MUĞAM MÜSABİQƏSİ, YOXSA MÜNSİF ŞOUSU?

Ələmdar Məmmədov, hüquqşünas

(Yaxşı olmaq asandır, adil olmaq çətin! V.Hüqo)

Artıq 20 ilə yaxındır ki, mədəni həyatımızda möhtəşəm hadisə baş verir: Xalqımız qədər məhrumiyyətlərə məruz qalan muğamımızı dirçəldən və gümrahlaşdıran müsabiqələr keçirilir. 44 günlük Zəfər savaşından sonra baş tutan builki 8-ci muğam müsabiqəsi bir çox cəhətdən əlamətdardır. Final mərhələsinin bir neçə il öncə xəyal kimi görünən Şuşada keçirilməsi, ilk dəfə çoxlu sayda azyaşlının müsabiqəyə qatılması, şəhid ailələrinin və qazilərimizin dəvət olunması çox müsbət haldır.

Hamının sevinclə qarşıladığı bu müsabiqədə üzücü bir məqam da var. Bu da müsabiqədə bəzi münsiflərin laqeydliyi, qeyri-obyektivliyi, bilərəkdən və ya bilməməzlikdən qıcıq yaradan hərəkətləridir (Konkret səhvləri, keçid qaydalarını və.s. göstərmək əvəzinə “qiymətini kəsmək istəmirəm”, “bu dəfə güzəşt edirəm”, “cəsarətinə görə bal verirəm” kimi açıq-aşkar qərəzli görünən digər hərəkətlər.) Bir neçə misal gətirmək istəyirəm.

2-ci turda qeyri adi hadisə baş verdi... Məlumdur ki, el arasında “Yetim segah” kimi tanınan xaric segahın ən mahir və təkrarolunmaz ifaçısı İslam Abdullayev (Segah İslam) olub. Onun Qumrunun çətin yadda qalan, məxsusi nəfəs və səs diapozonu tələb edən “Keçər qürbətdə ömrüm ah ilə, bir həmzamanım yox” sözləri ilə başlayan segahını 110 ildir ki, heç kim təkrar etməmişdi. Doğrudur, Cabbar Qaryağdıoğlu, Şəkili Ələskər “Yetim segah” ifa ediblər, lakin tez yadda qalan, asan tələffüz edilən qəzəllərlə oxuyublar. Deyirlər Cabbar Qaryağdıoğlu hansı məclisdə İslamı görərmiş, ondan “Yetim segah”ı ifa etməyi xahiş edərmiş. Sonrakı illərdə Xan Şuşinski, Yaqub Məmmədov, Arif Babayev , Alim Qasımov kimi korifeylər “Yetim segah” oxusalar da, Qumrunun qəzəli ilə ifa etməyiblər. Və birdən bu müsabiqədə İslamın segahını səsləndirən Daşqın Kürçaylı tamaşıçıları bir əsr əvvələ aparır, sanki İslamın, Cabbarın avazını, səsini eşidirik. Əslində gənc müğənni qədim muğamla müasir muğamın sintezini yaratmışdı. Zalda oturanlar alqışlarını əsirgəmədilər. İfa sona çatdıqdan sonra söz münsiflərə verildi. Hamı münsiflərin eyni anda yüksək bal verəcəyini gözlədiyi halda, qəribə yanaşma oldu. Biri gözlərini yummasını irad tutdu, digəri “cəsarətinə görə” 9 bal verdi, digər Xalq artisti isə bu qəzəli Alim Qasımovun ifasında eşitdiyini bildirdi (Alim Qasımov çox segah ifa edib, lakin Qumrunun qəzəli ilə yox.). 

Başqa bir xalq artistimiz özün kimi oxu dedi (İslamı, Cabbarı, Xanı, Yaqubu, Arifi, Alimi, Zeynəb xanımı, Səkinə xanımı yamsılamaq özü də bir hünər deyilmi?). Bir Xalq artistimiz də daha irəli gedərək “zildə sözlərini başa düşmək olmur” deyə, 8 bal verdi. Yalnız axırıncı danışan Fərqanə Qasımova bu segahın İslam Abdullayevə aid olduğunu bildirdi. Beləliklə, Daşqın Kürçaylı cəmi 79 bal topladı. Adamda belə təsəvvür yaranır ki, xalq artistləri, professor, dosent vəzifəsi daşıyan münsiflər sanki ən məşhur və uzunömürlü segahımıza qulaq asmayıblar.

Sənətinə və şəxsiyyətinə hörmət etdiyim Xalq artisti Mələkxanım münsif kimi bir sıra ziddiyətli qərarlar səsləndirir. Məsələn, Aydan Süleymanzadə Qarabağ şikəstəsini zəif oxudu. İlk sözü deyən Mələkxanım ““Qarabağ” adına görə sənə 9 bal verirəm”, dedi. Digər münsiflər isə aşağı bal verdilər və Aydan cəmi 61 bal toplayaraq müsabiqəni tərk etməli oldu. Əmrah Məmmədova digər münsiflər 8 bal verdi. İlk fikir bildirməli olan Mələkxanım heç bir şərh vermədən 7 bal göstərdi. 4-cü turda Mələkxanım iki uşağa izahatsız və şərhsiz 7 bal verdi.

5-ci turda adlı-sanlı xanəndələrin belə ifa edə bilmədiyi “Ovşari” muğamını məharətlə oxuyan azyaşlı Sabir Ağayevə bütün münsiflər 10 bal verdilər. Yuxarıda qeyd edildiyi kimi, adətən şərhsiz qiymətlər verən Mələkxanım balaca ifaçını “xeyli danladıqdan” sonra 9 bal göstərdi (Bu məsələ ilə əlaqədar görkəmli yazıçımız Seyran Səxavət “Moderator.az” saytında öz iradını bildirib.).

Digər münsiflərimiz də qüsurlu qərarlar verirlər. Daşqın Kürçaylı 12 dəqiqə möhtəşəm “Simayi şəms” ifa etdi. İrad tutdular ki, Yavər Kələntərlini yamsılayırsan (Rəvanə Əmiraslanova bu gün də oxuyanda ustadı hörmətli Səkinə xanımı xatırladır.).

3-cü turda Vüsal Qasımov “Mənsuriyyə”ni ortabab oxudu. Xüsusilə əvvəlində səs pərdəyə oturmurdu. Münsiflər bir nəfər kimi “cəsarətinə görə” həmin məqamda ən yüksək olan 9 bal verdilər. 6-cı turda Səbinə Abbasova “Şikəsteyi fars” oxudu. Muğamı zəif oxusa da, sözləri aydın və düzgün çatdıran gənc müğənniyə hörmətli İlqar Fəhminin digər həmkarları kimi 8 bal göstərməsi təəccüb doğurur. Adlarını çəkmək istəmədiyim iki Xalq artisti danışanda adamda belə təsəvvür yaranır ki, sanki onlar Azərbaycan dilini bilmirlər. Münsiflər səhvləri qeyd edərkən necə oxumağı göstərsələr, daha yaxşı olar (İki dəfə Fərqanə Qasımova cəhd etdi, lakin görünür ona belə iş görməməyi tövsiyə etdilər.).

Tamaşacı zövü alqışlarda ifadə olunur. Bunu nəzərə almaq lazımdır. Fikrimizcə, münsiflərin seçilməsində aşkarlıq olmalıdır. İlk müsabiqədə iştirak etmiş Arif Babayev, Səkinə İsmayılova və Mənsum İbrahimovdan başqa bütün münsiflər rotasiya olunmalıdır. Bəzi münsiflərin hərəkətlərinin nəticəsidir ki, 2-ci turdan başlayaraq 1-ci mükafatın 2 nəfərə, 2-ci mükafatın 2 nəfərə, 3-cü mükafatın 3 nəfərə və kimlərə veriləcəyi barədə kuluarlarda söz-söhbət gəzir. Hətta müsabiqəni tərk edəcək iştirakçının hansı qrupdan olacağı da əvvəlcədən hiss olunur.

Böyük sənətkar olmaq, yaxşı münsif olmaq deyil. Müsabiqənin əsl bayram olmasını istəyirsinizsə, ədalətli, dürüst və tərəfsiz olun, cənab münsiflər! Mən öz fikirlərimi peyğəmbərimizin (s.ə.s.) bir hədisi ilə bitirmək istəyirəm: ”Hakimlər (münsiflər) üç qisimdir: ikisi cəhənnəmdədir, biri cənnətdə. Keyfi istədiyi kimi hökm verən cəhənnəmdədir, həqiqəti bilmədən hökm verən də cəhənnəmdədir. Həqiqəti öyrənib bilən və buna uyğun olaraq hökm verən isə cənnətdədir”.

635x100

Şərhlər

Hacı 2022-09-20 11:19:30

Yazının təfərrüatına varmaq fikrində deyiləm, amma bir iddianı irəli sürmədən əvvəl əmin olmaqda fayda var. Alim Qasımov Qumrinin bu qəzəlini Yetim Segah üstündə oxuyub və həminlent yazısı şəxsən məndə var. İndi xaricdə işlədiyim üçün onu internet məkanına ata bilmirəm, amma söz, məzuniyyətdə məxsusi bununla məşğul olacağam. Köşə isə, tam bir hüquq-mühafizə sistemindən çıxma adamın yanaşmasıdır, məncə. İttihamlardan başqa bir şey görünmür....

Lətif vəliyev 2022-07-20 22:05:30

İnanınki münsiflər danışanda kanalı dəyişirəm əsasəndə qadınlar..sanki psixoloji problemləri var bunlar toydan gəlib professor olublar

Vidadi M. 2022-07-07 14:18:29

Ələmdar müəllimlə tam razıyam. Gənclərə qayğı və diqqətlə yanaşmaq, hər kəsə qabiliyyətinə, istedadına və bacarığına görə qiymət vermək lazımdır. Süni, ədalətsiz yanaşmalar gənc istedadlarımıza, onların hələ yeni başlayan yaradıcılıq yolunda daş-kəsək kimidir.

Rahib 2022-07-06 16:10:37

Dedikleriniz doqrudur amma munsivler yenede oz iwlerindedir.

lala metin 2022-07-02 19:16:20

Demək istədiklərimi Seyid Ənhu dedi onunla tam razıyam

Şükür Məmmədli 2022-07-02 16:33:09

Dəvədən soruşdular, boynun niyə əyridi? Güldü- haram düzdü ki? Məişət şüuru yetişdirir, müəyyən edir. Hər işin əyri olduğu yerdə münsif düz ola bilməz.

Nureddin 2022-07-02 15:17:58

munsiflerin bashi uzerindeki o shekillerin ne mena dashidiqini basha dushe bilmedim))))))))))

Telman 2022-07-01 18:03:28

Hormetli Elemdar muellim vaxtlnda yazllmls ,yaxsl arasdlrmls, movzudur sizinle tam razlyam.Catlsmazllqlar bütün musabidelerde olmuş ,zaman -zaman bu barede köşeler yazlmls ,fikirler bildlrilmisdir,hormetli munsifler unutmasınlar ki,onlar gençlere quymet verdikleri kimi dinleyicilerde onlara qiymet verir ,deyerlendirir bunu onlar ynutmamalldlrlar

Tevekkül 2022-06-29 20:24:13

Əıamdar mellimin fikri ilə tam razıyam. Hörmətli münsiflər heyəti biz sizləri çox sevirik. Xahiş edirəm ədalətli olun. Oxuyanlara düzgün rəy verin

Nazim 2022-06-23 18:04:49

Ələmdar müəllim təşəkkür edirik, ətraflı təhlil və tövsiyələr üçün, amma xahiş edərdik yazının əvvəlində qeyd etdiyiniz qəzəlin müəllifin düz yazasız, "Qumru" deyil, Mirzə Məhəmməd Tagi Qumri !

SƏMƏD 2022-06-23 13:39:09

Vallah bu münsiflərin ədası müsabiqəni maraqsız edir.Heç bir nümunə göstərmədən qiymət verirlər.Belə olmaz.

Roma 2022-06-23 12:25:51

Ələmdar müəllimin şərhi ilə tam razıyam... Deməli bu ilki münsif heyətinin... "qiymətini kəsmək istəmirəm”, “bu dəfə güzəşt edirəm”, “cəsarətinə görə bal verirəm” ... və s. kimi, hansısa bir təhlil etmədən, başdansovdu cavabları və ya özlərinin münsifliyə layiq olmamalarından irəli gəlir. Keçən yarışmalarda rəhmətlik Əlibaba Məmmədovun münsüflüyünü bəyənirdim...

İsmayıl Səlimov 2022-06-20 17:07:25

Hörmətli Ələmdar m. Toxunduğunuz məsələ bu günki Azərbaycan reallığıdır.İstər futbolumuzda,istər vəzifə bölgülərində olan,regionçuluq,tayfabazlıq kimi hallar öz təzahürünü göstərir .Mövzunu hamı hərgün görür ,təssüf ki seyrci olmağa üstünlük verir.Ancaq nə yaxşı ki,xalqın savadlı ,milli dəyərlərə söykənən sizlər kimi insanları var.Xalqın gözü tərəzidir və mən şadam ki,sizlər bu sahədə xalqın öndə gendənlərindəsiz.

İsmayıl Səlimov 2022-06-20 17:03:48

Hörmətli Ələmdar m. Toxunduğunuz məsələ bu günki Azərbaycan reallığıdır.İstər futbolumuzda,istər vəzifə bölgülərində olan,regionçuluq,tayfabazlıq kimi hallar öz təzahürünü göstərir .Mövzunu hamı hərgün görür ,təssüf ki seyrci olmağa üstünlük verir.Ancaq nə yaxşı ki,xalqın savadlı ,milli dəyərlərə söykənən sizlər kimi insanları var.Xalqın gözü tərəzidir və mən şadam ki,sizlər bu sahədə xalqın öndə gendənlərindəsiz.

Şəms Azəri 2022-06-20 12:41:40

Publisistik yazıları ilə diqqət çəkən hüquqşünas Ələmdar müəllimin muğam müsabiqəsilə bağlı yazısında qeyd etdiyi iradları qəbul edirəm. Digər şərhlərdə də ciddi ,həqiqi iradlar var və təəssüf doğurur.Münsif xalq artistləri sırasında qruplaşma var.Arif Babayev hansı addımı atacaqsa Mənsum da, digərləri də eyni davranacaqlar.Xalq artistləri sırasında yeni söz,qəzəl öyrənmək meyilləri yoxdur."Çahargah" muğamını ifa edə bilməyənlər" Mənsuriyyə"ni oxuyana nə deyəcəklər,nə irad tutacaqlar? Məhz bu qruplaşma (mütəşəkkil dəstə)zamanında xalq artisti klassik söz ustalarının qəzəllərini ifa edən,uzun illər muğam kafedrasının müdiri Canəli Əkbərovu münsifə buraxmadılar.Çərlətdilər onu. Muğam ustaları və yaxud muğamı bilənlər təkcə bu qpupdan ibarət deyil ki! Yenilənməlidir.Bu da korrupsiyanın başqa cür təzahürüdür.Yoxlanılsa çox şeylər üzə çıxar. Həqiqəti yazdığına görə təşəkkürıər! Peyğəmbərimiz buyurub:Həqiqəti yazan qələmin mürəkkəbi qiyqmət günündə şəhidlərin qanına bərabət tutular.

Roma 2022-06-19 19:52:49

Ələmdar müəllimə minnətdarlıq...çox düzgün və obyektiv qeydlər, xüsusən..."Bəzi münsiflərin hərəkətlərinin nəticəsidir ki, 2-ci turdan başlayaraq 1-ci mükafatın 2 nəfərə, 2-ci mükafatın 2 nəfərə, 3-cü mükafatın 3 nəfərə və kimlərə veriləcəyi barədə kuluarlarda söz-söhbət gəzir. Hətta müsabiqəni tərk edəcək iştirakçının hansı qrupdan olacağı da əvvəlcədən hiss olunur..." Tamamilə razıyam və bu münsüflərə görə yarışa baxmaq istəmirəm..."""Hamının sevinclə qarşıladığı bu müsabiqədə üzücü bir məqam da var. Bu da müsabiqədə bəzi münsiflərin laqeydliyi, qeyri-obyektivliyi, bilərəkdən və ya bilməməzlikdən qıcıq yaradan hərəkətləridir (Konkret səhvləri, keçid qaydalarını və.s. göstərmək əvəzinə “qiymətini kəsmək istəmirəm”, “bu dəfə güzəşt edirəm”, “cəsarətinə görə bal verirəm” kimi açıq-aşkar qərəzli görünən digər hərəkətlər.)"""...çox düzgün iradlardır və məncə bu münsüflərin özlərinin müsabiqəyə tam ciddi yanaşmamasından irəli gəlir...

Rasim 2022-06-18 14:10:59

Hörmətli Ələmdar müəllim mən sizinlə tam razıyam. Əsas məsələ kim kimin tələbəsi olmasıdır. Tanınmış muğam ustası olmaq hələ obyektiv arbitr olmaq deyil.

AMIN 2022-06-18 12:26:13

Çox pis haldır ki,zil zəgulələrə həmişə irad tutulur.Tamaşaçı alqışı sənətin meyarıdır.

dadaşyev 2022-06-18 01:12:55

Mən hazırda Azərbaycan müğənnilərindən yalnız ikisini davamlı dinləyirəm.Röya Ayxanı və Eyyub Yaqubovu.Vəssalam.Qalanlarını belə də.Hərdən.Nə yaxşı ki Röya xanımla Eyyub varıymış.Yoxsa dinləyəcək heç nə yoxdu bizlərdə.Gedib ayıb-ayıb Üzeyirfasonları dinləyəmərəm ki.

Oxucu. 2022-06-17 19:43:31

Umumiyətlə muğamda əməli başlı quruplaşma yaradıblar,əvvələr bu quruplaşmaya Arif Babayev rəhbərlik edirdi,yəqin indi kiməsə vəzifəsini ötürüb.

Rahib 2022-06-17 18:36:47

Bir cox insanlar munsivlerin uzunden musabiqeye baxmirlar....

Nər. 2022-06-17 16:20:15

Düppədüz

Seyid ƏNHU 2022-06-17 15:58:44

Yenə də həmin münsiflər, yenə də həmin simalar. qoca mənsimlər, üzüyola ariflər, xaric səsli səkinələr. Ömrümüz bu simalara tamaşa etməklə keçdi. Festivallarda bunlar, qastrollarda bunlar, tədbirlərdə-konsertlərdə bunlar, münsiflərdə bunlar. Filarmonuyada bunlar, Konservatoiriyada bunlar. Hara gedirsən bunlar. Kimiun qapsını açırsansa bunları artıq həmin kəsin yanında yer tuitmuş görürsən.Nə uçana macal verdilər, nə qaçana. Deyirəm insan heç yorulmazmış, özündən bezməzmiş. Heç başqasına haqq tanımazmış. Bircə dəfə də bir başqasına aman verin, ay xalq artistləri. Bircə dəfə də deyin ki, yox daha qoicalmışam. Məm Məcnun oynaya bilmərəm. Bircə dəfə də olsa deyin ki, mən daha münsif olmaq istəmirəm, o qədər enerjili xalqın sevgi və hörmətini qazanmış xanəndələr var ki, gedin onlara təklif edin. Belə daha yaxşı olmazmı? Nəinki bu yaşda özünü bir günahdan çıxarıb digərinə batırmaq. Allah bilir neçə yedən maaş alırsınız. Neçə yerdən mükafat, neçə yerdən təqaüd, neçəı yerdən qonorar alırsınız. Yenə də doyub-dolanmırsınız.77 yerdə işləməklə 77 insanın çörəyini əlindən almış olursunuz. Bəs bir iş yeri tapa bilməyən, yiyə ucbatıdan sənətini atan talesiz gənclər neyləsin, ay monopolislər....

Camaat 2022-06-17 15:02:36

Sizinlə tam razıyıq. 1-cisi muğamla əlaqəsi olmayanların orada nə işi var. 2-cisi onların arxa tərəfindəki o görüntülər nə deməkdir.Bu hansı ağlın məhsulidur.Niyə o boyda müsabiqəni keçirənlər buna irad bildirmirlər?

Türk Turan 2022-06-17 15:01:25

Hörmətli Ələmdar Məmmədova təşəkkür edirik, minnətdarıq. Ədalət mülkün təməlidir. Hər bir insan bu dünyada çox qısa bir müddət yaşayır. Xüsusilə məmurlar Allâhu Tealanın ədalətindən qorxmalıdırlar. O Allah ədalətsiz hökm verənləri ya bu dünyada, ya da qəbirdə, axirətdə dəhşətli əzabla cəzalandıracaq. Bundan heç kimin şübhəsi olmasın. Allah məmurlarımızı islah eləsin.

Babek 2022-06-17 14:41:50

Hörmətli yazar, münsifləri tənqid etməyiniz dogrudur. Haqlısınız. Ama sondakı qeydiniz tam səmimi görsənmədi. Müsabiqə başlayandan bugünə kimi xalq artisti Arif Babayevin 1 şərhinin şahidi olmamışıq. və Təyyar Bayramovun tələbəsi olan oxuyanlara haqsız yüksək qiymət verir.

Son yazılar