Menu

“Azərbaycan hökuməti ilə mütəmadi müzakirələr aparırıq”- ABŞ səfiri

10.03.2015, 21:11
“Azərbaycan hökuməti ilə mütəmadi müzakirələr aparırıq”- ABŞ səfiri

“Biz Azərbaycan hökuməti ilə demokratiya, insan haqları və vətəndaş cəmiyyəti ilə bağlı mütəmadi olaraq müzakirələr aparırıq”.APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, bu məsələlər ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Azərbaycana səfəri zamanı da müzakirə edilib: “Xanım Nuland Bakıda səfərdə olarkən hökumətlə vətəndaş cəmiyyəti, insan haqları, demokratiya sahələrində müzakirələrin aparıldığını, işlərin görüldüyünü bildirdi. Hazırda bu istiqamətdə Azərbaycan hökuməti ilə işimizi davam etdiririk”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol