DAHİLƏRİN NEQATİV CƏHƏTLƏRİ...

Şəmsəddin Mənsuroğlu 

“İdeyalar yalnız ideyalarla zərərsizləşdirilə bilər” 

Onore de Balzak

Amerikalı psixoloq və humanitar psixologiyanın banisi Abraham Maslounu tanıyanlar , “Maslou piramidası” və ya onun “İnsan motivasiyasının nəzəriyyəsi” barədə eşidənlər yəqin ki, çoxdur. O, bir dahi kimi humanist psixologiyanın tədqiqatı sahəsində əfsanəvi nəticəyə nail olub.

Abram Maslouya görə (Abram Samuiloviç Maslov, XX əsrin başlangıcında valideynləri Rusyadan ABŞ-a immiqrasiya olunub) Avstriya psixoloqu və nevroloqu Ziqmund Freyd (tam adı Ziqismund Slomo Froyd) insanın yalnız qeyri-sağlam, xəstə tərəfini göstərdiyindən yaranmış boşluğu onun yaxşı cəhətlərilə doldurmaq lazımdır.

İnsanlarda bu xoş cəhətləri axtarmaq məqsədi ilə Maslou yüksək keyfiyyətlərə və istedada malik insanları öyrənməyə başlayır, necə deyərlər, insanlığın müdrik və elit nümayəndələrini tədqiq etməklə məşğul olur. Tədqiqatına 18 nəfəri cəlb edir. Sırada tədqiqatçı psixoloqun çox yaxşı tanıdığı 9 nəfər həmyaşıdları və insanlığın seçilən nümayəndələrindən sayılanlar da olub. Siyahının ikinci yarısını tarixi şəxsiyyətlər təşkil edib.

Beləliklə, Maslounun yaxşı tanıdığı Benedikt Spinoza – yəhudi mənşəli Niderland filosofu, daha çox latın dilində yazan yeni dövrün filosofu;

Abraam Linkoln (ABŞ-ın 16-cı Prezidenti);

Amerikanın milli qəhrəmanı, Respublikaçılar partiyasının nümayəndəsi Tomas Ceferrson( ABŞ-ın 3-cü prezidenti), “İstiqlaliyyət Bəyannaməsi”nin müəlliflərindən biri, böyük siyasətçi, diplomat;

Vilyam Ceyms - psixologiyada funksiyalaşma hərəkatının banisi, amerikan filosofu və psixoloqu;

Albert Eynşteyn - fizik, nəzəriyəçi alim, Nobel mukafatı laureatı;

Ceyn Adams -Amerikalı xanım sosioloq və filosof, Nobel mükafatı laureatı ;

Albert Sveytser - alman və fransız filosofu, həkim və musiqişunas, Nobel mükafatı laureatı;

Oldos Xaksli - ingilis yazarı, novellalar müəllifi və filosofu;

Rut Benedikt - Amerikalı xanım antropoloq, Kolumbiya Universitetinin professoru.

Maslounun məqsədi tədqiq etdiyi şəxslərdə “özünü aktuallaşdırma”- daxili keyfiyyətləri və bəzi gizli şəxsi potensialları aşkar etməkdən ibarət olub.

Qısa zamandan sonra Maslou belə nəticəyə gəlir ki, istedadın böyük və ya kiçik həddə olması xeyirxahlıq və sağlamlıqla əlaqəli deyil. O, bununla bağlı ”biz, bu barədə az bilirik”, -deyir.

Maslounun bu sahədəki tədqiqatını - “Maslou işi”ni siyasətdə, fəlsəfədə və elmin digər sahələrində və ictimai fəaliyyətdə, habelə ədəbiyyatda inqilab sayanlar da olub.

O, inqilabçıların bəzi hallarda ağılla hərəkət etməməsini təsəvvür etməkdə çətinlik çəkib. Bu mənada filosoflar haqqında əldə edilən bioqrafik məlumatlar italyan psixiatrı Çezare Lombrozonun kriminoloğiya elmində və antpologiya sahəsində “yenilik” hesab etdiyi insanların anadangəlmə cinayətkar olması – yanlış ideyasını xatırladırdı.

Benedikt Spinoza doğma yəhudi icması ilə mübahisə etdiyindən oradan qovulmuş, avaraçılığa və tufeyli həyata duçar olmuşdu. Məqsədsiz, sərgərdan həyat yaşamağa başlamışdı.

Abraam Linkoln ağır əsəb gərginliyində yaşayıb, fizioloji depressiyada olub və hər zaman özünə qəsd – intihar etməsi barədə düşünüb.

Vilyam Ceyms böyük alim hesab olunsa da, qoca yaşında düşkünlüyə məruz qalıb, ruhlarla bağlı sirli seanslarda iştirak edib.

Eynşteynin kiçik oğlu şizofreniya xəstəliyindən əziyyət çəkib, ailədə heç kim özündə olmayıb.

Beləliklə, ağıldan kəmlik, intiharlar və sair ruh düşkünlüyü əksər müttəfərkirlərin səhhətində yer alıb.

Heraklit Efesski - qədim yunan filosofu, dialektikanın tarixi və ya başlanğıc formasının yaradacısı tənginəfəslikdən əziyyət çəkərək dünyasını dəyişib. Rəvayət edirlər ki, o, həmin xəstəlikdən qurtulmaq məqsədilə malın təzəyini isti-isti bədəninə yaxarmış, inanırdı ki, bununla yüksək hərarətdən qurtulacaq.

Sokrat - yunan mütəfəkkiri və filosofu qaça biləcəyi ölüm cəzası ilə razılaşmışdı. Həmin vaxta qədər böyük filosof dəfələrlə həyatını riskə atmışdı. Bu baxımdan hərəkətlərinə təəccüb etməyə dəyməz.

Platon – Qədim Yunanıstanın klassik dövrünə aid filosofu, Platon məktəbinin və Akademiyasının banisi – siyasətə qatılıb, tiranların məsləhətcisi olub, sonra onların köləsinə çevrilib və bir kölə kimi də alınaraq azad edilib.

Zenon – Qədim Yunan filosofudur. Zenon Kitiyalı “Zenon məktəbi”nin banisi olub. (Kiprdə anadan olub) Zenon bir cinayətdə iştirakına və digər iştirakçıları ələ vermək istəmədiyinə görə, dindirmə zamanı dilini dişləyərək qarşısındakı tiranın üzünə tüpürüb.

Qədim Yunan filosofu Sinopski Diogen. Bu filosof haqda danışmağa adam xəcalət çəkir. Xalq qarşısında qatı hörmətsizliklə davam edən iyrənc hərəkətlərə yol verib, insanların üzünə tüpürüb. Böyük sərkərdə Makedonyalı İskəndərə: ”Günəşin qabağından çəkil”, - deyərək onu aşağılamışdı. O, qorxu hissi ilə yaşamayan bir adam olub.

Qədim Yunan filosofu – Stoik. Romada kölə olub, sonralar sərbəst buraxılaraq fəlsəfə məktəbinin bünövrəsini qoyub.

Qədim yunan filosofu Epiktet də Romada köləliyə məruz qalıb. Kölə filoisofdan narazı qalan sahibi - ağası onu cəzalandırmaq üçün ayağını burmağa başlayıb. Filosoflaşmış kölə ağasına sakitcə ”bir az yavaş, ayağımı qırarsan” deyib. Bu xəbərdarlıq kölənin sahibinə kar etməyib. Nəhayət ayağı qırılan kölə-filosof Epiktet “sənə demədimmi sındırarsan, ehtiyatlı ol” deyib. Köləsinin səbrinə və dözümlülüyünə heyrət edən sahibi əməlindən üzülüb... Baxın, belə filosof-kölələr də olub. Buna baxmayaraq, onun traktatları şagirdləri tərəfindən yazılıb və bu günə kimi saxlanılır.

Siyahı çox zəngindir. Dahilər həmişə özlərinin sosial pozitivliyi ilə sosial dünyanı yenidən qurmağa çalışıblar.

Andrey Dmitriyevic Saxarovu xatırlayaq: fizika üzrə böyük alim, akademik, su atomu nüvəsinin ixtiraçısı . Elmi ixtiralarına görə 3 dəfə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşdü. Xarici görünüşünə görə o, qeyri- sağlam görünərdi. Ancaq xarakteri kommunist rejiminə qarşı durmağa əsla mane olmurdu. Saysız aclıq aksiyalarına başlamaq, Xalq Deputatları Sovetinin qurultayında Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasını tələb etmək isə o zaman cəsarət tələb edirdi.

Neqativ sosial cəhətli dahilər ətrafın onlara qarşı aqressiyasını heç vaxt qəbul etmirlər, buna ürək ağrısı ilə yanaşırlar.

Amma “dahilər”in əksəriyyətini yüngül fikirlərə uyan “onbirinci barmaq” da adlandırıblar... (Bax Andrey Kurpatov, “Troitsa” səh.225-232 Sankt Peterburq 2018-ci il)

635x100

Şərhlər

Fərid 2023-08-28 17:30:05

Yazı ilə bağlı Milli balta ilə həmfikirəm.

Milli balta 2023-08-27 21:05:08

Hörmətli Şəmsəddin m., oxu atıb, yayı elə bərk gizlədibki, yazı bir az süjet xətsiz kimi görsənir. Müəllifə bələd olmasam, hətta hər hansı bir yazının ordan burdan, qeyri-ardıcıl, sistemsiz tərcüməsi də adlandırmaq olar. Mövzu da elə uğurlu deyil, lap "dahilərin divanı"na bənzədi)))

Son yazılar