SƏLİM MÜSLÜMOVA PREZİDENT TAPŞIRIĞINA SÖZARDI - Füzuli Ələkbərovu bitirən iki səhvi

Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosisal müdafiəsi naziri Səlim Müslümov bu gün keçirdiyi iclada əlilliyin təmin olunması və dərəcələrin verilməsi ilə məşğul olan tibbi sosial ekspert kommisyalarının (TSEK) rəhbərlərini cəzalandırıb.

Nazir yol verdiyi nöqsanlara görə elə iclas zalındaca 14 zona komissiyasının rəhbərini tutduğu vəzifədən azad edib.

ANS-in məlumatına görə, nazir ilk növbədə tibbi sosial ekspert komissiyasının işinə diqqət yetirməsinin təsadüfi olmadığını deyib: "Bu barədə mənə cənab prezident tapşırdı ki, ilk növbədə oranı təmizlə. Çünki TSEK çirkaba bulaşıb".

Qeyd edək ki, nazir iclasda nazir müavininə tapşırıq verib ki, ilin sonuna kimi arayış sistemi ləğv olunsun və bu sistem tamam elektronlaşdırılsın. Səlim Müslümov həmçinin əlilərin, ev növbəsinə, maşın növbəsinə duranların siyahısının çıxarılması tapşırığını da verib.

Fikrimizcə, Səlim Müslümovun bu açıqlaması ("cənab prezident tapşırdı ki, ilk növbədə oranı təmizlə") keçmiş nazir Füzuli Ələkbərov üçün ciddi siqnal hesab oluna bilər. Prezident yeni nazirə belə bir tapşırıq veribsə, deməli keçmiş nazirin fəaliyyətindən ciddi şəkildə narazı olub.

Lakin məsələ ondadır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki neqativ vəziyyətin məsuliyyətini təkcə keçmiş nazirin üzərinə qoymaq cəhdi, yumşaq desək, ədalətsizlikdir. Azərbaycanda bütün nazirliklərdə vəziyyət, aşağı-yuxarı, eynidir. Bəli, Füzuli Ələkbərovun dövründə ƏƏSMN-də çox ciddi korrupsiya var idi və bu barədə "AzPolitika.info" tutarlı faktlarla yazıb. Ünvanlı yardımların təyin olunmasında 50-50-yə prinsipini təkzibolunmaz faktlarla ictimailəşdirmişik. Ancaq ƏƏSMN, nazir Füzuli Ələkbərovla bağlı mediaya, həmçinin AzPolitika.info-ya sızan məlumatlar təkcə bunlardan ibarət deyildi axı.

Biz həmçinin ondan yazırdıq ki, hansısa rayonların abadlaşdırılması işi, hansısa binaların tikintisi, Çexiyada filankəsə məxsus otel layihəsinin maliyyələşdirilməsi və sairə bu kimi işlər də Füzuli Ələkbərova həvalə olunub. Bəs bütün bu işləri F.Ələkbərova həvalə edənlər nə düşünürdülər, nazir əvvəllər biznesdən qazandıqları ilə görməliydi bunları? Əlbəttə ki, yox! F.Ələkbərov ünvanlı yardıma kasıblarla şərik olacağı, əlillik dərəcələrinin rüşvətlə təyin olunmasına şərait yaradacağı halda bu işlərin öhdəsindən gələ bilərdi. Elə də edirdi.

Ümumiyyətlə, F.Ələkbərovun vurulmasının onun fəaliyyəti, nazirlikdəki korrupsiya ilə qəti bağlılığı olmayıb. Onun iki günahı olub. Birincisi İsmayıllı hadisələri, ikinci "günahı" isə Ramiz Mehdiyevin gücünü, qüdrətini düzgün qiymətləndirməməsi idi. F.Ələkbərov cənab Mehdiyevin ağsaqqallığını qəbul edib, ona biət etsəydi, hələ də işinin başındaydı.

Lakin belə görünür ki, bu "günahlarınının" bağışlanması üçün onun vəzəfədən götürülməsi kifayət etməyib. Yaxın vaxtlarda F.Ələkbərov istintaqa cəlb olunsa, bu təəcüblü olmayacaq.

Rasim ƏLİYEV

AzPolitika.info    

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar