Menu

Azərbaycanda ÜDM 16,5% azalıb

13.03.2015, 18:04
Azərbaycanda ÜDM 16,5% azalıb

2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) faktiki qiymətlər ilə (nominal dəyəri) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 milyard manat və ya 16,5% azalaraq 7,1 milyard manat təşkil edib.Ötən ilin iki ayı ərzində Azərbaycanda 8,5 milyard manatlıq ÜDM istehsal olunmuşdu. ÜDM-in real dəyəri isə 4,2% artıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ÜDM-in 66,6 faizi iqtisadiyyatın qeyri-neft-qaz sahələrində istehsal olunub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artıb.

Bu dövrdə ÜDM-in 36,3 faizi sənayedə, 12,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 10,4 faizi tikintidə, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,4 faizi informasiya və rabitə xidmətlərində, 14,9 faizi isə sosial və digər xidmətlər sahəsində istehsal olunub.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil edib.

ÜDM-in nominal dəyəri cari ilin qiymətləri, real dəyəri isə baza ilinin qiymətləri əsasında hesablanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol