündürücü və acınacaqlıdır. Bambılı bir hərəkətdən xəbər verir. Cavab budur: O zaman Vəzirov Azərbaycanda at oynadırdı və Rafael kimilər bu atın üzəngisindən, yüyənindən, quyruğundan yapışmağı da özlərinə şərəf bilirdilər.

Adam görün tarixi necə saxtalaşdırıb. Həmin kitabın 346-cı səhifəsində yazır: “Oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi qərar qəbul etdi. Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid Rəsizadənin məzarı tapılıb vətənə gətirilsin.” Demək Cavidin nəşi Muxtar Respublikanının qəbul etdiyi qərar sayəsində gətirilib!? Bir yerdə də Heydər Əliyevin adını çəkməyib.

R.Hüseynov sonra yazır: “Bu yazını vicdanla, namusla, əyintisiz, güzəştsiz, olmuşları malalamadan başa çatdırmağı özümə borc hesab etsəm də, onu yazdığım üçün də bir peşmançılıq heç vaxt məni tərk etməyəcək, həmişə özümü günahkar sayacağam. Çünki bu yazının ilk oxucusu Turan xanım olub. Çünku artıq 3 ildir bu yazıyla bağlı Turan xanımla söhbətlər edirik, sənədləri qaldırırıq, fotolara baxırıq, maqnitafon lentlərini dinləyirik...”

Bununla bağlı bir-iki sualımız olacaq.

Birincisi, Turan xanımdan alınan sənədlər ona qaytarıldımı, qaytarıldısa indi onlar Cavid muzeyindədirmi?

Bəlkə elə buna görə Hüseyn Cavidlə bağlı keçirilən tədbirdə Turan Cavid “Rafael Hüseynov iştirak edəcəksə, mən gəlməyəcəm” deyib. Turan xanım ömrünün sonuna yaxın Rafael Hüseynovun hansı nanəcibliyinə görə qəbul etməyib?

Və nəhayət, Rafael Hüseynov Vəzirov atını (əslində yabı idi) sürüb gedəndən sonra həmin kitabın o biri nəşrində öz səhvini düzəltdimi? Əgər düzəldibsə, o zaman Heydər Əliyevin adını saxtalaşdırdığı nəşri özünəməxsus tərzdə hər yerdən yığışdırdımı? Yığışdıra bilməyibsə, ən azı məndə biri var və onu ona verə bilərəm...

Bütün bunların bir adı var: nanəcibliyin ölümsüzlüyü...

Şərhlər

AAgahuseyn 2019-11-05 16:20:40

Ay rəhmətliyin oqlu indi kim yaltaqlıq etmir ki,H ƏLİYEVƏ MM-də danışmaqa imkan verməyənlər onun kitablarını-şəkillərini tullayanlar indi o YALTAQLIQIN hesabına KAFTAR yaşlarında AT-YABİ oynatmırlar bəyəm.İMKAN vermirlər İSLAHAT aparılsın.

Ali 2019-11-05 16:20:40

Sağ olun Etibar bəy! BNəs Nizami müzeyimnin rekonsruksiyası üçün ayrılan, materialların talan olunmasından, yük karvanın tikinti =təmir materioallarının R. Hüseynova məxsus tikintilərə, xüusən də Kürdəmirdəki tikintilərə daşınmasından kim ətraflı yazacaq? Bəlkə bunun üçün Rəfayıln ciddi-cəhdə bağlamaq istədiyi Kitab mərkəzinin əməkdaşlarına müraciət edəsiniz, hansı ki, bu maxinasiyalardan detallı şəkildə xəbərdardılar?

Qabil 2019-11-05 16:20:40

Etibar bəy yenə də aktual, obyektiv yazısı ilə yüksəklərdə dayanmaqda davam edir. Bu qəbildən olan, akademik zirvəsini əldə etmiş bir neçə şəxs barəsində Ümummilli liderimiz Heydər Əliyevin yanıqlı söhbətlərinin canlı şahidiyəm. Hazırın naziri olan bu şəxslər əfsusla olsun, indi ağıl verir, at oynadırlar.

Son yazılar