Menu

TQDK-dan xəbərdarlıq

14.03.2015, 15:12

tqdk_bili qiymetlendirilirŞagird məlumatlarının “Şagird-məzun” sisteminə daxil edilməsi bu ayın 31-də başa çatır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təhsil şöbələrinə və orta məktəblərə xəbərdarlıq edib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, "Şagird-məzun" sisteminə ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların daxil edilməsi prosesi davam edir. Komissiya daxiletmə faizi 100-dən aşağı olan rayonların şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil məktəblərinin əlaqələndiricilərindən tələb edilir ki, daxil edilməmiş məlumatların "Şagird-məzun" sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər. Şagird məlumatlarının “Şagird-məzun” sisteminə daxil edilməsi bu ayın 31-də başa çatır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol