GENERAL ZEYNALOVUN 30-cu İLİ... – BDYP rəisi 73 yaşını da iş başında tamamladı...

Fevralın 19-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, general-polkovnik Ramiz Zeynalovun 73 yaşı tamam olub.

O, 1951-ci ildə Tovuz rayonunda anadan olub. R.Zeynalov Azərbaycan məmurları arasında postunu ən uzun müddət qoruyub-saxlamış şəxsdir. Baş İdarə rəisi 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib, 1994-cü ilə qədər bu sistemdə müxtəlif vəzifələr tutub. Həmin ilin avqust ayından etibarən isə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışır. Beləliklə, R.Zeynalov 30 ildir eyni posta əyləşib.

Qeyd edək ki, R.Zeynalov "Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də nəzərdə tutulan son müddətdən 3 il 3 aydan artıqdır dövlət qulluğunda çalışır...

Əsasnaməyə görə, ali rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar:

- polis general-mayoru və tibb xidməti general-mayoru, polis general-leytenantı xüsusi rütbələrində - 60 yaş;

- polis general-polkovniki - 65 yaşa qədər vəzifə tuta bilər.

Əsasnamədə o da qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir. Bundan başqa işlədiyi son 5 ildə xidməti vəzifələrini nümunəvi yerinə yetirmiş, təltif olunmuş, intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan kiçik, orta və böyük rəis heyəti vəzifələrində işləyən əməkdaşların xidmətinin müddəti xidməti zərurətlə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər artırıla bilər.

Beləliklə, DİN sistemində Prezident tərəfindən təyin edilən şəxslər istisna olmaqla, digər əməkdaşlar tutduğu vəzifədən, rütbədən asılı olmayaraq 70 yaşdan artıq xidmət edə bilməzlər.

Ramiz Zeynalov vəzifəyə daxili işlər naziri tərəfindən təyin olunub. 2021-ci il mayın 26-da nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayaraq onun xidmət müddətini 1 il uzadıb. Həmin müddətdən isə 3 ilə yaxın vaxt keçir...

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Ginnes 2024-02-27 17:34:05

Biz onu yeni rekordun qeydə alınması münasibəti ilə səmimi qəlbdən təbrik edirik!

Cəmşod bəyə 2024-02-25 21:09:52

Azərbaucanda yaxşı rüşvət yığma və müəyyən faizlərlə yerinə çardıtmağı bacatan məlum bölgə və məlum milli qarışıqlı şəxslər vəzifə kreslosunda yaş fərqi olmadan saxlanılır.Bu fakt isə vəziyyətin getdikcə pisləşməsinə səbəb olduğu isə hakimiyyəti maraqlandırmır.Niyə?

Fəxrəddin Ağayev 2024-02-25 18:26:31

Daxili işlər,məhkəmə,DTX və DSX orqanlarının ,Nazilər Kabineti,Prezident aparatı,İcra hakimiyyətləri idarələrinin vəzifəli heyətinin neçə faizini Naxçıvan əsilli şəxslər təşkil edir?Bunun statisrikası maraqlı olardı.Hələ milli qarışıqlar bir yana! Azərbaycanda neçə şəhər,rayon və bunada nə qədər əhali var

Müəllim 2024-02-25 02:32:49

Dövlət Yol poıisininn işçilərinin (vəzifəliləri , sürücülük vəsiqəsi imtahanı və Qetdiyyat şöbələrinin ) ) neçə faizi Naxçıvanlədlr? Buna diqqət edən varmı? Bu qohumbazlıq DYP-də niyə tüğyan edib?

Şəkidən 2024-02-23 22:07:47

Nəqliyyat vasitələrinə nömrə və sürücülərə prava verilməsində Vüqarın özbaşnalıqları hökm sürür... Vüqarın belə bir məsuliyyətli vəzifəyə təyin olunması , olduqca dözülməz və bağışlanmaz bir vəziyyətdir.

Sürücü 2024-02-22 15:27:33

Görəsən Zeynalovun oturduğu binada və onunıa üz-bə-üz olan DYP binasında illərlə davam edən sürücülük vəsiqəsi imtahanlarl və qeydiyyar bölməsində açıqcasına yığılan rüşvətlərdən xəbəti varmı?Belə açıq azarın qarşısını kim almalıdır? Guya DİN bu barədə xəbərsizdir?

Kohne 2024-02-20 22:14:08

ƏN KORRUPSIONER MEMUR......

Cəmşid Dərələyəzli 2024-02-20 15:58:49

Demək ki, belələri unikal, yəni əvəzolunmaz kadrlardır. Belə uzin ömürlü vəzifələr kimlərə isə xoş görsənə bilər, amma əslində eyni vəzifədə bu qədər qalmaq elə özü bir "cəzadır".

Etibar 2024-02-20 15:02:01

Ölkəmizdə rüşvət və korrupsiya sarıdan ən "başda gedən" orqana bu Zeynalov rəhbərlik etsə onu bəh-bəhlə heç yana buraxmaq istəmirlər. Guya bunun yerinə gələn pul yığa bilməyəcək?

Məmməd 2024-02-20 14:52:43

Qanunlarımızın keşiyində duran bir nazirlik korrupsioner və rüşvətxor kimi tanıdılan birisindən ötrü həmin Qanunları xalqın gözü önündə botinkalarının dabanı altında əzirsə daha bu orqandan nəyi gözləməyən. Axı bu Zeynalov kimdir ki, bundan ötrü hakimiyyətə bu qədər tənə gəlməsinə dözülməzdir? Kimdir bu?

Vəli 2024-02-20 14:47:36

Olmaz, Zeynalova toxunmaq olmaaaaaz! Lap elə Qanunlarımız heçə alınsa da, qaydalarımızın sifətinə dəvə kimi tüpürülsə belə Zeynalov ölənəcən işləməlidir. Hətda öləndən sonra onu mumiyalayıb skafandra qoyub Bdypi-dəki kabinetində əbədi saxlamaq lazımdır. Oxay...

Son yazılar