Menu

Prezidenti ittiham edən prokurorun öldürüldüyü təsdiqləndi

05.03.2015, 23:55
Prezidenti ittiham edən prokurorun öldürüldüyü təsdiqləndi

Mstəqil ekspertiza Argüntina prezidentini terror altı ilə bağlı işdə sövdələşmədə ittiham edən prokuror Alberto Nismanın qətlə yetirildiyini təsdiqləyib. Musavat.com xəbər verir ki, məlumatı "Buenos Aires Herald" prokurorun keçmiş həyat yoldaşı Sandra Salqadoya istinadən yayıb.

"Yalnız üç versiya var: bəsbəxt hadisə, intihar və ya qətl. Ekspertizanın rəyi ilk iki hipotezi təkzib edir", - Salqado bildirib.

Argentina DİN-in xüsusi prokuroru Alberto Nismanın cəsədi yanvarın 19-da evinin hamamından tapılıb. Mənzildə ölkə prezidenti Kristina Kirşnerin həbsinə order də aşkarlanıb. Nisman prezidenti və xarici işlər nazirini Buenos-Ayresdə 1994-cü ildə 85 nəfərin ölümünə səbəb olan terror aktı ilə bağlı sövdələşmədə ittiham edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol