Menu

Türkmənistan havayı qaz siyasətindən imtina edir

09.03.2015, 21:20

Qaz-yanan1Türkmənistan hökuməti 1993-cü ildən bəri tətbiq etdiyi əhalinin havayı qazla təmin edilməsi siyasətindən imtina edir. Baxmayaraq ki, keçmiş prezident Saparmurad Niyazov 2030-cu ilə qədər aylıq 50 kubmetr havayı qaz limiti tətbiq etmişdi. Hətta yerli hakimiyyət əhalinin limiti pozmasına da göz yumurdu.

Bu ilin fevral ayından dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov qazın səmərəli istifadəsinə çağırıb və hökumətə bununla bağlı tapşırıq verib. Artıq ölkədə qaz sayğaclarının quraşdırılması prosesinə başlanılıb. Regionlarda insanlar həm qaza, həm də sayğaçın quraşdırılmasına görə pul verməlidir. Bir sayğacın qiyməti 170-200 dollardır. Sayğac quraşdırmayanların isə qaz təminatı dayandırılır.(azadlıq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol