Menu

Maliyyə nazirinə qarşı cinayət işi açıldı

14.03.2015, 08:44
Maliyyə nazirinə qarşı cinayət işi açıldı

Rumıniyanın maliyyə naziri Dariy Valkova qarşı cinayət işi açılıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş prokurorluğu bildirib.

Yerli KİV-lərin məlumatlarına əsasən, Rumıniyanın hazırkı maliyyə naziri keçmiş iş yerində vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir. Qeyd olunur ki, əvvəllər Dariy Valkov Slatin şəhərinin meri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol