Menu

“Sağlam Yaşa” “Bakı 2015”ə hazırlaşır - Foto

14.03.2015, 13:36
“Sağlam Yaşa” “Bakı 2015”ə hazırlaşır - Foto

“Sağlam Yaşa” Gənclərin Maarifləndirliməsi İcitmai Birliyi 13 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İmişli rayonunda “Bakı 2015” ilk Avropa Oyunları ilə bağlı müxtəlif əhali qrupları arasında məlumatların artırılması mövzusunda tədbir keçirib.

İmişli rayon Gənclər Mərkəzində keçirilən tədbirdə əhalinin müxtəlif təbəqələri, əsasən tələbələr, və idmançı gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə rayon gənclər mərkəzinin direktor müavini Ramin Fərəcov acaraq, iştirakçıları salamladı və tədbirin iştirakçılarına Olimpiya haqqında qısa məlumat verdi. Sonra söz “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Qəribova Həbibəyə verildi. Sədr ilk Avropa Oyunları haqqında, onun keçiriləcəyi məkanlar, idman növləri, iştirakçıların sayı, iştirakçı ölkələr haqqında geniş məlumat verdi. Tədbirdə videorolik nümayiş etdirildi. Rolikdə ilk Avropa Oyunlarının açılış-bağlanış məkanı Milli Olimpiya Stadionu və idman növlərinin keciriləcəyi obyektlər izahlı şəkildə nümayiş etdirildi. Sonra tədbir iştirakçıları ilə İctimai Birliyin nümayəndələri arasında dialoq və sual-cavab oldu. Tədbirin sonunda iştirakçılara ilk Avropa Oyunları haqqında hazırlanmış bukletlər, üstü yazılı köynək və papaqlar paylanıb. Tədbirdə İmişli rayon İcra Hakimiyyəti nümayəndəsi Asif Abışov iştirak etmişdir.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="4" ids="102241,102242,102243,102244"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol