Menu

Nemtsovun qətlinə görə həbs olunanlarla bağlı rəsmi açıqlama

07.03.2015, 19:09
Nemtsovun qətlinə görə həbs olunanlarla bağlı rəsmi açıqlama

Rusiya İstintaq Komitəsi: Saxlanılan şübhəli şəxslərin Boris Nemtsovun qətlinin təşkilinə aidiyyəti var

Rusiya İstintaq Komitəsi müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılmasına münasibət bildirib. APA-nın xəbərinə görə, bu barədə komitənin saytında açıqlama yerləşdirilib.

İstintaq Komitəsinin sözçüsü Vladimir Markin bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev və Anzor Qubaşev saxlanılıb: “İstintaqın məlumatına görə, onların qətlin təşkilinə və icrasına aidiyyəti var”.

Qeyd edək ki, Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfərin saxlanıldığını Rusiya FTX rəhbəri Aleksandr Bortnikov açıqlayıb. FTX rəhbəri bu barədə artıq prezident Vladimir Putinə məruzə olunduğunu söyləyib: "Cinayət işi üzrə araşdırmalar davam etdirilir".

Qeyd edək ki, fevralın 27-də gecə saat 23:40 radələrində Rusiyanın tanınmış müxalifət lideri Boris Nemtsov Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol