Menu

Əhalinin kredit borcları açıqlandı

14.03.2015, 11:41

borc kreditKreditlərin 1 milyard manatının ödəmə vaxtı keçib

Ötən ay ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 18,6 milyard manat məbləğində kredit ayırıb.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda deyilir. Hesabatda o da qeyd edilir ki, verilmiş kreditlərin həcmi 2014-cü il fevral ayının 1-i ilə müqayisədə 19,6 faiz artıb.

Onu da bildirək ki, verilən kreditlərin 79,3 faizi və ya 14,7 milyard manatı uzun müddətli olub. Kreditlərin 1 milyard manatının, yaxud 5,5 faizinin ödəmə vaxtı keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol