Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı bazasında mühəndis istehkam birləşmələşmələrinin iştirakı ilə səhra təlimləri başlayıb. Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, Cənub Hərbi Dairəsinin yaydığı məlumatda deyilir: “Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə keçiriləcək praktiki təlimlər zamanı mütəxəssislər həm fərdi, həm də qrup halında kompleks tapşırıqları icra etdirəcəklər. Hərbçilər hərbi texnika idarəetmə, ərazidə kəşfiyyat işlərinin aparılması, ərazilərin minalanması və s. tapşırıqlar üzrə normativləri yerinə yetirəcəklər”.
Bir ay çəkəcək təlimlərdə 100-dən çox hərbçi və təxminən 30-dan çox hərbi texnika iştirak edir.


Şərhlər