DÜNYANIN "GÖRƏ BİLMƏDİYİ" AZƏRBAYCAN MİLYARDERLƏRİ - "İkili standart"- Tam olmayan siyahı 

“Dünya milyarderlərinin siyahıalması” hesabatını İsveçrənin UBS maliyyə şirkəti və Sinqapurun araşdırma mərkəzi Wealth –X birlikdə hazırlayıb. Yeni hesabata görə, Ermənistanda 1 milyarder var. Ondan qat-qat varlı Azərbaycanda isə milyarder yoxdur.

Hesabata görə, 2008-ci ildə dünyada maliyyə böhranı olandan bəri milyarderlərin sayı nəinki azalmayıb, əksinə artıb. Onların var-dövləti isə orta hesabla 2 dəfə artıb.

Hazırda dünyada 2170 milyarder var. Onların sərvəti birlikdə 6 trilyon 500 milyard dollardır.

Bu, ABŞ və Çin istisna olmaqla, istənilən ölkənin ÜDM-dən çoxdur. Bu pulla ABŞ-ın büdcə kəsirini 2024-cü ilə kimi maliyyələşdirmək olar.

Son 5 ildə dünyada milyarderlərin sayı 60 faiz artıb.

Milyarderlərin sayı ən sürətlə Asiyada artır. 2020-ci ilə milyarderlərin sayı dünyada 3900-ə çatacaq. Dünyanın hər regionunda milyarder var.

ORTA STATİSTİK MİLYARDER KİMDİR?

İndiki milyarderlərin orta statistik göstəricilərini götürsək, milyarder 67 yaşlı, 3 milyardı olan kişidir. Onun pulunun 18 faizi, yəni 540 milyon dolları nağ puldadır və ya tez pula çevrilə bilən kağızlarda, mallardadır. 2008-ci ilin böhranından sonra milyarderlər hər ehtimala qarşı nağd pul və tez pula gedə bilən mallar alıb-saxlamağa başlayıblar.

Orta statistik milyarderin sevdiyi sahələr sıra ilə götürəndə - incəsənət, aviasiya, daşınmaz əmlak, səyahət və qolfdur.

O, evlidir və 2 uşağı var. Hərəsi 20 milyon dollar olan 4 evi var.

O, vaxtının çox hissəsini şəhərdə və öz ofisində keçirir.

Dünyadakı milyarderlərin 13 faizi qadınlardır. Qadın milyarder orta hesabla kişi milyarderdən 200 milyon dollar varlıdır.

ONLAR NECƏ MİLYARDER OLUBLAR?

Milyarderlərin 60 faizi öz var-dövlətini özü qazanıb. Milyarderlərin 20 faizi öz sərvətinə miras nəticəsində yiyələnib. Milyarderlərin başqa 20 faizi isə mirasla qazandığı sərvəti qat-qat çoxaldaraq milyarda çatdırıb.

Sərvəti 50 milyarddan çox olan meqa-milyarderlərin hamısı öz gücünə milyarder olanlardır. Bunlar Bill Gates, Carlos Slim, Amancio Ortega və Warren Buffetdir.

Qadın milyarderlərin cəmi 17 faizi milyardını öz gücünə qazanıb. Qadın milyarderlərin böyük əksəriyyəti isə öz sərvətini mirasla alıb.

Öz gücünə milyarder olmağa hazırda ən yaxşı ölkə Çindir. Burda milyarderlərin 89 faizi bu qədər pulu öz gücünə qazanıb.

ÖLKƏLƏR ÜZRƏ MİLYARDERLƏRİN SAYI

ABŞ – 515

ÇİN – 157

Almaniya – 148

Böyük Britaniya - 135

Rusiya – 108

Hindistan – 103

Honq Konq – 75

Fransa – 64

Səudiyyə Ərəbistanı – 64

İsveçrə - 61

Braziliya – 50

Türkiyə - 39

Kanada – 37

Birləşmiş Ərəb Əmirlikləri – 37

Yaponiya – 33

AZƏRBAYCANIN QONŞULARI

Siyahıya görə, Qazaxıstanda 5 , Gürcüstanda 2, Ermənistanda 1 milyarder var, Azərbaycanda isə yoxdur.Azərbaycanda doğrudanmı milyarder yoxdur?

İqtisadçəı ekspert Zöhrab İsmayıl:

"Sözsüz ki,  Azərbaycanda milyarderlərin sayı  Ermənistandan da,  Gürcüstandan da çoxdur. Sadəcə olaraq, Azərbaycandakı siyasi sistem,  uçotsuz gəlirlər, oliqarxların proksi adlar altında, yəni başqalarının adı ilə iş görmələri ona gətirib çıxarıb ki, Azərbaycanda rəsmi olaraq milyarder yoxdur.

Bu həmçinin azad sahibkarlığa yaradılan şəraiti göstərir. Azərbaycanda rəsmi milyarderlərin olmaması onu göstərir ki, Azərbaycanda azad sahibkarlığa yetərincə şərait yoxdur." (azadliq.org).

Əlbəttə, reallıqda Azərbaycanda kifayət qədər milyarder var. Lakin onların əksəriyyəti məmur olduqlarından və əldə etdikləri milyardlar korrupsiyadan qazanıldığından rəsmi milyarder statusunu ala bilmirlər və ya almaq istəmirlər. Lakin maraqlıdır ki, Azərbaycanın qeyri-rəsmi məmur milyarderləri son illər həm də rəsmi iş adamlarına (Ailə üzvləri qismində) çevriliblər və böyük holdinqlər qurublar. Bu halda belə onların rəsmi "milyarder" statusunu qazanmamaları maraqlıdır. Məsələn, Azərbaycanda iqtisadiyyatın demək olar ki, bütün sahələrində payı olan "Paşa Holdinq"in sahibinin (?) rəsmi milyarder sayılmaması yumşaq desək, ədalətsizlikdir. Azərbaycanda hamı bilir ki, bu holdinqin daşınar-daşınmaz əmlaklarının, şirkətlərinın, banklarının (və sairə) qiyməti bir yox, bir neçə milyardla ölçülür.

Yaxud, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi biznes imperiyasının təkcə illik qazancı bəlkə də milyard dollardan çox olduğu halda, ona qarşı bu "ayrıseçkilik" nədəndir?

Həmçinin də Kəmaləddin Heydərovun ailəsinə məxsus "Gilan Holdinq", Cahangir Əsgərovun özünə məxsus «Silk Way Holdinq» (və digərləri) necə olur ki, rəsmi biznes sayılmır və bunların sahibləri yuxarıda barəsində danışdığımız siyahıya düşmürlər?

Əslində rəsmi siyahılara düşməsələr də Azərbaycanda kifayət qədər milyarderlər var. Hətta dərin araşdırma aparmadan onların siyahısını tutmaq belə çətin deyil. Məsələn: Azərbaycanın hakim Ailələrindən (Əliyevlər, Paşayevlər) ən azı 5 nəfər rəsmən milyarder hesab oluna bilər. Onlardan başqa;

1. Anar Məmmədov (Ziya Məmmədov)

2. Tale Heydərov (Kəmaləddin Heydərov)

3. Bəylər Əyyubov

4. Cahangir Əsgərov

5. Rövnəq Abdullayev

6. Hafiz Məmmədov (Hafka)

7. İlham Rəhimov və başqalarının milyarder olduqlarına kimin şübhəsi var bu ölkədə və ümumiyyətlə dünyada?!

Elə isə ölkəmizə qarşı bu nə ikili standart, haqsızlıqdır?!

Rasim ƏLİYEV

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar