Bakıda İlaxır çərşənbə münasibəti ilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
Bakı Şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, martın 17-də saat 11.00-da milli geyimli oğlan və qızlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə "Azneft" meydanından dəvələrdən ibarət karvanla hərəkət edərək Suraxanı rayonu Atəşgah məbədindən gətirdikləri odla saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gəncik meydanında tonqal yandıracaqlar.
Mədəniyyət və Turizm İdarəsindən isə sayta bildirilib ki, martın 17-də saat 09:00-dan 19:00-dək paytaxtda müxtəlif bayram şənlikləri olacaq.
Bundan başqa, bayram günlərində mədəniyyət müəssisələrində sərgi və tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur.


Şərhlər