“TOPÇU AĞABALA” – Yaxud bu Prokuror dəlidirmi?...

Ələmdar Məmmədov,

Təqaüddə olan baş ədliyyə müşaviri

Avqust 1993-cü il. Qarabağın dağlıq hissəsini işğal etmiş erməni faşistləri “sülhsevər” və “cəfakeş” erməni xalqını gələcək təhlükələrdən qorumaq məqsədi ilə “bufer zona “ yaratmaq üçün ətraf ərazilərin işğalına başlamışdılar. 23 iyul 1993-cü ildə Ağdam şəhəri, 23 avqust 1993-cü ildə Cəbrayıl və Füzuli şəhərləri işğal olundu.

Ayın 24-də erməni silahlı birləşmələri 5 tank, 3 PDM, 300-ə yaxın döyüşçü ilə böyük strateji əhəmiyyət kəsb edən Cəbrayıl-Qubadlı-Zəngilan yoluna nəzarəti ələ keçirmək üçün Füzuli rayonunun Əhmədbəyli kəndinə hücuma keçdilər. Bundan əvvəlki döyüşlərdə böyük tələfat verən və əlavə kömək almayan briqadanın 2 taboru geri çəkilərək Əhmədbəyli kəndini tərk etdi. Düşmən arxayınlıqla boşalmış kəndə girməyə hazırlaşarkən qarşısında qala kimi dayanmış, canını vətən yolunda sipər etmiş igidlərlə rastlaşdı. 100 mm-lik 19KS markalı topun komandiri 3 nəfər döyüşçü ilə düşmənə fasiləsiz sarsıdıcı zərbələr endirir, onların canlı qüvvəsini və texnikasını - 2 tankını, 1 PDM-ni, 1 UAZ markalı maşınını məhv edir. Döyüşün həlledici anında Rövşən Əkbərovun komandiri olduğu 777 saylı hərbi hissənin döyüşçüləri köməyə gəlir və düşmən 1 tankını döyüş meydanında qoyaraq qaçır. Erməni komandir top atəşlərinin sərrastlığından kiminlə qarşılaşdığını hiss edir və hücumu dayandırmaq əmri verir. Ermənilər tutduqları mövqelərdən10 km geri çəkilməyə məcbur olurlar. Bununla da 12 kənd işğaldan qurtula bilir. Düşməni qorxuya salan və geri çəkilməyə məcbur edən Topçu Ağabala idi...

Kimdir Topçu Ağabala?

Quliyev Ağabala Qubad oğlu 13 fevral 1958-ci ildə Füzuli rayonunun Mahmudbəyli-2 kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2 il sovet ordusu sıralarında qulluq etmişdir. Hərbi xidməti başa vuran Ağabala 1978-ci ildə ADU-nun hüquq fakültəsinə daxil olub, 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu, K.Marks təqaüdü ilə bitirmişdir. Təyinatla prokurorluğa qəbul edilən Ağabala Quliyev 1983-1987-ci illərgə Naxçıvan MR Culfa rayon prokurorluğunun müstəntiqi, 1987-1990-cı illərdə Naxçıvan MR prokurorunun köməkçisi vəzifələrində işləmişdir. 1990-1992-ci illərdə Azərbaycan Respublikası Prokurorluğunun Mülki İşlər üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsində böyük prokuror, 1993-cü ilin yanvar-mart aylarında Baş Prokurorluğun Təşkilat-nəzarət idarəsinin analitik informasiya şöbəsinin rəisi, aprel-sentyabr aylarında Sumqayıt şəhər prokuroru vəzifələrində işləmişdir. 1993-cü ilin sentyabr ayından 1994-cü ilin oktyabr ayına kimi Azərbaycan Respublikası Prokurorluğunun Mülki İşlər üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsində böyük prokuror, 1994-cü ilin oktyabr ayından 1995-ci ilin may ayına kimi Salyan rayon prokurorunun müavini vəzifələrində işləmişdir. 1995-ci ilin may ayından 2018-ci ildə təqaüdə çıxana qədər Baş Prokurorluğun Təşkilat-analitik idarəsində böyük prokuror-metodist vəzifəsində işləmişdir.

Xocalı soyqırımından sonra bir çoxları kimi Ağabala Quliyevə də aydın olmuşdu ki, bu münaqişənin sülh yolu ilə həlli yoxdur. 1992-ci ilin mart ayında ermənilər “Alazan” və “Kristal” raketləri ilə Füzuli şəhərini bombaladılar. Bu xəbəri eşidən Ağabala müəllim Baş prokuror Murad Babayevə müraciət edərək, döyüşən orduya getmək istədiyini bildirdi. Vətənin müdafiəsi üçün göstərilən cəhdləri müsbət dəyərləndirən Murad müəllimin razılığı ilə döyüş sərgüzəştləri başlayan Ağabala Quliyev 25 mart 1992-ci ildə 839 saylı hərbi hissədə bölük komandiri və taborun qərargah rəisi vəzifəsinə təyin edildi və bu vəzifədə 19 iyul 1992-ci ilə qədər işlədi. Bir müddət prokurorluq fəaliyyətinə qayıdan Ağabala Quliyev Ağdam şəhəri işğal olunduqdan sonra, 23 iyul 1993-cü ildə Sumqayıt şəhər prokuroru vəzifəsində işləyərkən, yenidən döyüşən ordu sıralarına qatılmış və 24 yanvar 1994-cü ilədək 702 saylı hərbi hissədə top komandiri vəzifəsində qulluğunu davam etmişdir.

Ağabala müəllimin saysız-hesabsız şücaətləri komandanlıq tərəfindən yüksək qiymətləndirilmiş, 2 dəfə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə məsələ qaldırılmş, lakin hər iki halda müxtəlif səbəblərdən vəsadətlər nəticəsiz qalmışdır.

702 saylı hərbi hissənin komandiri, podpolkovnik N.K.Piriyev və qərargah rəisi, podpolkovnik A.G.Məmmədovun imzası ilə 11 oktaybr 1993-cü ildə Azərbaycan Respublikasının Baş prokuroru Ə.Ömərova və surəti Sumqayıt şəhər İH-nin başçısına ünvanlanır təqdimatda Ağabala Quliyevin döyüşlərdə göstərdiyi igidliklər sadalanır və ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə dövlət başçısı qarşısında vəsadət qaldırmaq xahiş olunur. Həmin təqdimatı həyəcansız oxumaq mümkün deyil:

“702 N-li hərbi hissəsin komandanlığı adından dərin məmnuniyyət və minnətdarlıqla Sizə məlum edirəm ki, Sumqayıt şəhər prokuroru, baş leytenant/ədliyyə müşaviri/ Ağabala Qubad oğlu Quliyev briqadamızın 6-cı taborunun komandirinin müavini, 100 mm-lik 19-KS markalı topun komandiri kimi erməni hərbi hissələri, birləşmələri ilə aparılan müharibədə qəhrəmanlıqla vuruşur, öz qəhrəmanlığı ilə döyüşçülərə ilham verib, onları qələbəyə ruhlandırır.

A.Q.Quliyev 1992-ci ilin mart ayının 25-dən may ayının 27-nə kimi 2-ci taborun 3-cü bölüyünün komandiri, mayın 27-dən iyulun 19-a kimi taborun qərargah rəisi vəzifəsində xidmət etmişdir. Bu zaman o, özünü cəsur komandir, mahir topçu kimi göstərmiş, topla dəfələrlə düşmənə ağır zərbələr vuraraq onların xeyli canlı qüvvəsini, ağır hərbi texnikasını, yaşayış məntəqələrini, dayaq nöqtələrini məhv etmişdir. O, dəfələrlə təkbaşına düşmənin bir neçə topu və tankları ilə duelə çıxıb həmişə qalib gəlmiş, düşmənin atəş nöqtələrini susmağa məcbur etmişdir. O, 28.06.92-ci ildə Tuğ istiqamətində gedən döyüşdə yaralanmışdır...”

Təqdimatda daha sonra oxuyuruq:

“A.Q.Quliyev Vətənin ağır günlərində - 23.07.93-cü ildə yenidən könüllü surətdə Füzuliyə - briqadamıza qayıtmışdır. Keçən müddət ərzində A.Q.Quliyev öz qəhrəmanlığı ilə briqadanın komandir, zabit və şəxs heyəti, həmçinin yerli əhali arasında özünə böyük şöhrət və hörmət qazanmışdır. A.Q.Quliyevin qəhrəmanlığı özünü bariz şəkildə 07.08.93 və 24.08.93-cü illərdə göstərmişdir. Avqustun 7-də o, topla Füzuli şəhərinin yaxınlığındakı strateji cəhətdən əhəmiyyət kəsb edən Məngələnata yüksəkliyində düşmənin dayaq məntəqələri darmadağın etmiş, nəticədə həmin yüksəklik 72 N-li və 839 N-li taborun döyüşçüləri tərəfindən heç bir tələfat verilmədən alınmışdır”.

Təqdimat bu sözlərlə yekunlaşır: “Briqadamızın bütün şəxsi heyəti A.Q.Quliyevlə fəxr edir, belə bir cəsur, qeyrətli oğul, işçi yetişdirdiyinə, tərbiyə etdiyinə görə respublika prokurorluğunun aparatına briqadamızın komandanlığının dərin minnətdarlığını bildirməyinizi rica edirəm.”

Adətən novatorluğu ilə fərqlənən Baş prokuror Əli Ömərov hansı səbəbdənsə təqdimata baxılmasını Kadrlar idarəsinin rəisi Şahmalı Məmmədova tapşırır. Nəticədə Baş prokurorun əmri ilə Ağabala Quliyevə təşəkkür elan edilməklə bir aylıq əmək haqqı məbləğində (28 şirvan) pul mükafatı verilir.

Qeyd: Komandanlığın diqqətsizliyindən Ağabala Quliyev rəsmi əmrlə hissənin siyahısınə daxil edilməmişdi. Məhz bu səbəbdən də müraciət Baş prokurora ünvanlanmışdır.

Sağda: Topçu Ağabala

Ağabala Quliyevin döyüş dostu, zenit raket taqımının komandiri Əhmədov Taleh Famil oğlunun dediklərindən:

- 24 avqust 1993-cü il füzulilər üçün ağır günlərdən idi. Bir gün əvvəl Füzuli şəhəri işğal olunmuş, vahid komandanlıq olmadığından insanlar həyəcan içində evlərini tərk etmişdilər. Ağabalanın topu Əhmədbəyli kəndinin yaxınlığlndakı təpədə tək qalmışdı. Həmin topu Ağabala bir gün əvvəl hissələrlə traktora yükləyib Şükürbəyli kəndindən gətirmişdi. Mənim taqımım 500 metrlik məsafədə aşağıda mövqe tutmuşdu. Aramsız atəş açırdıq. Ağabala düşmənin iki tankını vurdu. Düşmən qüvvələri pərən-pərən olub geri çəkilməyə məcbur oldular...

1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı, ”Cəsur döyüşçü”, ”Xocavəndin alınmasına görə”, ”Füzulinin alınmasına görə” medalları ilə təltif olunmuş, 1966-cı il təvəllüdlü Qurbanov Əbülfəz (Amil) Qənimət oğlunun dediklərindən:

- Ağabala müəllimlə ilk dəfə 1992-ci ildə tanış olmuşam. O, Tuğ kəndi ilə qonşu olan Kovşanlı kəndinə gəlmişdi. Onun gəlişi döyüşçülərdə ruh yüksəkliyi yaratmışdı. Ağabala müəllim haqqında çox danışmaq olar...

06 may 1992-ci ildə “Qanlı dağ” deyilən yerdə ermənilərlə açıq döyüşə girdik. Ermənilərin ratsiya ilə danışığından məlum oldu ki, onların 35 əsgər və zabiti öldürülüb. Həmin döyüşdə Ağabala müəllim ağır top mərmilərini çiynində yüksəkliyə qaldırırdı. Döyüş bizim qələbəmizlə başa çatsa da, şəhidlərimiz var idi. Taqım komandiri, xalqımızın igid oğlu Mahir Məmmədovun ölümü hamımızı sarsıtmışdı. Ağabala müəllimin təşəbbüsü ilə cənazəni Bakı şəhərinə gətirdik. Baş Prokurorluğun yaxınlığında fəxri qaravul təşkil edildi və sonra Şəhidlər xiyabanında dəfn etdik. Dəfn mərasimində Ağabala müəllimin ailə üzvüləri də iştirak edirdi...

28 iyun 1992-ci il döyüşlərində Ağabala müəllim yaralansa da, həkimləri aldadaraq birbaşa döyüş meydanına qayıtmışdı...

Döyüş yoldaşları Ağabalanın özünün demədiyi bir qəhrəmanlığı barədə də danışırdılar. 24.08.93-cü ildə “Niva” maşını ilə hərəkət edən briqada komandirinin müavini, podpolkovnik Muxtarov və taqım komandirini əsir götürmək üçün ermənilər UAZ markalı maşınla onları təqib edirdilər. Bu səhnəni uzaqdan görən Ağabala Quliyev sərrast top atəşi ilə UAZ-ı vurub, düşmənin canlı qüvvəsini məhv edir.

Ağabalanın mahir atıcı olması təsadüfi deyildi. Sovet ordusu sıralarında xidmət etdiyi hərbi hissənin yerləşdiyi şəhərin adı məxviçilik naminə xəritəyə salınmamışdı. Məhz bu xüsusi təyinatlı hərbi hissədə Ağabala topçuluq sənətinin incəliklərinə yiyələnmişdi.

28 iyun 1992-ci il tarixini Ağabala müəllim həmişə kədərlə xatırlayır. Füzulidə yerləşən “N” saylı hərbi hissə xeyli miqdarda canlı qüvvə və ağır texnika toplayaraq (onlarla tank və digər zirehli maşınlar) Tuğ-Qırmızıbazar istiqamətində hücuma keçdi. Hücumun məqsədi Martuni-Hadrut rayonlarını düşməndən təmizləmək və bununla da Şuşanı işğaldan azad etmək idi. Lakin ağır xəyanət nəticəsində tankların heç biri yerindən tərpənmədi. Döyüşçülər top atəşinin köməyi ilə hücuma keçdilər. Hücumun istiqamətini əvvəlcədən bilən düşmən qüvvələri döyüşçülərimizi tezliklə mühasirəyə aldılar və ordumuz ağır itki verərək geri çəkilməyə məcbur oldu. Taqım komandiri, cəsur döyüşçü, peşəkar hərbçi Rasim İbrahimov da (ölümündən sonra “Milli Qəhrəman” adı verilib) həlak olanlar arasında idi. Rasim İbrahimov ölümündən bir müddət əvvəl Ağabala Quliyevə “Milli Qəhrəman” adı verilməsi barədə komandanlığa müraciət etmişdi.Lakin komandanlığın səhlənkarlığı üzündən Müdafiə Nazirliyi qarşısında məsələ qaldırılmamışdı.

Haşiyə: Həmin döyüşdə şəhid olanlardan 30 yaşlı mayor Rasim İbrahimov ailənin tək öğlu, iki uşaq atası idi. Arif Abdullayev Xocalı faciəsindən sonra döyüşlərə qatılmışdı. Ələkbər Musayev 3 qardaşı ilə ermənilərə qarşı birgə döyüşürdü. Cəbhəyə könüllü gələn Firidun Mehdiyev tələbə idi. Sahib Qarayev atasız böyümüşdü. Anasının yeganə ümidi idi. Saleh Balaca oğlu və Mahir Əliyev də qeyrətlə vuruşub, şəhid olmuşdular. Həmin döyüşdə sağ qalanlar arsında Ağabalanın dostu, mühüm işlər üzrə müstəntiq Yusif Ağayev də var idi (Onun haqqında gələcək yazılarımızda məlumat verəcəyik).

Heç kimə sirr deyildir ki, müharibə şəraitində satqınlıqla yanaşı şəxsi mənfəət dalınca qaçan, faydalananlara da təsadüf olunur. Prokurorluğunu unutmayan Ağabala Quliyevin təşəbbüsü ilə bir nəfər vəzifəli şəxsin mənimsəmə faktı aşkar olunmuş və haqqında Baş Prokurorluq tərəfindən cinayət işi başlanmışdı...

Ağabala müəllimin qəhrəmanlığı barədə çox yazılıb. Sabir Özgünün “Adını eşitdiyim igid” povesti və “Topçu Ağabala əfsanəsi” poemasını misal göstərmək olar. Famil Süleymanovun “Qana Boyanmış Quran” kitabında Ağabalanın ata-babası və özü haqqında maraqlı fikirlər var. Eynal Əliyevin “Azərbaycan Respublikası Prokurorluğu tarixindən səhifələr” kitabında da Ağabala Quliyevin adı qeyd olunmuşdur.

Dövrü mətbuatda da Ağabala müəllim haqqında çox yazılar dərc olunub. Mayis Kazımov “Topçu-Prokuror” (“Qayıdış”qəzeti, 31 avqust 1998-ci il.), Elşad Mehdi “Vətən içimizdəki qisas yanğısından başlayır, prokuror!” (“Hüquqşünas”, qəzeti 17 noyabr 998-ci il.), 1993-cü ildə “Femida” qəzetində Ağabala müəllimin döyüş yolundan bəhs edən “Prokuror dəlidirmi?” başlıqlı silsilə yazılar, Mayis Kazımlı “Prokuror dəlidirmi?...” (“Ədalət “qəzeti 7 may 1997-ci il.) və sairə...

Qeyd: Mayis Kazımlı həyatını, karyerasını, hətta yaxınlarını təhlükə altına qoyaraq, prokuror kreslosunu düşünmədən səngərlə əvəzləyən Ağabala Quliyevə həsr olunmuş bu yazısınıda ona qarşı olan ədalətsiz münasibətin səbəbini araşdırmağa çalışır. “Evini vətən, həyətini ölkə, ailəsini millət hesab edənlər Ağabala kimi əsl insanı əlbəttə, başa düşə bilməzdilər!...”

Mən, Mayis Kazımlı ilə həmfikir olaraq bir əlavə etmək istəyirəm: Corc Cordan adlı xristian yazar Həzrət Əli(ə) haqqında tədqiqat əsərində qeyd edir: “Həzrət Əli ədalətinin çoxluğu ucbatından ibadət mehrabında şəhid oldu”. Ağabalanın böyük Vətən segisi və bunu başqalarına aşılamaq istəyi, başqa sözlə desək, “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı” prinsipi ilə yaşaması, görünür, rahat kürsülərdə əyləşmiş səlahiyyət sahiblərini qıcıqlandırmışdı.

Prokuror Ağabalanın hərbi şücaətlərinin xəbəri Moskvaya da çatmışdı. Ermənipərəst mövqeyi ilə seçilən “Komsomolskaya pravda” qəzeti Ağabalanın vətən uğrunda hər şeyindən keçərək həyatını təhlükə altına qoymasını, aktiv döyüşçü kimi tanınmasını “prokurora yaraşmayan anti-humanist addım” kimi qiymətləndirmişdi...

70 ildə yaşadığımız sovet ideologiyası genetik keçidləri qəbul etmirdi (Trofim Lısenko). Bu gün insanın hərəkətlərinin mahiyyətində gen daşıyıcılarının rolu elmi cəhətdən sübut olunmuş hadisədir. Ağabalanın vətənpərvərliyi, torpaqsevərliyi, yüksək vəzifə tutmasına baxmayaraq, hər şeydən imtina edib, “topçuluq” etməsi təsadüf deyildi.

Haşiyə: 1918-ci ildə Qarabağda erməni təcavüzünə qarşı mübarizənin lideri Soltan bəy ətraf kəndlərə kömək üçün məktublar göndərir. Bir dəfə Qaçaq Süleymanla 100 nəfər atlı gəlir. Atlıların içərisində ixtiyar qoca, 90 yaşlı Hacı Qulaməli Soltan bəyin diqqətini çəkir. Hacı Qulaməli Soltan bəylə görüşdükdən sonra deyir: “Soltan bəy, bu igidlər Sizin sərəncamınızdadır. Bax, bu iki nəfər biri bacım oğlu Əbdürrəhman, o biri də nəvəm Qubaddır. Vətən, torpaq, namus uğrunda canlarından keçməyə hər zaman hazırdılar. Onları sənə, səni də Allaha tapşırıram”.

Hacı Qulaməlinin nəvəsi Qubad topçu Ağabalanın atası idi. Zabuxda Laçın dərəsində ermənilərə toy tutulmasında, Andronikin Qarabağa keçməsinin qarşısının alınmasında Əbdürrəhman bəy və 25 yaşlı Qubad xüsusi fəallığı ilə seçilib, Soltan bəyin tərifinə layiq görülmüşdülər. Quşu gözündən vuran Qubad kişi ölənə qədər silahından və atından ayrılmadı. Bunu hakimiyyət nümayəndələri də bilirdilər...

Ağabala müəllimin qardaşı Səfər Quliyevin dediklərindən:

- Bir dəfə qarğı yığıb qayıdarkən gecəyə düşdük. Kəndə yaxınlaşanda “VAZ” markalı maşın yanımızda dayandı. Üç nəfər milis işçisi bizi sorğu-suala tutdu:

- Bu qarğını haradan oğurlamısınız?

Ağabala sakit tərzdə dedi:

- Oğurlamamışıq, sahədən yığmışıq.

Milis işçisi əl çəkməyib soruşdu:

- Kimin uşaqlarısınız?

Ağabala dedi:

- Rəhmətlik Surxay oğlu Qubadın.

Bayaqdan sakit dayanmış nisbətən yaşlı milis işçisi söhbətə qarışdı:

- Ə, bunların atasının tapançası, beşatlanı olub. Özlərini də arabasını da yoxlamaq lazımdır. Ağabala ürəkdən gülərək dedi:

- Naçalnik, atamım silahı olduğunu bilmirəm .Əgər var idisə özü ilə o dünyaya apardı.

İnsan şəxsiyyətini formalaşdıran amillərdən biri də xarakterdir. Nə vaxt yaranır xarakter? Bunun cavabını ən böyük alimlər deyə biməz. Hər-hansı məsələyə daxili inam hissi ilə yanaşmaqdır xarakter. Xarakteri uşaqlıqdan formalaşan Ağabala Quliyev şəxsiyyətini tam anlamaq üçün eşitdiyim və şahidi olduğum iki hadisəni damışmaq istəyirəm.

Məktəbliləri pambıq yığımına aparmışdılar. Bir dəfə qızlardan biri qışqırır ki, burda ilan var. İri bir ilan qıvrılıb yatmışdı. Hamı qaçır. Ağabala ilanın üstünə qoşa təpiyi ilə çıxıb belini qırır. Bu zaman ilan ağız atır və Ağabalanın əlini yaralayır. Qızlardan biri Ağabalanın yaralı əlini soraraq zəhərin təsirini azaldır. Ağabalanı həkimə aparmaq istəyərkən deyir: “Bu ilan sağ qalsa, kimisə vuracaq”. Daş tapıb ilanı öldürdükdən sonra Ağabala həkimə gedir. Uşaqlıqdan cəsur və inadkar idi Ağabala...

1990-cı ilin avqust ayında Azərbaycan Respublikasının Baş prokuroru təyin edilmiş İsmət Qayıbovun təqdimatı ilə əlaqədar kollegiya iclası keçrilirdi. Kollegiyanın işində SSRİ Baş Prokurorunun 1-ci müavini də iştirak etdiyindən çıxışlar əsasən rus dilində gedirdi.

Əlində “şpalqalka” tutmuş bir dəstə yüksək rütbəli yaşlı-başlı vəzifəli şəxslər əvvəlki prokuror İlyas İsmayılovu pisləyib, yeni təyin edilmiş prokuror İsmət Qayıbovu tərifləmək üçün növbəyə durmuşdular. Bir neçə bayağı və insanda ikrah hissi yaradan qərəzli və yaltaq çıxışlardan sonra kürsüyə bəstəboylu, kiçik rütbəli cavan bir oğlan çıxdı. Əvvəlki çıxışçılardan fərqli olaraq təmiz Azərbaycan dilində İlyas İsmayılovun xidmətlərini dilə gətirərək, gedənin dalınca danışmağın əxlaq qaydalarına zidd olduğunu deməklə, yarınanları kəskin tənqid edib, Baş prokuror İsmət Qayıbova müraciətlə dedi: “Hörmətli İsmət müəllim, Sizə şərəfli və məsuliyyətli işinizdə müvəffəqyyətlər atzu edirəm. Bilin ki, nə vaxtsa işdən çıxanda, bu insanlar eyni sözləri Sizin haqqınızda da deyəcəklər...” Bu bəstəboylu, kiçik rütbəli, yaşda, vəzifədə və rütbədə özündən çox-çox böyüklərə əxlaq və mənəviyyat dərsi keçərək, hamının gözündə bir anda böyüyən, nəhəngləşən insan “Mülki şöbə”də prokuror işləyən, müharibə illərində “Topçu Ağabala” kimi tanınacaq Quliyev Ağabala Qubad oğlu idi...

Qeyd: Həmin kollegiyada sonralar hüquq elmləri doktoru alimlik dərəcəsi almış Xanlar Ələkbərov da icazə almadan yerindən danışaraq sıraya düzülmüş yaltaqları kəskin tənqid etdi.

Ağabala müəllim prokurorluq orqanlarında da sevilən, seçilən, hörmət və nüfuza malik insan idi. Xatirimdədir, 1993-cü ilin yay ayları idi. Baş Prokurorluqda rayon-şəhər prokurorlarının iştirakı ilə toplantı keçirilirdi. Bir məsələ ilə əlaqədar Sumqayıt şəhər prokuroru tribunaya dəvət olunanda məlum oldu ki, prokuror toplantıda iştirak etmir. Səbəbi - şəhər prokuroru Ağabala Quliyev yenə cəbhə bölgəsinə getmişdi.

Ağabala müəllim idarə prokuroru işləyərkən də öz işinə həmişə vicdanla yanaşmış, işlədiyi kollektivdə hörmət qazanmışdır. Hüquqi cəhətdən savadlı və hazırlıqlı olduğundan yerlərdən ona tez-tez müraciət olunurdu. Ağabala heç kimin qəlbinə dəyməz, hamıya doğru-düzgün istiqamət verərdi. İlk baxışda sakit, mülayim görünən Ağabala müəllim yeri gələndə öz fikrini müdafiə etməyi bacaran prinsipial insan kimi tanınırdı.

Həmin dövrdə Baş Prokurorluğun Təşkilat-analitik idarəsində böyük prokuror vəzifəsində işləmiş Fəxrəddin Məmmədovun dediklərindən:

- Ağabala müəllimin haqqında çox eşitmişdim. 1998-ci ildə məni Təşkilat-analitik idarəsinə böyük prokuror vəzifəsinə təyin etdilər. Həmin vaxtdan onunla iş yoldaşı kimi daha yaxından tanışlığımız başladı. Ağabala müəllim vəzifə bölgüsünə görə Baş Prokurorluğun gördüyü işləri ümumiləşdirir, təkliflər verir, metodiki tövsiyələrin layihəsini hazırlayır, Baş prokurorun əmr və göstərişlərinin icra vəziyyətini ümumiləşdirib təhlil edirdi.

İş yükünün çox olmasına baxmayaraq, Ağabala müəllim heç vaxt yorğunluğunu büruzə etmir, lazım gələndə digər iş yoldaşlarına da kömək edirdi.

Ağabala müəllim prokurorluq orqanlarında yaxşı işinə görə dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılıb. Lakin döyüş meydanında göstərdiyi şücaətlər öz layiqi qiymətini almayıb. Görkəmli Azərbaycan sərkərdəsi, general Həzi Aslanova ikinci dəfə “Sovet İttifaqı Qəhrəmanı” adı 2-ci Dünya müharibəsi qurtardıqdan 45 il sonra, 1990-cı ildə verildi. İnanırıq ki, Ağabala Quliyev də layiq olduğu mükafatla təltif olunacaq. Ağabalanın yeganə təsəllisi prokurorluq orqanlarında uzun müddət qüsursuz xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 29 sentyabr 2006-cı il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmasıdır.

P.S. Səkkiz yaşı olanda Ağabalanın atası Qubad kişi haqqın dərgahına qovuşur. Boyüyünün 16, kiçiyinin 5 yaşı olan 8 uşağın tərbiyəsi, boya-başa çatdırılması Suma ananın üzərinə düşür. Bu fədakar qadın həyatın qismət etdiyi ağır yükün öhdəsindən ləyaqətlə gəlir. Vətənə gərəkli oğul-qız yetişdirir. Bütün uşaqlarının təhsil almasına nail olan ananın böyük oğlu Şahlar Quliyev tibb xidməti polkovniki, Ağabala isə ədliyyə müşaviri rütbəsində olmuşlar.

Ağabalanın topunun yerləşdiyi məkanda bir abidə ucalır. Bu, bütün abidələrdən daha qiymətli və dəyərli olan Suma Ağaqulu qızının qəbridir.

Topun qurulduğu yer Ağabalagilin evindən 200 metrlik məsafədəki təpədə yerləşirdi. Ağabalanın anası Suma Ağaqulu qızı gecə-gündüz Allaha yalvarır - Alahım, oğluma gələn bəlanı mənə yetir, - deyirdi. Ana vəsiyyət etmişdi ki, dünyasını dəyişəndə onu oğlunun topunun dayandığı yerdə dəfn eləsinlər. İllər ötdü. 2002-ci ildə Suma ana haqqın dərgahına qovuşanda onu kənd qəbiristanlığında deyil, həmin təpədə dəfn etdi Ağabala.

Sonradan Suma ananın iki övladı və qardaşı da həmin yerdə dəfn olundu.

Müqəddəs məkandan boylanan 

Ana Sübhün al rənginə boyanan Ana.

(Poemadan bir parça)

635x100

Şərhlər

Hüquqşunas 2022-11-17 14:31:28

1993 cü ildə keçirilən Baş Prokurorun kollegiyasında Ağabala m. top komandiri kimi hərbi formada iştirak edirdi. Dəfələrlə müraçıət etsədə ona söz vermək istəmirdilər. O özü tribunaya qalxaraq hazırda top komandiri kimi fəaliyyət göstərdiyini bildirdi. O vaxt kollegiyada iştirak edən milli məclisin o vaxtkı sədr müvini rəhmətlik Afiəddin Cəlilov Ağabala müəllimə müraciət edərək bildirdiki o hav limanına tələsir vaxtı yoxdur vaxtı olanda onu cağırıb ayrılıqda söhbət edəcək.Ağabala m. cavabında bildirki onunda vatı yoxdur cəbhəyə gedir döyüşə tələsir. Bu sözlərdən sonra Ağabala m. kollegiya iclasını nümayişkarənə tərk etdi.

Prokurorluğun sadiq əməkdaşı Ənvər Həmidov 2022-11-17 14:21:18

Ələmdar müəllimin .Ağabala m.haqqında yazdıqlarını oxudum və bəyəndim. Həqiqətən yazılanlara laiq cəsarətli qorxmaz Azərbaycan evladıdır. Ağabalanın cəsarəti vətənpərvərliyi haqqında məndə bir xatirə danışmaq istəyirəm. 1989cu ilin fevralında mən Naxçıvan Respublikasının Babək rayon prokuroru olarkən Azərbaycan respublikasının Baş Prokuronunun tapşırığına əsasən Ermənistanın Əzizbəyov rayonuna (indiki Vayk) getməli olduq. Getməyə hazırlaşarkən Ağabal m.mənə müraciət edərək bizimlə Ermənistana getməy istədiyini təkidlə bildirdi. Çoxları bu səfərdən bir bəhanə ilə boyun qaçırmalarına baxmayaraq Ağabala m. öz istəyi ilə getdi. Ermənistana getməyimizin məqsədi bizim rayonla həmsərhədd olan Errmənistanın azərbaycanlı əhalisinin problemlərin həll olunmasına köməklik etmək idi. Nümayəndə heyyətinə mən Ağabala m. rayonun polis rəisiv və SSRİ daxili işlər nazirliyinin bir polkovniki daxil edildi. Orada bizim rayondan köçüb getmiş ermənilərlə görüş kecirərkən Ağabala m.özü ilə götürdüyü "Literaturnaya qazeta" da dərc edilmiş millətçi Silva Kaputikyanın azərbaycanın əlehinə yazılmış məqaləsini çıxararaq məqaləni oxudu və Silva Kaputikulyanı "naçianalistka" (millətçi) adlandırdı.Ermənilər fakt qarşısında qaldı və Ağabala m. cəsarəti nəticəsində susmağa məcbur oldular.

Mayis Kazımov 2022-11-16 14:26:23

Ələmdar müəllim,Sizə çox-çox təşəkkür erirəm.

Roma 2022-11-13 12:53:46

Çox sağ olun Ələmdar müəllim, sizin yazılarınızı daim maraqla oxuyuram və sizin muğam yarışmasına olan təhlilinizi çox bəyənmişdim. Can sağlığı arzulayıram və bu yazınızın qəhramanı olan, “TOPÇU AĞABALA” haqqında bir Sumqayıtlı kimi eşitmişdim, ancaq ətraflı məlumatı bu yazıdan aldim...

Moshu 2022-11-12 22:25:19

Hörmətli Tural Quliyev, Ağabala müəllimin əlaqə telefonunu bildirsəniz Sizə minnətdar olardım. Əfsuslar olsun Onun telefonu telefonumun yaddaşında qalmayıb. Prokuror deyəndə ilk növbədə Azərbaycan vətəndaşının gözündə .... obrazı canlanır. Ağabala müəllim həqiqətən şox savadlı, ləyaqətli, insaflı prokuror olub. Ondan yaxşı müəllim olardı. Ələmdar Məmmədova oxşar yazılara görə təşəkkür edirəm

Moshu 2022-11-12 21:44:08

Hörmətli Tural Quliyev, Ağabala müəllimin əlaqə telefonunu bildirsəniz Sizə minnətdar olardım. Əfsuslar olsun Onun telefonu telefonumun yaddaşında qalmayıb. Prokuror deyəndə ilk növbədə Azərbaycan vətəndaşının gözündə rüşvətxor, başkəsən obrazı canlanır. Ağabala müəllim həqiqətən şox savadlı, ləyaqətli, insaflı prokuror olub. Ondan yaxşı müəllim olardı. Ələmdar Məmmədova oxşar yazılara görə təşəkkür edirəm, qələmi iti olsun

Oxucu 2022-11-12 18:48:21

Həmişə Dədələrimiz deyəndə cümhuriyyət quran kişiləri nəzərdə tutmuşam, çox şükür ki müasir dövrdə də Dədələrimiz var. Ağabala müəllim haqqında oxumaq çox xoş oldu

Elxan 2022-11-12 18:01:00

Azərbaycan öz qeyrətli oğulları ilə fəxr edir.O millətin ki,topçu Ağabala kimi şərəfli,mərd,mübariz övladları var,o millət əyilmız!Tanrı Türkü qorusun!

Qurbanov Əbülfəz 2022-11-12 17:15:39

Allah Sizi qorusun Ağabala müəllim siz həqiqətəndə əsil qəhramansınız ən yüksək adlara laiqsiniz sizinlə fəxr edirik

Rəhim Əliyev 2022-11-12 10:35:43

Əlamdar müəllimə dərin təşəkkür edirik ki AGABALA MÜƏLLİMİN HƏR KƏSƏ nümunə olacaq fəaliyyəti barədə məlumat vermişdir.

Mayis 2022-11-12 09:21:52

Ağabala müəllim haqqında yazılan bu yazıdan çox məmnun qaldım.Ağabala müəllimin fədakarlığına layiq bir yazıdır.Təəssüf ki,yazının müəllifinin kim olduğu bilinmir.

Tural Quliyev 2022-11-11 22:44:24

Topçu Ağabala mənim atamdır. Mən atamla fəxr edirəm. Onun kimi qeyrətli insanlara dövlətimizin çox ehtiyacı var. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.

AMIN 2022-11-11 20:31:56

Aəabala müəllim namuslu,qeyrətli ,vətənpərvər kişidir.

Xındırstan pambıqçısı 2022-11-11 13:28:49

Ay PROKURORlar, bəlkə, Sizlər hələ SSRİ buraxılmamış 1987 ci ildən azərbaycanlı vətəndaşlara və Azərbaycana qarşı soyqırım cinayətkarlarının daha ciddi arayıb, qarabağda qalan ermənilərin yardımı ilə heç olmazsa mətbu-mülahizə-mühakimə müstəvisinə çıxarasınız?

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price