Menu

Uorlikdən Qarabağ tviti - Foto

13.03.2015, 08:42
Uorlikdən Qarabağ tviti - Foto

"Münaqişəsinin sülh yolu ilə həlli istiqamətində faydalı görüş oldu"

ATӘT-in Minsk qrupunun hәmsәdrlәri bu gün Minskdә Dağlıq Qarabağ münaqişәsini müzakirә ediblәr. Anspress-in mәlumatına görә, bu barәdә ATƏT-in MİNSK qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik özünün "Twitter" hesabında yazıb.

“Minskdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində faydalı görüş oldu. Biz, ATƏT-in Minsk qrupunun bütün üzvləri işləmək üçün səbrsizliklə gözləyirik”, - deyə Ceyms Uorlik bildirib.

Amerikalı həmsədr sosial şəbəkədəki səhifəsində görüşü əks etdirən foto şəkil də paylaşıb.

Xatırladaq ki, Belarus ATӘT-in Minsk qrupuna üzv ölkәlәrdәn biridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol