Menu

İki min suriyalı ölkəsinə qayıtdı

07.03.2015, 12:03
İki min suriyalı ölkəsinə qayıtdı

İŞİD-in Kobaniyə hücumundan sonra qaçaraq Türkiyəyə sığınan suriyalı kürdlər geri qayıtmağa davam edir. Müsavat.com-un məlumatına görə, Kobaninin İŞİD-dən alındığına sevinən kürdlər Türkiyəyə 6 ay əvvəl gəlmişdi. Bu dəfə isə təxminən 2 min nəfər kobanili yanlarında uşaqları və əşyaları ilə Mürşidpinar sərhəd qapısına gəlib.

Təhlükəsizlik qapısından keçən suriyalıların kimlikləri yoxlanıldıqdan sonra onlar sərhədi keçib. Suriyalıların vətənlərinə qayıtdıqları üçün xoşbəxt olduqları bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol