Menu

"Neftdə sabitlik müvəqqətidir"

13.03.2015, 16:42

dunya neft oilBeynəlxalq Enerji Agentliyi (IEA), neft qiymətlərindəki sabitliyin müvəqqəti olduğunu qeyd edib.

Aylıq hesabatını açıqlayan IEA, ABŞ-ın neft istehsalında yavaşlama siqnalı olmadığına, buna bağlı olaraq təklif bolluğunun artdığına diqqəti çəkib.

Agentlik, 2015-ci il üçün qlobal gündəlik neft tələbi artımı gözləntisini isə 75 min artıraraq 1 milyon barrelə yüksəldib.

Neft qiymətləri 2014-cü ilin İyun ayından bu yana 50%-dən çox aşağı düşərək 50 dollara qədər geriləmişdi. Hazırda brent neftinin barrelinin qiyməti 56 dollar civarındadır. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol