CAVAN VƏ QOCA TƏFƏKKÜRÜN DİALOQU

Etibar ƏLİYEV, millət vəkili

Emmanuel Makron XX əsrin nəhəng filosoflarından biri - Sorbona Universitetinin professoru Pol Rikorun 1999-2001-ci illərdə köməkçisi olmuşdur. Pol Rikorun heç bir əsərində zorakılıq, barbarlıq, başqa ölkənin torpağının işğalına bəraət yoxdur. Rikorun ən pis tələbəsi Makron olub.

Cavan Makronla qoca Baydenin təfəkkürləri eynidir.

907-ci düzəliş 1992-ci ilin oktyabr ayında - Xocalı soyqırımından cəmi bir neçə ay sonra qəbul edilib. Bu düzəliş ədalətsizliyin rəmzidir. ABŞ konqresmenlərini regiondakı stabillik maraqlandırmır və heç bir zaman maraqlandırmayacaq: Noyabrın 15-də ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımları qadağan edən qanun layihəsini təsdiqləyib. Böyük intellektual Masaçussets professoru Noam Xomski haqlı olaraq söyləyir ki, "Pax Amerikana" – “amerikasayağı dünya” paradiqması öz gücünü itirib.

Baxışlarına görə dissident həyatı yaşayan professor Maykl Parenti “Çirkli həqiqətlər” kitabında bu ölkəni mükəmməl xarakterizə edib. O, yazır: “Dünyanın ən varlı dövləti bəşəriyyətə həmişə fəlakətlər yaradıb və indi də ölkələrin daxili işlərinə müdaxilə etməkdə davam edir. Ölkənin problemləri isə saysız-hesabsızdır. Məsələn, hər il 30 minə yaxın amerikalı intihar edir, 13 milyon insan cinayətlərin qurbanına çevrilir. 37 milyon insan psixi vəziyyətlərinə nəzarət üçün tibbi preparatlar qəbul edir. Hər il 80 milyon insanın psixi köməyə ehtiyacı yaranır, milyonlarla uşaq şiddət nəticəsində evdən qaçır. 5 milyon nəfər türmələrdədir, 4,5 milyon aclıq içərisindədir. 7-10 milyon arası işsizlik mövcuddur. Bu ölkə 12 ilin içərisində 58 min əsgər itirdi Vyetnamda. Bir neçə milyon nəfər öz əcəli ilə ölmür, zorakı səbəblərdən ölürlər.”

ABŞ bu işlərə görə Ginnesin rekordlar kitabında birinciliyi əldən vermir. 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bölgədə ədalətli sülhün bərqərar olunmasında əlindən gələni əsirgəmir. ABŞ-ın iştirak etdiyi əldəqayırma institutlar və qərəzli diplomatlar bizim öz torpaqlarımızı işğaldan azad etməyimizi qətiyyən istəməyiblər. Xalqın və Prezidentin iradəsi, qətiyyəti üst -üstə düşəndə heç bir qüvvə bu gücün qarşısında dayana bilməz. 

Məncə, artıq bunu başa düşüblər. Ancaq makulatura həvəskarları hələ də vurnuxur və lazımsız kağızlar imzalayırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar