Menu

Müxalifət liderinə sui-qəsddən əvvəl zəhərli plov yediriblər

07.03.2015, 13:01
Müxalifət liderinə sui-qəsddən əvvəl zəhərli plov yediriblər

İstanbulda güllələnən Tacikistan müxalifət liderinin öldürülməzdən əvvəl zəhərləndiyi məlum olub.

Müsavat.com-un məlumatına görə, küçənin ortasında vurularaq öldürülən müxalifət lideri Umrali Qüvvətov və ailəsinin iki gün əvvəl tacik plovu ilə zəhərləndiyi bildirilib. Qüvvətovun həyat yoldaşı və iki oğlu zəhərləndiyi üçün xəstəxanaya aparılıb.

Qeyd edək ki, Tacikistanda “Qrup 24” müxalifət hərəkatının lideri kimi tanınan Qüvvətov İstanbulda Fatih Molla Qurani məhəlləsində silahla başından vurularaq öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol