Menu

Bu dəfə polislər güllələndi

12.03.2015, 10:45
Bu dəfə polislər güllələndi

Ferqyuson Polis Departamentinin qarşısında iki polis zabiti güllələnib.

Hadisə martın 12-də səhər baş verib. Polis və etirazçılar polis idarəsinin rəhbəri Thomas Jackson-nun istefasından sonra idarənin qabağına toplaşıblar.

Hadisə barədə əlavə informasiya yoxdur.

Etirazçılar Jacksonun istefasını tələb edirdilər. Səbəb ötən ilin avqustunda ağdərili Ferqyuson polisi Darren Wilson-un qaradərili silahsız yeniyetməni güllələyib öldürməsi idi.

Bu qətl ölkədə etirazlar doğurmuşdu. Polisin özəlliklə qaradərililərə qarşı gücdən istifadə etməsinə diqqət yönəlmişdi. /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol