Menu

Əsəd generalından xəbərdarlıq: “İran və Hizbullahı vuracağıq”

12.03.2015, 13:28
Əsəd generalından xəbərdarlıq: “İran və Hizbullahı vuracağıq”

“Əsədə kimyəvi silahlar İran Hizbullah vasitəsilə gətirilir”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Suriya Prezidenti Bəşər Əsədin keçmiş kimyəvi silah şefi general Zahir Sakat çıxış edib.

O bu silahların onların əlinə keçəcəyi təqdirdə İran və Hizbullahı vuracaqlarını bildirib:

“Suriya xalqına qarşı kimyəvi silahlarla hücumlar dayandırılmalıdır. Kimyəvi silahların içində olan xlorin maddəsi İranda istehsal edilir. İran Hizbullah vasitəsilə onu Suriyaya göndərir. Bu, mütləq dayanmalıdır. Yaxın Şərqdə bu cür silahları istehsal edən tək dövlət İrandır. Bu silahlar əlimizdə olsaydı, mütləq İran və Hizbullahı vurardıq, amma onlar təəssüf ki, hər zaman müxalifətin olduğu bölgələrə atılır”.

Qeyd edək ki, general Zahir Sakat hazırda Əsədin əleyhinə döyüşən Hələb İnqilab Qüvvələrinin tərkibində yer alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol