Xaraba kənd

Əbil Həsənov

HEKAYƏ

Artıq yaz gəlmışdi. Günəş öz istisi ilə torpağı isitdikcə, onun da bədəni qızırdı. Gözlərini açıb yuvasından çıxdı. Ətrafına baxdı. Günəşin şüaları onun gözlərini qamaşdırdı. O, yenə yaşayıyırdı...

Belə yaşamaqdan bezmişdi. Qocalmışdı. Gözlərinin işığı azalmışdı. Nə dişi qalmışdı, nədə zəhəri.

Ölmək istəyirdi, amma günəşin istisi onu yenə həyata qaytarırdı...

Aclıq onu taqətdən salmışdı. Dikəlib ətrafına baxdı. Yaxınlıqda qoyun sürüsü gördü. Sürünə-sürünə sürüyə tərəf gəldi. Çobana yaxınlaşdı. Onu görüb tanıdı. Çobanı da sancmışdı. Fısıldayaraq dilini çıxarıb çobana yalvarmağa başladı:

- Bir daha sizi incitməyəcəyəm. Sənə yalvarıram, ya mənə bir tikə çörək ver, ya da öldür. Canımı bu əzabdan qurtar - dedi.

Çoban isə - Mənim sənə verəsi çörəyim yoxdu. Sən ilansan ilan. Qabığını dəyişirsən, xasiyyətini yox. O boyda kəndi xarabaya döndərdin, indi məndən yemək istəyirsən? Get qanını mənim üstümə tökmə - deyərək onun quyruğundan tutub kəndə tərəf tulladı.

O, gözlərini açanda özünü xaraba bir evin qarşısında gördü. Evin sahibini sancaraq necə oldürdüyünü gözləri önünə gətirdi:

- Məni öldürüb balalarımı yetim qoyma.

- Kəs səsini. Sən nə bilirsən ki, mənim balalarım sənin balalarını sağ qoyacaq - deyərək dilindən sancıb onu öldürmüşdü.

Kənddə heç kim qalmamışdı. O, balaları ilə kəndin sakinlərini kənddən didərgin salıb, kəndi xarabaya çevirmişdilər. Açlıq və susuzluq onu haldan salmışdı. Nə yeməyə bir şey, nədə içməyə su tapdı.

- Gedim durum yolun üstündə, bəlkə kimsə məmi görüb öldürə - deyərək yola tərəf süründü.

Bu yol ilə nə gedən vardı, nə gələn. Xaraba kəndə kim gələcəkdi ki?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar