Ermənistanın Şirak rayonunun Maisyan kəndi yaxınlığında asılmış halda kişi meyiti tapılıb. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, aparılan araşdırmalardan sonra özünü asan şəxsin kimliyi də bəlli olub. Bu, Rusiyanın Sərhəd Qoşunlarının Ermənistandakı hərbi hissəsində müqavilə ilə xidmət edən hərbi qulluqçusu Artur Afyan adlı şəxsdir.
A.Afyan fevralın 21-də yoxa çıxmışdı. İtkin düşmüş sayılan şəxsin meyiti beton lükdən asılmış vəziyyətdə tapılıb.
Məlumata görə, meyiti Gümrü şəhərinin bir sakini tapıb və dərhal polisə məlumat verib.
26 yaşlı hərbçinin yoxa çıxması barədə polisə elə həmin gün - fevralın 21-də məlumat verilibmiş. A.Afyanın həyat yoldaşı Alvard Mkrtçyan polisə verdiyi ifadəsində bildirmişdi ki, o, əri ilə həmin gün telefonda danışıb. A.Afyan arvadı ilə vidalaşıb və bir daha geri qayıtmayacağını deyibmiş.


Şərhlər