Menu

Ermənilər Bakıya gəlirlər

10.03.2015, 17:34
Ermənilər Bakıya gəlirlər

Ermənistan I Avropa Oyunlarında iştirak etməyə qərar verdi

Ermənilər Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak edəcəklər. Anspress-in məlumatına görə, bu qərar Ermənistan Milli Olimpiya Komitəsinin toplantısında qəbul edilib.

Ancaq Komitə idmançılara təzyiq göstərməyəcək. Bakıya getmək qərarını erməni idmançıları müstəqil şəkildə özləri verəcək.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Ermənistan yığmasının baş məşqçisi Levon Culfalakyan Bakıya getməyin əleyhinə olduğunu bildirmişdi.

Ermənistanın idman naziri Qabriel Kazaryan isə erməni idmançılarının Avropa Oyunlarında iştirakının vacib olduğunu bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol