Menu

Avropada pul krantı açıldı

09.03.2015, 18:01
Avropada pul krantı açıldı

Avropa Mərkəzi Bankı (AMB), bu gün istiqrazların alışı proqramına başlayıb. İstiqraz alışlarına ayda 60 milyard Avro xərcləyəcək AMB, təkrar bazardan da dövlət istiqraz vərəqələrini satın alacaqdır. Məsələyə dair rəsmi bəyanat verən Avropa Mərkəzi Bankı, dövlət istiqrazları satın almağa başladıqlarını bildirib. AMB bu gün başladığı proqramla ən az 2016-cı ilin Sentyabr ayına qədər ayda 60 milyard avroluq alışa gedərək balansını 1 trilyon Avrodan artıq böyütməyi hədəfləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol