Çad və Niger hərbçilərinin birgə əməliyyatı çərçivəsində "Boko Haram" terrorçu qruplaşmasının 200 yaraqlısı öldürülüb. APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, hərbi əməliyyat ötən ilin noyabr ayından etibarən yaraqlıların nəzarətində olan Damasak şəhərinin silahlılardan təmizlənməsi üçün həyata keçirilib.
Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.

Şərhlər