SÜRƏTLİ UNİVERSİTET İDEYASI

 Etibar Əliyev, millət vəkili

“Mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır.” 

Prezident İlham Əliyev

Təhsilin və elmin inkişafı ilə bağlı yeni ideyalara böyük ehtiyac vardır. Bu baxımdan “sürətli universitet” ideyası üzərində düşünməyin vaxtıdır. Son illərdə dünyanın müxtəlif ölkələrində yüksək səviyyəli resurslarla təmin olunmuş tədqiqat universitetləri yaradılıb.

Paradiqma belədir: Yeni universitetlər yaradılmalı və mövcud olanlar təkmilləşdirilməlidir. Bir çox universitetlər dəyişikliklərə meylli deyillər. Böyük zaman itkisinə yol verilib. Söhbət subyektiv fəaliyyətdən gedir. Yeni biliklər, innovasiyalar, kəşflər dəyərləndirilməli və bunlar iqtisadi, sosial və texniki inkişafa müncər olunmalıdır. 

Universitet çoxsaylı insanların səmərəli fəaliyyəti sayəsində inkişaf edir. "Sürətli universitetlər" Beynəlxalq miqyasda böyük maraq kəsb edir və təcrübələr öyrənilməyə başlanılıb. Yeni "sürətli universitetlər"in artıq bir neçəsi həm qlobal miqyasda, həm də yerli səviyyədə ölkələrinə fayda verməyə başlayıblar. Yaxın gələcəkdə bu universitetlərin təcrübəsi daha yaxından öyrəniləcək. Belə halda "sürətli universitetlər" həm də əsas informasiya mənbəyi funksiyasını daşıyacaqlar.

Bu yaxınlarda dünyanın ən reytinqli Ali məktəbi olan Massaçusets Texnologiya İnstitutunda yeni universitetlərin ilkin konsepsiyası işlənilib, onların uğurları və problemlər müzakirə olunub. İnkişaf etmiş ölkələr ali təhsilin əlçatanlığını təmin etmək üçün yeni tədris müəssisələrinin yaradılmasını qarşıya məqsəd qoyublar. Burada əsas niyyət ali təhsil almaq istəyənlərdə tədris prosesi və kadr hazırlığında praktik fəaliyyətin genişləndirilməsidir. Dünya üzrə yeni yaradılan universitetlərin sayı azdır, lakin tendensiya belədir ki, onlar daha çox tədqiqat universiteti statusunu qazanmağa can atırlar. Bu səbəbdən istedadlı tələbəri və peşəkar professor-müəllim heyətini formalaşdıra biliblər.

Dünyanın aparıcı universitetlərinin inkişafında filantropların ayırdıqları vəsaitin əhəmiyyəti çox böyükdür. Bu səbəbdən universitetlər qısa zaman kəsiyində sürətli inkişafa nail olmuşlar. Bunun özü də bir təcrübədər. Burda əlbəttə ki, əsas rolu ali təhsil sahəsində perspektiv düşünən, yeni ideyaları olan liderlərin böyük rolu olmuşdur. 

Ölkəmizdə maraqlı bir nümunə də var: Bilirik ki, ADA Universiteti artıq dünyada sürətli inkişaf edən universitetlər sırasına daxil olub. Bununla yanaşı bu ali məktəbin rəhbərliyi təhsil üçün son dərəcə vacib olan konservativ ideyaları da dəstəkləyir. Bu mənada ADA universitetinin Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin yaradılması Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsünü misal göstərmək olar.

Köhnə Ali məktəblər içərisində sürətli Universitet statusunu qazanmış UNEC- in adını çəkməmək mümkün deyil. Yeni yaradılan Universitetlər bu iki Ali məktəbin təcrübəsindən bəhrələnməlidirlər. Hər iki Universitetin rəhbərliyi innovasiyaları və yeni ideyaları dəstəkləməklə qısa zaman kəsiyində rəhbərlik etdikləri ali məktəbə yerli və ceynəlxalq səviyyədə nüfuz qazandıra biliblər.

Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin sürətli universitetlər sırasına daxil olmaq imkanları böyükdür. Fikrimcə Türkiyə Azərbaycan universitetinin fəaliyyətə başlamısı tezləşdirilməlidir.

635x100

Şərhlər

Etibar Əliyevə 2024-02-13 14:30:06

4 ildə düz əməlli təhsil verə bilmədiyiniz halda sürətli keçidlə diplom satacaqsınız? Bir 4 ildən sonra diplom verdiklərinizin savadına səyyəsinə diqqət edin,sonra sürətdən danışın.Adi vurma cədvəlini bilməyən,kalkulyator axtaran universitet diplomu verilmiş cənclərə baxın utanın.ki,təhsili bu səviyyəyə endirmisiniz.Hələ bir sürətdən danışırsınız.

Son yazılar