Menu

Müxalifət liderini prezidentin kürəkəni öldürtdürüb?

09.03.2015, 16:16
Müxalifət liderini prezidentin kürəkəni öldürtdürüb?

Türkiyənin İstanbul şəhərində qətlə yetirilən Tacikistan müxalifətinin lideri Umarali Kuvvatovun öldürülməsi ilə bağlı yeni detallar üzə çıxıb. Axar.az xəbər verir ki, Kuvvatovun Tacikistanın xüsusi xidmət orqanı MOSS tərəfindən öldürüldüyü iddia edilir. Hazırda bu təşkilatın rəhbəri Tacikistan Prezidenti Emoməli Rəhmonun kürəkəni Şəmsullah Sokibovdur.

Kuvvatovun keçmişdə Şəmsullahla ticarət əlaqələrinin olduğu və həmin dövrdə kəşfiyyat rəhbəri ilə yaxınlığından dolayı Emoməli Rəhmonun bir çox gizli işlərindən xəbər tutduğu bildirilir. Qeyd edək ki, Tacikistan müxalifətinin lideri Umarali Kuvvatov martın 6-da İstanbulda naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol