Menu

“Rusiya lokal müharibə aparmağa da qadir deyil” - Bjezinski

10.03.2015, 13:47

zbiqnev“ABŞ-ın Ukraynaya silah verməsi Rusiya aqressiyasını daha da gücləndirə bilər”. Axar.az xəbər verir ki, bu açıqlama ilə məşhur amerikalı politoloq Zbiqnev Bjezinski çıxış edib.

O, bundan sonra Amerikanın əlinə Moskvanın irəliləməsinin qarşısını almaq üçün yaxşı şans düşəcəyini bildirib: “Biz gərək Moskvanı xəbərdar edək ki, Mariupol və digər mühüm şəhərlərə hücuma ABŞ sakit baxmayacaq. Bu zaman o, Ukraynanı silahla təchiz edəcək. Rusiya ordusu hazırda Qərblə heç lokal müharibə aparmaq qabiliyyətində deyil. Putin bunu başa düşür, amma yaranacaq nəticələri təsəvvür etməyərək dərhal əks addım kimi özünün nüvə potensialını irəli sürür”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol