Menu

Ukrayna prezidenti ABŞ dövlət katibinin müavini ilə görüşüb

07.03.2015, 01:47
Ukrayna prezidenti ABŞ dövlət katibinin müavini ilə görüşüb

Martın 6-da Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ dövlət katibinin müavini Entoni Blinken Donbasdakı vəziyyəti müzakirə ediblər.APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti açıqlama verib.

Görüşdə P.Poroşenko separatçıların təmas xəttindən silahları geri çəkməyə hazır olmadıqlarını bildirib. “Prezident həmsöhbətini Donbasdakı vəziyyət və Ukraynanın Minsk razılaşmasını icra etməsi barədə məlumatlandırıb. Eyni zamanda P.Poroşenko digər tərəfin ATƏT-in müşahidəçi missiyasının nəzarəti altında ağır silahları geri çəkməsinə hazır olmadıqlarını bəyan edib”, sənəddə deyilir

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol